Kadırovun 15 yaşlı oğlu Quranın yandırılmasına görə həbs olunan şəxsi istintaq təcridxanasında döyüb
2030
17 Aug 2023 | 14:50

Kadırovun 15 yaşlı oğlu Quranın yandırılmasına görə həbs olunan şəxsi istintaq təcridxanasında döyüb

 
"Mən Ramzan Kadırovla İslam dininin qəbul edilməsi məsələsilə bağlı görüşmüşəm, o çıxıb gedəndən sonra oğlu məni döyüb..."
 
"Rusiya İstintaq Komitəsi Juravelin aksiyanı Ukrayna xüsusi xidmət orqanlarının 10 min rubl müqabilində həyata keçirdiyini etiraf etməsinə təkid edir..."
 
Volqoqradın Baş məscidi qarşısında Quranın yandırılmasında ittiham edilən 19 yaşlı tələbə Nikita Juravel bəyan edib ki, onu Qroznunun istintaq təcridxanasında Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu döyüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının insan haqları üzrə müvəkkili Tatyana Moskalkova məlumat verib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.
 
"Mənə Qroznıda istintaq təcridxanasında saxlanılan müttəhim Nikita Juravelin müraciəti daxil olub. O, iddia edir ki, istintaq təcridxanasında olarkən Çeçenistan Respublikası rəhbərinin oğlu Adam Kadırov onu döyüb", - Moskalkova "Teleqram-kanal"ında yazıb.
 
Ombudsman qeyd edib ki, baş vermiş insidentin təfərrüatlarının aydınlaşdırılması üçün o, Çeçenistanın insan haqları üzrə müvəkkili Mansur Soltayevə müraciət edib.
 
"Mən döyülmələrin tibbi şəhadətləndirilməsinə və şahidlərin ifadələrinə xüsisi diqqət yetirilməsini xahiş etmişəm", - o, əlavə edib.
 
Soltayev cavabında bəyan edib ki, Juravlyovla bağlı insidentin araşdırılması ilə "orqanlar məşğul olacaq, hər bir fakt üzrə yoxlama aparılacaq".
 
"Nikita Juravel deyib ki, Ramzan Kadırovla şəxsi görüşü zamanı respublika rəhbəri çıxandan sonra Adam Kadırov onu döyüb. Guya, onun əlləri və ayaqlarına zərbələr endirilib", - ombudsman deyib.
 
"Qroznı-İnform" nəşri Juravelin müraciətinin skrinşotunu dərc edib, burada o, yazıb ki, Ramzan Kadırovla "İslam dininin qəbul edilməsi məsələsi ilə bağlı" görüşüb. Kadırov gedəndən sonra onun oğlu gəlib Nikitanı döyüb.
 
Nikita Juravel mayın 21-də Volqoqradda saxlanılıb. Rusiya İstintaq Komitəsi iddia edir ki, tələbə şəhərin Baş məscidi önündə Quranın yandırılmasının 11-ci saniyəsində çəkilib. İstintaq Komitəsi Juravelin "aksiyanı Ukrayna xüsusi xidmət orqanlarının 10 min rubl müqabilində həyata keçirdiyini etiraf etməsinə" təkid edir.
 
Juravelə qarşı inanclı insanların hisslərinin təhqir edilməsilə bağlı cinayət işi açılıb. Sonra o, Rusiya İstintaq Komitəsinin bəyan etdiyi kimi, respublika sakinlərinin onları zərərçəkən qismində tanınması xahişilə "çoxsaylı müraciətlərindən" sonra Çeçenistana verilib.
Link kopyalandı!
Son xəbərlər