Xocalı canisi ABŞ səfirini onun təşəbbüsü ilə öz ofisində qəbul(!) etdi...-FOTOLAR
Ekskluziv
2844
17 Aug 2023 | 06:55

Xocalı canisi ABŞ səfirini onun təşəbbüsü ilə öz ofisində qəbul(!) etdi...-FOTOLAR

"Görəsən, Ağ Evdə Azərbaycan dövlətinin  Serjik Sərkisyanı 1992-ci ildə Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı olaylarında təşkilatçı və icraçı kimi bilavasitə iştirakına görə İnterpolla beynəlxalq axtarışa verdiyini bilmirlər, yoxsa İnterpol bizim axtarışı qeydə almayıb?.."
 
Ermənistanın terrorçu eks-prezidenti,  Azərbaycan dövlətinin İnterpolla axtarışa verdiyi deyilən, Xocalı qatili Serjik Sərkisyan ABŞ-ın bu ölkədəki səfiri Kristina Kvini lideri olduğu Respublika partiyasının ofisində qəbul edib.
Moderator.az  xəbər verir ki, "ArmenianReport"un yaydığı məlumata görə, görüş  ABŞ səfirininin təşəbbüsü ilə baş tutub.
 
Söhbət zamanı Azərbaycanın guya "səkkiz aydır davam edən blokadası nəticəsində" Qarabağda "gündən-günə daha da ağırlaşan humanitar böhran" mövzusu "xüsusilə vurğulanıb və ətraflı nəzərdən keçirilib".  Eyni zamanda Azərbaycan hakimiyyətinin guya Qarabağdakı ermənilərə qarşı "həyata keçirdiyi aşkar soyqırımı siyasəti" diqqətə çatdırılıb.
 
"Tərəflər həmçinin Ermənistanın daxili siyasi və demokratik problemlərinə, regional vəziyyətə, Ermənistan Respublikasının hakimiyyət orqanlarının Qarabağ məsələsi ilə bağlı apardığı siyasətə də toxunublar",- xəbərdə belə deyilir.
 
P.S. Görəsən, Ağ Evdə Azərbaycan dövlətinin  Serjik Sərkisyanı 1992-ci ildə Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı olaylarında təşkilatçı və icraçı kimi bilavasitə iştirakına görə İnterpolla beynəlxalq axtarışa verdiyini bilmirlər, yoxsa İnterpol bizim axtarışı qeydə almayıb?..
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər