Ekskluziv
2010
09 Aug 2023 | 09:12

"Mənim sirrim ondadır ki, mən dəhşətli dərəcədə pis oxuyuram" - Arnold Şvartsenegger

"Sinifdə məndən ucadan oxumağı xahiş edəndə, bu, mənim üçün əsl fəlakət olurdu..."
 
Əfsanəvi Şvartsenegger uşaqlıqdan sağalmaz xəstəliyə tutulduğunu etiraf edib
 
Məşhur Hollivud aktyoru və milyonların kumiri Arnold Şvartsenegger etiraf edib ki, uşaqlıqdan disleksiyadan əziyyət çəkir. Bu xəstəlik zamanı təlim qabiliyyəti pozulur, oxumaq və yazmaq çətinləşir.
 
Moderator.az xəbər verir ki, bu barədə aktyor özünün "Facebook" səhifəsində yazıb. Məlumatı "kp.ua/culture" nəşri yayıb.
 
"Mən sizə deyə bilərdim ki, hər şeydə fantastikəm, amma bu zaman yalan danışmış olardım. Mən öz "Be Useful" audiokitabımı yenicə bitirmişəm. Kitab oktyabrın 10-da işıq üzü görəcək.
 
Mən sizə deyə bilərdim ki, masa arxasında əyləşib öz sözlərini yazmaq necə də gözəldir, lakin həqiqət ondadır ki, mən bunlardan büsbütün qorxmuşam. 
 
Mənim sirrim ondadır ki, mən dəhşətli dərəcədə pis oxuyuram. 1950-ci illərdə Avstriyada təlim qabiliyyətinin olmaması haqqında danışmırdılar ona görə sinifdə məndən ucadan oxumağı xahiş edəndə, bu, mənim üçün fəlakət olub və məni xətkeşlə döyüblər. Lakin indi mən bilirəm ki, məndə dislekiya xəstəliyi var", - aktyor deyib.
 
Dünyaca məşhur filmlərin ulduzu olan Şvatsenegger deyib ki, çəkilişlərə hazırlaşarkən, bir neçə ay ərzində ssenarinin hər sətrini əzbərləyənədək dəfələrlə oxuyurmuş. O, həmçinin özünün audiokitabını necə hazırladığını da bölüşüb.
 
"Mənə düşünmək üçün zaman və təkrarlar lazımdır. Mənə deyilib ki, müəlliflər öz kitablarını studiyada 2-3 günə hazırlayır. Mən evdə səs yazısı qurğusu qoyulmasını xahiş etmişəm və demişəm ki, gündə 20-30 səhifə yazacağam. Beləliklə, mən gündə iki dəfə rejissor və prodüserlə daha qısa sessiyalar üçün əlaqəyə girirdim, arada isə fasiləsiz məşq edirdim", - aktyor deyib.
 
Beynəlxalq Disleksiya Assosiasiyasının (İnternational Dyslexia Association, İDA) müəyyən etdiyinə görə, "Disleksiya neyrobioloji əsası olan təlimin spesifik pozuntusudur".
 
O, sözlərin dəqiq və/və ya tez müəyyən edilməsi, pis yazı və oxu vərdişləri ilə səciyyələnir. Bu çətinliklər, adətən, nitqin fonoloji komponentinin çatışmazlığının nəticəsidir  və çox vaxt gözlənilməz olur, çünki uşağın ümimi koqnitiv qabiliyyətinin inkişafı yaxşı olur. 
 
Disleksiyanın ikincili nəticələri oxunan materialın anlaşılması və oxucu təcrübəsinin azaldılmasını özündə ehtiva edə bilər, bu da öz növbəsində söz ehtiyatı və baza biliklərinin inkişafına mane ola bilər".
Link kopyalandı!
Son xəbərlər