"ABŞ yeyilən qarpızların sayına görə dünyada birinci yeri tutur..."
"Çoxları bilmir ki, qarpızın az dadlı hissələrindən də sağlamlıq üçün fayda götürmək olar..."
Qarpız 90 faiz sudan ibarətdir, lakin o, həm də sağlamlıq üçün böyük faydası olan vitaminlər və antioksidantlarla zəngindir.
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
Yayın sərinləşdirici dadlı giləmeyvəsi yayın əksəriyyət meyvələrindən daha doyuzdurucudur.
Bu gün biz qarpızın nədən tez-tez yeyilməli olduğu səbəblərindən danışacağıq, həmçinin ondan istifadə üsullarını müzakirə edəcəyik.
Bu gün, avqustun 3-də bir sıra ölkələrdə Qarpız günü kimi qeyri-adi bayram qeyd edilir. Onun tarixçəsi ABŞ-dan başlayır, bu da təəccüblü deyil, bu ölkə
yeyilən qarpızların sayına görə dünyada birinci yeri tutur.
Bu gün Amerikada fermerlər yetişdirilən qarpızların ölçülərinə görə yarışır, qarpızdan desert və kokteyl hazırlanır, həmçinin müxtəlif tematik müsabiqələr keçirilir.
Pəhrizlə qarpızı necə uzlaşdırmalı?
Yay süfrəsini soyuq qarpız dilimləri olmadan təsəvvür etmək mümkün deyil. Əksəriyyət yay meyvələrində olduğu kimi, qarpızda kifayət qədər şəkər olmasına rəğmən, qarpız sizin qida rasionunuza faydalı əlavə ola bilər, ən əsası, zamanında dayanmaqdır.
Əgər siz artıq çəkidən qurtulmaq və ya sağlam çəkiyə malik olmaq istəyirsinizsə, diyetoloqlar gün ərzində 2-3 porsiya istifadə etməyi tövsiyyə edir. Məsələn, bir stəkan qarpız lətində təxminən 45 kalori və 11 qram karbohidrat var.
Gün ərzində siz yalnız istisnasız olaraq bu məhsuldan yediyiniz populyar qarpız monopəhrizə gəldikdə, biz onu dəqiq tövsiyyə etmirik.
Doğrudur, belə metodla 2-3 kq çəki itirə bilərsiniz, amma siz yağdan deyil, növbəti bir neçə gün ərzində asanlıqla bərpa ediləcək sudan xilas olursunuz.
Həmçinin istənilən monopəhrizdə orqanizm lazımi miqdarda zülal və yağlar almır, bu da başgicəllənməsi və zəifliyə gətirib çıxara bilər.
Faydadan başqa heç bir ziyanı yoxdur
Qarpızda çoxlu kalium, maqnezium və kalsium var, C, A və B vitaminlərilə, habelə pomidorda və digər tərəvəz və qırmızı meyvələrdə olan likopin antioksidantı var.
Məlumdur ki, bu antioksidant prostat xərçənginin və digər onkoloji xəstəliklərin qarşısını almağa kömək edir.
Bundan başqa, likopin "pis" xolesterinin miqdarını azaldır, qan təzyiqini normaya salır, həmçinin ürək və qan damarları ilə bağlı problemləri azaldır.
Qarpız həmçinin arginin amin turşusunun əla mənbəyidir, bu da yağları tez yandırmağa kömək edir.
Yuxarıda qeyd etdiyimiz kimi, qarpız 90 faiz sudan və 6 faiz şəkərdən ibarətdir. Qarpızdan istifadə etdikdə orqanizmə daxil olan maye, az miqdarda kaloriyə rəğmən, tez doymağa kömək edir. Bundan başqa, bu, həzm və qəbizliklə bağlı problemlərin həllinə kömək edir.
Çoxları bilmir ki, qarpızın az dadlı hissələrindən də sağlamlıq üçün fayda götürmək olar.
Məsələn, qarpızın qabığında və toxumlarında limon turşusunun sitrullini var, o da argininə çevrilir ki, bu amin turşusu da immum sistemini möhkəmləndirir və hətta seksual funksiyanı yaxşılaşdırır.
Bundan başqa, qarpızın toxumlarında dəmir, fol turşusu və maqnezium var.
Bəs qarpızdan qidada necə istifadə etməli?
Qabığını püre vəziyyətinədək xırdalamaq və salatlara, souslara və şorbaya əlavə etmək olar. Qarpız toxumlarını qızdırıcı sobada 10-15 dəqiqə ərzində 350 dərəcədə qizdırmaq, zeytun yağı və duz əlavə etmək, sonra salatlarda istifadə etmək tövsiyyə edilir.
Qarpızı süfrəyə nə ilə təqdim etmək lazımdır?
Qarpız yüksək qlikemik indeksə malik olduğundan ondan istifadə etdikdə qanda şəkərin miqdarı artır. Ona görə də diabetiklərə diabetdən öncəki vəziyyətdə onu öz rasionlarına əlavə etmək tövsiyyə edilmir.
Qanda şəkərin miqdarını bir az aşağı salmağa kömək etmək üçün qarpızdan ən düzgün istifadə etmək üsulu onu təbii şəkərin mənimsənilməsini ləngidən yağlar və ya zülallarla birlikdə yeməkdır. Ona görə də ən yaxşı yay resepti qarpızı duzlu pendirlə yeməkdir.
Healthy Walla