1866
01 Aug 2023 | 21:26

"Rusiya Ukraynanı işğal etməyə və ukraynalıları məhv etməyə qadir deyil" - Zelenski

"Putin öləcək, o, heç 10 il də tab gətirməyəcək və bu, tamamilə aydındır..."

 
"Ukrayna öz ordusu və öz xalqı sayəsində Rusiyadan daha güclüdür..."
 
Rusiya hakimi Ukraynaya qarşı tammiqyaslı müharibənin daha 10 ilinə dözə bilməyəcək, çünki o, daha nə Rusiyada, nə də onun hüdudlarından kənarda nüfuzlu fiqur deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Braziliyanın "Globo" nəşrinə müsahibəsində bəyan edib.
 
Jurnalist dövlət başçısına Rusiyanın Suriyada 10 ildən artıqdır apardığı proksi-müharibə haqqında sual verib və "Ukraynada Suriyada baş verənlərin təkrarlana biləcəyini" soruşub.
 
"Yox, təkrarlana bilməz. Putin o qədər yaşaya bilməz. Və o, bizimlə döyüşdüyü tempdə Suriyada döyüşməyib", - Zelenski deyib və vurğulayıb ki, hərbi əməliyyatların gedişində əmlakını, doğma və yaxınlarını itirmiş suriyalıların əzablarını azaltmır və dəyərsizləşdirmir.
 
"İstənilən müharibə dəhşətli bəla və faciədir. Hətta bu müharibə üç gün davam etsə belə. Kimsə üç günə hər şeyini itirə bilər", - Zelenski qeyd edib.
 
"Mən hesab etmirəm ki, dünya Suriya faciəsi ətrafında birləşib. Düşünürəm ki, bu, yanlışlıqdır. Bu, həmişə belədir, dünya düşünür ki, müharibə haradasa uzaqlardadır və bu, böyük yanlışlıqdır", - o, əlavə edib.
 
"Putin tab gətirməyəcək. Otuz ildən sonra o, olmayacaq, o, öləcək, bu, tamamilə aydındır. Amma o, heç on il də tab gətirməyəcək. O, artıq əvvəlki fiqur deyil", - Ukrayna prezidenti bəyan edib.
 
Onun dəyərləndirməsinə görə, rusiyalıların bu gün döyüş meydanında hərəkətləri onu göstərir ki, Rusiya Ukraynanı işğal etməyə və ukraynalıları məhv etməyə qadir deyil.
 
"Onların arzusu əvvəlki kimidir, lakin onların hamısı buna qadir olmadığını yaxşı anlayır", - Zelenski deyib və vurğulayıb ki, Ukrayna öz ordusu və öz xalqının dəyanəti və qətiyyəti sayəsində Rusiyadan daha güclü olub.
 
Prezident istisna etməyib ki, Rusiya yenidən Ukrayna ərazilərinin işğall məsələsinə dönə bilər. Bunun üçün ona zaman lazımdır ki, ehtiyatlar toplasın, sanksiyalar götürülsün və dünyanın heç olmasa harasındansa siyasi dəstək alsın. Başlıca şərt isə Ukraynanın bu müddətdə fəaliyyətsizlik nümayiş etdirməsidir.
 
"Ukrayna bu müddətdə susmayaq, Ukrayna hərəkət edəcəkdir", - Zelenski əmin edib.
 
O, qeyd edib ki, Ukrayna xalqı hazırda xeyli sınaqlardan və əzablardan keçir. Onun sözlərinə görə, bu müharibənin nəsli formalaşıb, daimi təhlükəyə rəğmən, Ukraynada qalıb yaşayan insanlar isə onun özəyidir.
Link kopyalandı!
Son xəbərlər