Ekskluziv
1778
25 Jul 2023 | 19:32

"Ukrayna Qərbi və şəxsən Baydeni pis vəziyyətə salıb" - "The Wall Street Journal"

"Bayden administrasiyasının Ukraynaya silah tədarük etməkdən savayı başqa çıxış yolu yoxdur..."

 
"Putin öz ölkəsi daxilində müharibənin kifayət qədər aqressiv aparılmaması üçün getdikcə artan tənqidlə üzləşir..."
 
Ukraynanın rusiyalı işğalçılara qarşı astagəl əkshücumları bu il sülh danışıqlarının baş tutacağına ümidləri zəiflədir və müddətsiz münaqişə təhlükəsini yaradır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" qəzeti yazıb.
 
Potensial olaraq dalan vəziyyət Kiyevin Rusiya ilə güc mövqeyindən danışıqlar apara bilməsi üçün ABŞ prezidenti Co Bayden tərəfindən Ukraynaya hərbi yardım üçün milyardlarla dollar vəsait ayrılması üzrə bəyan edilən strategiyanın iflasa uğraması demək olacaq.
 
"Ukraynanın ilişib qalan hücumu Baydeni sadə olmayan siyasi vəziyyətə salır", - məqalədə deyilir.
 
Qeyd edilir ki, belə vəziyyət həmçinin Qərbin artıq qıtlıq hiss edilən silahı tədarük etmək və ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə dəstək verməsinə qarşı çıxanlara siyasi dəstəyi təmin etmək qabiliyyətinə "meydan oxuya" bilər.
 
"Aydındır ki, işlər yaxşı gedəndə əlavə yardım etmək daha asandır", - bunu ABŞ-ın Ukraynadakı sabiq səfiri və Kiyevə göstərilən hərbi yardımın genişlındirilməsinə tərəfdar çıxan Con Herbst deyib.
 
"Lakin Bayden administrasiyasının silah tədarükünü davam etməkdən savayı başqa çıxış yolu yoxdur", - o, deyib.
 
Herbstin fikrincə, Ukraynadan imtina etmək və Rusiyanın qismən də olsa qələbəsini qəbul etmək "Baydenın xarici siyasətinin böyük iflası olardı və hətta qoşunların Əfqanıstandan çıxarılmasını kölgədə qoyardı".
 
Lakin ABŞ-ın "bu yolu davam etdirmək" strategiyası bəzi riskləri özündə ehtiva edir. Bayden özünün xarici siyasət səlahiyyətlərini demokratiya və avtoritarizm arasında döyüş adlandırdığı münaqişəyə yönəldib. Bayden 2024-cü ilin prezident seçkilərinə yaxınlaşdıqca, Rusiya prezidenti Putin Qərbə üstün gəlməyə cəhd etmək üçün daha çox stimul əldə edir.
 
Yeri gəlmişkən, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dalana dirənib və Putin öz ölkəsi daxilində "müharibənin kifayət qədər aqressiv aparılmamasına" görə getdikcə artan tənqidlə üzləşir.
 
"Ruslar Ukraynanın təslim olması barəsində danışmağı çox sevir. Mən düşünmürəm ki, onlar, bu gün baş verənlər istisna olmaqla, Ukrayna böhranının nizamlanması haqqında hansısa danışıqlarda ciddi şəkildə maraqlıdır", - bunu beynəlxalq münasibətlər üzrə Şuranın əməkdaşı Tomas Qrem deyib.
 
Çünki nə Rusiya, nə də Ukrayna danışıqlara meyl etmədiyindən, Ağ evin əvvəlki kursu davam etdirmək və Kiyevə dəstək vermək, bu zaman ukraynalıların döyüş meydanında işğalçı Rusiya qüvvələrinə qarşı mümkün irəliləməsinə və ya Moskvada yeni siyasi böhrana ümid etməsindən başqa variantları yoxdur", - qəzet yazıb.
Link kopyalandı!
Son xəbərlər