"Ukrayna xalqı böyük qəddarlıq qarşısında misilsiz dəyanət nümayiş etdirib və öz ölkəsinin müdafiəsi üçün igidliklə döyüşməkdə davam edir..."
"Biz geri çəkilmək fikrində deyilik, Ukrayna ABŞ və Təmas qrupunun lazım olanadək yardım və dəstəyinə bel bağlaya bilər..."
Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri rusiyalı işğalçılarla döyüş meydanında təşəbbüsü ələ keçirib.
Moderator.az xəbər verir ki, bu barədə o, Ukraynanın müdafiə məsələləri üzrə Təmas qrupunun ("Ramştayn-14") virtual formatda keçirilən iclasında bəyan edib.
"Ukrayna xalqı böyük qəddarlıq qarşısında misilsiz dəyanət nümayiş etdirib, - Pentaqon rəhbəri deyib. - Ukrayna qüvvələri öz həmvətənlərinin və öz ölkəsinin müdafiəsi üçün igidliklə döyüşməkdə davam edir.
Ukraynanın əkshücumu bu faciəli müharibədə həlledici məqamdır. Ukrayna Silahlı Qüvvələri öz suveren ərazisinə nəzarətin bərpa edilməsi üçün təşəbbüsü ələ keçirib, lakin Rusiyanın Ukraynaya qarşı təcavüzü son dərəcə təhlükəli vəziyyət yaradıb".
O cümlədən, ABŞ müdafiə nazirinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsi misli görünməmiş dəhşətli və qanlı nəticələr törətməkdə davam edir.
Bu zaman Təmas qrupunun iştirakçıları Ukraynanı əmin edib ki, onu bütün kritik zəruri olanlarla, o cümlədən hava hücumundan müdafiə sistemləri və döyüş sursatları ilə təchiz etməkdə davam edəcək.
"Biz geri çəkilmək fikrində deyilik, - Ostin vurğulayıb. - Biz təlimlər keçəcək, texnika tədarük edəcək və USQ-yə bu gün müdafiə olunması və gələcəkdə təcavüzün çəkindirilməsi iqtidarında olan qabiliyyətli və peşəkar Ukrayna qoşunlarının qurulması və möhkəmləndirilməsi üçün lazımi dəstək göstərməkdə davam edəcəyik".
Pentaqon rəhbərinin vəd etdiyi kimi, Ukrayna ABŞ və "Ramştayn-14" Təmas qrupu üzv ölkələrinin uzunmüddətli yardımına bel bağlaya bilər.
"Bu, bu müharibənin və bu əsrin ən fövqəladə vacib məqamıdır. Birləşmiş Ştatlar və Təmas qrupu lazım olanadək Ukrayna tərəfində çıxış edəcək", - Lloyd Ostin deyib.
Xəbər verildiyi kimi, iyulun 8-də ABŞ rəsmən elan edib ki, Ukraynaya yardımda misli görünməmiş addım atmağa və Kiyevə 800 milyon dollar məbləğində hərbi yadım göstərməyə hazırdır. Amerika administrasiyasının qərarını ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan əsaslandırıb.
Bu paketə ABŞ Müdafiə Nazirliyinin anbarlarından olan silah və avadanlıq daxildir. O cümlədən, söhbət ikili təyinatlı adi döyüş sursatları (DPICM) və meydança hədəflərinin məhv edilməsi üçün ABŞ-ın əvvəllər Ukraynaya tədarük etmədiyi yüksək effektli və etibarlı artilleriya vasitələrindən gedir.
Bundan başqa, bu paketdə əlavə yüksək dəqiqli aviasiya döyüş sursatları, yaylım atəşli reaktiv sistemlərı, 155 mm-lik haubitsalar, 155 mm və 105 mm-lik artilleriya döyüş sursatları, habelə hava hücumundan və tankəleyhinə raketlər və mərmilər, "Bredli" və "Strayker" döyüş maşınları və digər silah növləri nəzərdə tutulub.
Bundan başqa, prezident Co Bayden Kiyevə kaset döyüş sursatlarının verilməsini təsdiq edib. Amerika liderinin vurğuladığı kimi, bu qərar Ukraynanın artilleriya mərmilərinə olan tələbatının tam şəkildə təmin etməyin mümkün olmaması ilə bağlıdır.
"Ukraynalıların mərmiləri tükənir, - Bayden bəyan edib. - onlar isə hansısa yolla Rusiya qoşunlarını dayandırmalıdır".