2301
12 Jul 2023 | 20:05

"Yeni səsdən sürətli təyyarə səs sürətini dəf edərkən yüngül partıltı eşidiləcək..."

"Təyyarə saatda 1480 km sürətlə, 16,7 km hündürlükdə uça biləcək..."

 

Amerikalılar insanları səsdən sürətli təyyarələrdə sakit səslə daşıyacaq qəribə texnika möcüzəsini nümayiş etdirib

 

Amerikanın Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) X-59 adlə yeni səsdən sürətli təyyarənin fotoşəklini göstərib. Alimlər qarşılarına "sakit" səsdən sürətli təyyarələr işləyib hazırlanması məqsədini qoyub.

 

Moderator.az xəbər verir ki, bu barədə "Space" nəşri yazıb.

 

"Lockheed Martin" şirkətinin istehsalı olan səsdən sürətli X-59 təyyarəsi Kaliforniyada sınaq poliqonundadır. Bu ən yeni təyyarə NASA-nın "Questt" adlı missiyası çərçivəsində ilk sınaq uçuşuna tam hazırdır. Alimlər təyyarənin tam təhlükəsiz olduğuna əmin olmaq istəyir.

 

NASA-nın yeni missiyasının məqsədi səsdən sürətli təyyarələrin səsdən sürətli uça bilməsi və bu zaman "sakit" ola bilməsini göstərməkdən ibarətdir. Yəni belə təyyarələr səsi dəf edərkən indiki oxşar təyyarələr kimi yüksək səslər yaratmaya bilər.

 

Yeni təyyarənin ABŞ-ın bir neçə şəhərlərindən uçuşa buraxılacağı zaman istehsalçılar bu təyyarələrin çıxardığı səslərə insanların reaksiyasını öyrənəcək. Bu məlumatlar hava gəmisinin keyfiyyətinin yaxşılaşması üçün istifadə ediləcək. Əgər sınaqlar uğurlu keçəcəksə, o zaman X-59 təyyarələri həm də kommersiya uçuşları üçün istifadə ediləcək.

 

NASA mütəxəssisləri əmin edir ki, səs sürətini dəf edərkən avtomobilin qapısının bağlandığı zaman səsə oxşar yüngül partıltı eşidiləcək. Səsdən sürətli təyyarələrin əvvəllki nəsli kifayət qədər güclü səs çıxarıb.

 

İsyehsalçılar səsdən sürətli təyyarələrdə uçuşların üzərində uçuş həyata keçirilən yerlərin sakinləri üçün daha rahat ola biləcəyini nümayiş etdirmək istəyir. Digər tərəfdən, belə təyyarələrdən istifadə edilməsi həm sərnişinlər, həm də yüklərin hava vasitəsilə hərəkət sürətinin artmasına gətirib çıxaracaq.

 

Yeni X-59 təyyarəsinin uzunluğu 30 m, eni 9 m təşkil edir, bir reaktiv mühərrikə malikdir. Bu təyyarə saatda 1480 km sürətlə, 16, 7 km hündürlükdə uça bilir.

 

Artıq növbəti ilin əvvəlində bu təyyarə ABŞ-ın bəzi ştatları üzərindən uçmağa başlayacaq. NASA-nın "Questt" missiyası bir neçə il davam edəcək və yalnız bundan sonra belə təyyarələrin kommersiya məqsədləri üçün istifadə edilməsi barədə qərar veriləcək.

Link kopyalandı!
Son xəbərlər