Bizi sosial şəbəkələrdən izləyin:
Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev küçəsində ənənəvi yol-nəqliyyat hadisələri yaşanmaqda davam edir.
Sakinlərin Moderator.az-a verdiyi məlumata görə, bu gün səhər saat 9:50 radələrində sözügedən ərazidə yol nişanlarının tələblərinə məhəl qoymayan, sürət həddini aşan, ötmə əməliyyatı edən və qarşı tərəfin hərəkət zolağına keçməklə qəza şəraiti yaradan sürücülərdən biri ağır qəzadan yan keçə bilməyərək öz səhvinin qurbanı olub.
Belə ki, hadisə zamanı Sumqayıt şəhəri istiqamətindən Novxanı qəsəbəsi istiqamətində hərəkət edən ağ rəngli “Maksim” şirkətinə məxsus taksinin qəfil hərəkət zolağına çıxan “Mersedes benz” markalı 99NG157 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn avtomobilin zolağından yolun əks istiqamətində olan piyada yoluna keçməklə hadisədən yayınmağa cəhd edib. Lakin taksi “Mersedes”in sağ tərəfnə çırpılıb. Nəticədə “Mersedes”in sürücüsü hadisə yerində həlak olub. “Mersedes”də başqa sərnişin olmayıb. Taksi sürücüsü və taksidə olan sərnişinlər isə xəsarət alıb.
Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, dəfələrlə müraciət etmələrinə baxmayaraq, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi bu yolun üzərinə sürət radarının quraşdırılmasını, işıqfor və müşahidə kameralaralarının sayının artırılmasını məqsədəuyğun hesab etməyib.