Bizi sosial şəbəkələrdən izləyin:
“Təəssüf ki, Türkiyə iqtisadiyyatında geriləmə davam edir...”
“Türkiyədə seçkilərdən ötən son bir aydan bir az çox müddətdə üzdə görünən əsas dəyişiklik bundan ibarətdir ki, bütün hökumət dəyişdi. Yalnız iki nazir dəyişmədi; səhiyyə naziri və mədəniyyət və turuzm naziri... Bundan öncəki hökumətdə bəzi nazirlər arasıında müəyyən ziddiyyət və narazılıqlar var idi- onlar aradan götürüldü”.
Bunu Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə analitik, İstanbul universitetinin doktorantı Teymur Qasımlı “Türkiyədə son seçkiıərdən keçən bir aydan çox müddətdə siyasi və iqtisadi proseslər hansı istiqamətdə inkişaf edir?” sualını cavablandırarkən söyləyib
“Bu bir ay ərzində Türkiyə xarici siyasətində müəyyən uğurlar əldə edib: Misir və bəzi Yaxın Şərq dövlətləri ilə bir sıra sahələrdə əməkdaşlıqlara nail olub. Ərdoğanın bir sıra Yaxın Şərq ölkələrinə səfəri gözlənilir. Son ayda Türkiyə xarici siyasətini məşğul edən əsas məsələlərdən biri də İsveçin NATO-ya üzv olmasına qarşı aparılan kampaniya oldu. Burada Türkiyənin bir neçə əsas şərti var. Hələlik heç bir nəticə yoxdur. AKP-nin sentyabr ayında olacaq qurultayına hazırlıq gedir. Eyni zamanda iqtidar bələdiyyə seçkilərinə də hazırlıqlara start verib. Həmçinin Ərdoğanın seçkilərdə verdiyi vədlərin yerinə yetirilməsi qismən də olsa, başlayıb”,- deyə davamında siyasi şərhçi bildirib.
Politoloq hesab edir ki, qardaş ölkənin iqtisadiyyatında yetərincə həll olunmalı problemlər mövcuddur.
“Təəssüf ki, Türkiyə iqtisadiyyatında geriləmə davam edir. İnflyasiya faizi artmaqdadır. Lirənin dəyərdən düşməsi və qiymətlərin artımı davam edir. Ancaq maliyyə naziri iddia etdi ki, bu yaxınlarda Türkiyəyə 8 milyard dollara yaxın pul gələcək. Və bundan sonra vitse-prezident və maliyyə naziri yaxın Şərqə: Sıusiyyə Ərəbistanı və Bəhreynə səfərə yollandı. Pul axının gəlməsi üçün təminat yarandı. Hələlik son günlərdə ölkəyə maliyyə axınının artırılması üçün müəyyən işlər aparılır. Bu bir ay müddətində əsas görünən odur ki, Türkiyə, Ərdoğan iqtidarı ölkə iqtisadiyyatını yenidən müəyyən rifah səviyyəsinə qaytarmaq üçün yollar arayır və tədbirlər görməyə çalışır”, -deyə analitik vurğulayıb.
Sultan Laçın