Ekskluziv
2213
01 Jul 2023 | 17:20

"Putin nəzarətedilməz adamdir, dəhşətli terror aktı riski artmaqdadır..." - Zelenski

 
"Zaporojye AES-də terror aktı sivil dövlətlər tərəfindən mülki əhaliyə qarşı nüvə silahının tətbiqi kimi dəyərləndiriləcək..."
 
"Kiyev rejiminin ağılsız iftiraları fonunda Rusiyanın özünün nəzarətində olan stansiyanı patlatmaq niyyəti yoxdur..."
 
Ukrayna prezidenti Vladimir Zelenski Zaporojye AES-də terror aktının törədilməsi riskinin yüksək olduğunu təsdiq edib. Onun sözlərinə görə, Rusiyanın stansiyada radioaktiv maddələrin sızmasını yaratmaq planları haqqında Ukrayna kəşfiyyatına bəllidir. 
 
Moderator.az xəbər verir ki, bu barədə o, İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində deyilir.
 
"Kaxovka SES-in bəndinin dağıdılmasında olduğu kimi, bu, münaqişəni dondurmaq üçün onların strategiyasının bir hissəsidir", - Zelenski deyib.
 
Onun sözlərinə görə, Rusiya prezidenti Putin nəzarətedilməz adamdır, Kaxovka SES-də fəlakətdən, habelə "vaqnerçilər"in qiyamından sonra Zaporojye AES-in partladılma riskləri göz özündədir.
 
Ukrayna prezidentinin fikrincə, əgər Kiyev stansiyaya nəzarəti MAQATE-yə versə, rusiyalılar stansiyanı məsafədən partladacaq. Bununla özü üçün zaman udacaq, silahlar toplayacaq və yenidən ukraynalıları Yer üzündən silməyə cəhd edəcəkdir. 
 
Bu ərəfədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov məlumat verib ki, rusiyalı hərbçilər Zaporojye stansiyasının soyuducu-nohurunu minalamaqla ən dəhşətli iş görüb. O, vurğulayıb ki, Zaporojye AES-də terror aktı sivil dövlətlər tərəfindən mülki əhaliyə qarşı nüvə silahının tətbiqi kimi dəyərləndiriləcək. 
 
Amerikanın müharibəni öyrənilməsi İnstitutunun (ISW) analitikləri Rusiyanın Ukraynadakı hərəkətlərinin qeyri-rasional olduğunu qeyd edir. Onların fikrincə, Rusiya Zaparojye AES-də qəsdən törədilən radioloji insidentin nəticələrinə nəzarət edə bilməyəcək, bu da üstəlik Rusiyanın işğal etdiyi ərazilərdə vəziyyətini daha da pisləşdirəcək. 
 
"Lakin Rusiya tərəfindən Kaxovka SES-in bəndinin məhv edilməsi həmçinin Rusiya qüvvələrinə neqativ təsir edib. Ona görə də Rusiyanın Zaporojye AES-də diversiya planlarını istisna etmək olmaz", - İnstitutun hesabatında deyilir.
 
Bundan öncə məlumat verirlib ki, Rusiya ordusu stansiyanı tərk edir. İlk olaraq "Rosatom"un rusiyalıların hərəkətlərinə rəhbərlik etmiş üç əməkdaşı stansiyanı tərk edib, Ukrayna Baş Kəşfiyyat İdarəsi bəyan edib.
 
Eyni zamanda, "Rosatom"la müqavilə bağlamış ukraynalı əməkdaşlara təxliyyə olunmaq barədə tövsiyyələr verilib. Verilən göstərişlərə əsasən, onlar stansiyanı iyulun 5-dək tərk etməlidir. Arzuedilən istiqamət işğal edilmiş Krımın ərazisidir. 
 
"Rosatom" Zaporojye AES-dən getməsini təkzib edib. "Heç kim heç yerə getmir, belə sərəncamlar verilməyib", - bunu RBK nəşrinə stansiyanın idarə heyətinin nümayəndəsi deyib.
 
Eyni zamanda, Rusiya BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasına məktub göndərərək Ukraynanın Zaporojye AES-də diversiya törətməsinin qarşısını almağa çağırış edib.
 
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib. Onun sözlərinə görə, "Kiyev rejimi nümayəndələrinin davam edən ağılsız iftiraları fonunda" Rusiyanın özünün nəzarətində olan stansiyanı partlatmaq niyyəti yoxdur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər