“Arayikin qapalı görüşdə bəzi məxfi məlumatlar səsləndirdiyi ehtimalı da var...”- "Hraparak"
Azərbaycan ərazisindəki baş separatçı Arayik Arutyunyan dünən – iyunun 29-da Xankəndindəki qanunsuz “parlament”in qondarma “deputat”ları ilə qapalı görüş keçirib.
Moderator.az xəbər verir ki, “Johovurd” gündəlik qəzeti təxminən 2 saat davam edən qapalı görüşdən yeni detallar öyrənib.
“Bizə bildirilib ki, görüşdə təhlükəsizlik məsələləri, o cümlədən qanunvericilik layihələri müzakirə olunub, prezident(qondarma-S.L.) 2022-ci il planının icra prosesini təqdim edib, deputatların suallarını cavablandırıb. “Joqovurd” qəzetinin Artsax mənbələrinə görə, Arayik Arutyunyan kifayət qədər depressiyaya düşüb, o, Artsaxın gələcək taleyi, yol blokadaları ilə bağlı qeyri-müəyyən və ürəkaçan olmayan bəyanatlar verib”,- erməni nəşri belə yazır.
Araik Arutyunyan konkret olaraq deyib ki, Qarabağdakı haykların “əlində heç nə yoxdur, döyüşməlidirlər, səslərini ucaltmalıdırlar, amma problemin həllinin açarı onların əlində deyil. Deputatlar Arutyunyandan Ermənistan hakimiyyətinin Azərbaycanla hansı danışıqlar aparmasından xəbərinin olub-olmadığını, onlarla əlaqədə olub-olmadığını soruşublar. Birbaşa olmasa da, Arutyunyan danışıqlar barədə ona da məlumat verilmədiyini açıqlayıb”,- xəbərdə bildirilir.
“Deputatlar Arutyunyanın sözlərindən anlayıblar ki, onun artıq Ermənistan hakimiyyətinə heç bir ümidi yoxdur, Artsaxın gələcəyi qeyri-müəyyəndir, ümidlərini yalnız özlərinə bağlamalıdırlar. Rusiya sülhməramlılarına gəlincə, Araik Arutyunyan əmin edib ki, onlar da problemin tezliklə həllini istəyirlər, lakin digər tərəfdən sülhməramlılar zərbaycanlılarla birbaşa qarşıdurmaya gedə bilməzlər, onların missiyası sülhü qorumaqdır"- deyə erməni qəzeti vurğulayır.
Bu arada “Hraparak” nəşri yazıb ki, Arayikin qapalı görüşdə bəzi məxfi məlumatlar səsləndirdiyi ehtimalı da var.
Sultan Laçın