Xankəndində Azərbaycan məhsulları satıldığını elan edən erməni tutuldu...
Ekskluziv
5001
29 Jun 2023 | 14:00

Xankəndində Azərbaycan məhsulları satıldığını elan edən erməni tutuldu...

Dünən - iyunun 28-də sosial şəbəkələrin erməni seqmentində təxminən belə bir yazı dərc olunub: “ “Made in Azerbaijan” Stepanakertin(Xankəndi-S.L.) mağazalarında satılır. Burada türklər, ruslar və onların (inteqrasiya olunmayan) Məclisi var. Dilini ud və sus”.
 
Moderator.az xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, bu barədə Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “təhlükəsizlik xidməti” məlumat yayıb.
 
“Sözügedən paylaşımla bağlı həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, qeydiyyatdan keçirilmiş istifadəçi hesabından Stepanakert şəhər sakini, 1978-ci il təvəllüdlü şəxs istifadə edir. Bu G.P.-dır. və başlanmış cinayət araşdırması nəticəsində məlum olub ki, sonuncunun yerləşdirdiyi statusda qeyd olunanhallar reallığa uyğun gəlmir” – qondarma qurumun yaydığı məlumatda belə deyilir.
 
Separatçı rejimin qanunsuz xidməti sözügedə erməni barəsində  “müvafiq maddələrlə” “cinayət” işi başladıb və G.P. həbs edilib.
 
S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər