General Surovikinin Priqojinin üsyanından xəbəri olub - Putinin qərarı necə olacaq?
2133
28 Jun 2023 | 13:24

General Surovikinin Priqojinin üsyanından xəbəri olub - Putinin qərarı necə olacaq?

"Qərbdə daha səriştəli və amansız hesab edilən Surovikinin vəzifədən kənarlaşdırılması Ukraynanın əkshücumu üçün faydalı olardı..."
 
Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı, Rusiyanın Ukraynada qoşun qruplaşması komandanının müavini general Sergey Surovikinin Yevgeni Priqojinin Rusiyanın hərbi rəhbərliyinə qarşı üsyan etmək planlarından xəbəri olub.
 
Moderator.az xəbər verir ki, bunu "The New York Times" qəzeti kəşfiyyat məlumatlarına malik olan ABŞ rəsmilərinə istinadən iddia edib.
 
Nəşrin mənbələrinin sözlərinə görə, indi ABŞ hakimiyyəti Surovikinin qiyam planının işlənib hazırlanmasında hər hansı iştirakını aydınlaşdırmağa səy göstərir.
 
Mənbələrin sözlərinə görə, həmçinin Priqojinin Müdafiə Nazirliyi rəhbərliyini zorla dəyişdirmək cəhdinə dəstək verən Rusiyanın digər generalları da olub.
 
"Priqojin özünün yüksək rütbəli tərəfdarlarının olduğuna əmin olmasaydı, o, qiyam qaldırmazdı", - mənbələr iddia edir.
 
"The New York Times" qeyd edir ki, Putin Surovikinin Priqojinə dəstək verməsinə inanırmı, inanırsa, buna necə münasibət göstərmək məsələsini həll etməlidir. 
 
Nəşrin mənbələri istisna etmir ki, Putin baş verənlərin bütün günahını Priqojinin üzərinə qoymağa qərar verəcək. 
 
Lakin Surovikinin qiyamın hazırlanmasında əli olduğunun əsaslı sübutlarının tədqim ediləcəyi təqdirdə Putinin generalı komandanlıqdan kənar etməkdən başqa çıxış yolu qalmayacaq, onlar belə hesab edir.
 
Qərbdə Rusiya komandanlığının digər üzvlərilə müqayisədə daha səriştəli və amansız hesab edilən Surovikinin kənarlaşdırılması, heç şübhəsiz, Ukraynanın başlanan əks-hücumu üçün fayda verərdi.
 
Qəzetin həmsöhbətləri vurğulayıb ki, ABŞ və müttəfiqləri baş verənlərlə bağlı hələlik ilkin məlumata malikdir və qeyd ediblər ki, rəsmi şəxslər Rusiya təbliğatına qiyamın "Qərb tərəfdən təşkil edildiyi" barədə düşünməyə əlavə bəhanə verməmək üçün Priqojinin qiyamını müzakirə etməməyə çalışır.
 
Xatırladaq ki, iyunun 23-də Priqojin bəyan edib ki, Rusiya MN "Vaqner qrupu" özəl hərbi şirkətinin arxa cəbhə düşərgələrinə raket zərbələri endirib.
 
O, zərbə nəticəsində çoxsaylı döyüşçülərinin həlak olduğunu bildirib və "rus əsgərlərini məhv edənlərlə haqq-hesab çəkmək üçün" buna cavab verəcəyini vəd edib. Müqavimət göstərənləri isə Priqojin "məhv etdəcəyini" vəd edib.
 
Dəfələrlə Surovikini açıq şəkildə tərifləyən Priqojin qiyama başlayandan az sonra Surovikin "Vaqner qrupu" muzdlularına müraciət edərək daxili siyasi vəziyyəti kəskinləşdirməməyə çağırış edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər