“Türkiyə əlifbasını yaradan hayklar bu təxribatla türklərin düşüncə sürətini azaldıblar...”
5741
24 Jun 2023 | 22:46

“Türkiyə əlifbasını yaradan hayklar bu təxribatla türklərin düşüncə sürətini azaldıblar...”

“Azərbaycanın 20-ci illərdə qəbul etdiyi birinci latın qrafikasında nöqtəli hərf yoxdur...”
 
Azərbaycan cəmiyyətini maraqlandıran əsas məsələlərdən biri də gənc nəslin xeyli hissəsinin savadsızlığa, mütaliəsizliyə və elmsizliyə meyillənməsidir. Aydındır ki, cəmiyyət, xüsusilə də pedaqoq və dilçilərimiz hər şeydən əvvəl bunun səbəblərini araşdırıb, nəticələr çıxarmalı və bu nəticələr  əsasında tədbirlər görməlidir. Bəzi mütəxxəssislər gənclərimizin, ümumiyyətlə, Azərbaycan insanının az mütaliə etməsinin səbəblərindən biri kimi çağdaş əlifba qrafikamızın oxunuş üçün yorucu olmasıyla izah edir... 
 
Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dilinin yaradılması məsələsinin  gündəmdə olduğu bir dövrdə bu aktual problemlə bağlı Moderator.az üçün söhbət etdiyimiz pedaqoq və psixo-linqvist alim,  "Dil və ədəbiyyat” elmi-nəzəri jurnalının (“Dil və ədəbiyyat” jurnalı 1993-cü ildən stabil şəkildə çıxan böyük həcimli,(45 çap vərəqəsi) məcmuədir. Onun səhifələrində minlərlə  tədqiqatçının elmi araşdırmaları çapdan çıxmışdır) baş redaktoru Tahir Cəfərli bir sıra maraqlı fikirlər səsləndirməklə yanaşı, Azərbaycan dilinin müasir latın qrafikası çatışmazlıqları haqda digər dilçi alimlərin etirazlarına səbəb ola biləcək rəylər irəli sürüb və həmin əlifbada islahatlar aparılması üçün təkliflər verib. Alimlə söhbətimizi ictimaiyyətin və elmi dairələrin müzakirəsinə buraxırıq...
 
-Tahir müəllim, belə çıxır ki,  çağdaş Azərbaycan əlifba qrafikasında ilk gözə çarpan və yazıda tormozlanma yaradan faktor: bu əlifbada nöqtələrin çoxluğudur... 
 
-Bu həqiqətən belədir. Biz lazımsız  nöqtələrdən uzaqlaşsaq, əlifbamız daha da  kamil olar. Burada söhbət Azərbaycan əlifbasının həqiqi latın qrafikasına uyğunlaşmasından gedir. Yadınıza M.F.Axundovla  bağlı məşhur əhvalatı salmaq istəyirəm. Ondan soruşurlar: 
 
- Mirzə, nə ilə məşğulsan? 
 
O cavab verir: 
 
-“Peşənbə” sözünün üstünə nöqtələri düzürəm...  
 
Aydındır ki, mövcud Türkiyə qrafikasının yaranmasında erməni əlinin olması baxımından onun kamil qrafika olması haqqında fikir yürütmək gülüncdür. Çünki bu qrafikanı yaradan ermənilər türk dilinin yazı xüsusiyyətlərindən xəbərdar olduqlarından İ- nin üstünə nöqtə qoymaqla, Latın İ-sini I etməklə nöqtələrin sayını birə on artırıblar. 
 
-Bunu necə başa düşək?
 
-Əgər türk dilli mətnin bur sətrini təhlil etsəniz görərsiniz ki, İ hərfinin sayı I hərfinin sayından ən azı on dəfə çoxdur.  Nöqtələrin bolluğu bu qrafikanın yazı sürətini heçə endirir və insanların yazı tempi ilə düşünmə tempi arasında maneə yaradır, yəni yazı yazan İ-ləri üstündə nöqtələri qoymaqla məşğul olduğundan düşünmə tempi də aşağı enir... 
 
Maraqlı bir fakt: əgər İ-nin üstündəki  nöqtəni götürsək, yazı sürətimiz 7-8 dəfə artar. 
 
BDU-nun tələbələr arasında apardığımız araşdırmalar bunu sübut edir. Məsələn: bir qrup tələbəyə eyni kitab səhifəsini üzündən köçürtməyi, o biri qrup tələbəyə eyni mətni “i”ləri nöqtəsiz köçürtməyi tapşırıq vermişdik.
 
Nəticə ağlasığmaz oldu: eyni mətni tam köçürən iki qrup arasında çox ciddi fərq alındı. Mətni tam üzündən köçürən qrupun ümumiləşdirilmiş nəticəsi belə oldu: Mətni olduğu kimi köçürənlər onun 3-də bir hissəsini köçürənə qədər, “i”-nin üstünə nöqtə qoymayan tələbələr səhifəni axıra çatdırırdılar. Bundan əlavə ikincilərin yazı xüsusiyyətində hüsnxət  özünü göstərirdi, yəni birincilərdən fərqli olaraq, ikincilərin yazısında yaraşıq vardı. İkincilər, elə bil, ingilis qrafikası  prinsipləri ilə yazırdılar...
 
Əgər biz bu eksperimentin nəticələrinə psixolinqvistika nöqteyi-nəzərindən yanaşsaq, görərik ki, əlifbadakı nöqtələr şagirdlərin düşüncə tərzinin surətini aşağı endirir, tormozlayır və yaddaşının məna əlaqələrini pozur.
 
Səbəbi çox sadədir. digər latın qrafikalı Avropa dillərində “İ” hərfinin üstündə nöqtə yoxdur. Avropanın İ-sini  I etməklə, Türkiyə əlifbası faktiki olaraq öz oxucularının beynini tormozlaşmağa vadar edir, çünki türk dillərində İ-li sözlərin tərkibi I-lı sözlərin tərkibindən 8-10 dəfə çoxdur. Bu o deməkdir ki, istər oxuda, istərsə yazıda, əsasən yazıda, tormozlama baş verir və yazan fərd nöqtələri yerinə qoymaqla məşğul olduğundan, düşünmə qabiliyyəti aşağı enir. Aydındır ki, yazı nitqi ilk növbədə düşünmənin əksidir. 
 
Türkiyə əlifbası yaradan ermənilər İ-nin üstünə nöqtə qoymaqla türk millətinin yazı yazarkən sürətlə düşünmə qabiliyyətini aşağı endiriblər.  Akop Maratyan Türk dili institutunu və ensiklopediyasının rəhbəri olmuş, Stepan Kurtikyan isə türk dilinin qrammatikasını yaradanlardır...
 
Onların Türkiyə filologiyasına verdiyi töhfələrə baxmayaraq, xalqın düşüncə qabiliyyətinin aşağı endirmək üçün “İ”-ni “I”, “I”-nı isə nöqtəli “İ” ediblər və Türkiyəyə elə bir zərbə vurublar ki, indiyə qədər türklər nə baş verdiyini belə anlamırlar... 
 
Türkiyə filoloqları öz əlifbalarını psixolinqvistik nöqteyi-nəzərdən təhlil etsələr, bunu o saat başa düşərlər.
 
Bu saat Azərbaycanda təhsilin aşağı enməsi və uşaqların kitab oxumamaqlarının və yazmamaqlarının  səbəbini də əlifbaya bağlamaq olar.   Odur ki, yuxarıda göstərdiyimiz faktları əsas götürərək, biz həqiqi Latın qrafikasının İ-sinə qayıtmalıyıq, sadəcə olaraq İ-ni I –ya dəyişməliyik. Nəticəsi nə olacaq, gəlin ondan danışaq.
 
Maraqlı bir fakt. Azərbaycanın Birinci latın qrafikasında nöqtəli hərf yoxdur. Odur ki, köhnə əlifbanın  hüsnxəti vardı, həm də yazı sürəti indikinə nisbətdə  beş dəfə güclü idi...
 
Əgər təhsilin keyfiyyətini artırmaq istəyiriksə, biz əlifba islahatını həyata keçirməliyik. 50-ci illərin sonunda kiril qrafikasından lazımsız hərflər çıxarıldığı  kimi. O dövrdə əlifbanın islahatı çox böyük effekt verdi. 
Hərflərin azaldılması əksinə sürətli yazıya gətirib çıxartdı, yəni yazı sürəti Azərbaycanlıların düşünmə sürətinə də təsir göstərdi...
 
-Bildiyimizə görə, qrafikanın insanın düşünmə tərzinə təsiri haqqında çoxlu kitablar yazılıb. Yazı sürətinin  düşünmə sürətinə uyğunlaşması hər şeydən əvvəl beyində tormozlanmanın qarşısını  alır, yəqin ki?
 
- Azərbaycan istəsə, hazırkı latın qrafikalı əlifbasını da təkmilləşdirə bilər. Bunun üçün təkcə “I”(ы) hərfini “İ”(и), “İ”(и) isə “I”(ы) etmək etsək, hər şey qaydasına düşər...
 
“I”(ы) hərifi  Azərbaycan dilində çox az işlənir, həm də latın dilinin “İ” (и)–sının təkrarıdır. Odur ki, bu kompüterdən başqa kompüterə atanda bizim İ (и)-lər kompüterdə  I(ы)- ya çevirir. Odur ki, bir çox yazılarda çoxlu orfoqrafik səhvlər ortaya çıxır... 
 
-Bəli, bu redaktə işlərində də çətinlik yaratmaqla özünü göstərir... 
 
-“I”(ы) hərifi “ İ”(и) hərifindən on dəfə az işlənən hərifdir. Biz “İ”(и)-ni  “I”(ы) ilə əvəz etsək, yazı sürətini 8 dəfədən çox artırmış olarıq. Çünki belə olduqda şagirdlər nöqtə qoymağa vaxt itirməzlər...
 
Bundan əlavə ahəng qanuna arxalanıb “İ” hərifini ləğv edə bilərik. Məsələn, ahəng qanuna uyğun olaraq “gəlir” sözündə birinci hecadakı “ə” incə olduğundan ikinci hecada mütləq i səsi olmalıdır. Biz orfoepiya və orfoqrafiyamızda dəyişiklik etməkə belə sözlərdəki “i” səsini “ı” yazmağı və “i” kimi oxumağı qəbul etməliyik.  Belə olduğu halda hərflərin sayı azalsa da, əlifbanın kamilliyi artar... 
 
-Əlifbada lazımsız hərflərin sayının azaldılması məsələsi bu günə qədər aktual olaraq qaır. Adətən bunu edən ölkələr dillərinin qanunauyğun şəkildə ediblər...
 
- Bu, doğrudan da  belədir. Məsələn Hind-avropa dillərinin çoxunda bir hərif bir-neçə səsi ifadə edir. Məsələn C.  İngilis və başqa dillərdə bu hərifdən sonra e, i gələrsə S səsini, a, o gələrsə K səsini ifa edir. Rus dilində  Q-dan sonra i, e gələrsə, G səsininə çevrilir. Eyni ilə K da iki səs ifadə edir. Bu əlifbalar  fonetik qanunlarına uyğunlaşdırılmışdır. Azərbaycanda mövcud olan latın qrafikasında bu yoxdur... 
 
-Azərbaycan dilinin  daha hansı fonetik qanunu tətbiq etməklə,  biz  əlifbamızı təkmilləşdirə bilərik?
 
- Dediyim kimi, hər şeydən əvvəl Azərbaycan dilinin bu günə qədər  dəyişməz qalmasına kömək  göstərən ahəng qanununu. Bu qanun İ-nin üstündəki nöqtəni götürə bilər, I hərfini ləğv edər. Qalın saitlər sözdəki vəziyyətindən asılı olaraq oxunar...
 
Ən əsası  kiçik həriflərlə yazılmış Azərbaycan sözlərini  kompüter  böyütdüklə İ-lər  I-ya  çevrilməz. Məsələn, kiçik hərflə yazdığımız “Baki şəhəri dünyanın ən gözəl şəhələrindən biridir!” cümləsini böyük hərifə çevirsək “BAKI ŞƏHƏRI DÜNYANIN ƏN GÖZƏL ŞƏHƏLƏRINDƏN BIRIDIR” buradakı bütün İ-lər I-laşacaq, çünki  kompüterin dilində İ-hərifinin üstündə nöqtə olmadığından  İ-nı I-laşdırır. Bu hətta kompüterdə yazı yazanın işini  çətinləşdirir. Daha düzünü desək  işini tormozlandırır...
 
-Siz Azərbaycanın yeni əlifbaya keçməsini həmişə fövqəldövlətlərin, imperiyalarımn  siyasi məqsədlərindən irəli gəldiyini qısa şəkildə qeyd etdiniz. Bu saat müstəqillik əldə etmiş bütün türkdilli xalqların latın qrafikasına keçməyinə necə baxırsınız?
 
-Bilirik ki, bu saat türkdilli respublikalarda da latın qrafikasına keçidlə bağlı ciddi məsələlər müzakirə olunur və bir  çoxları bizim kimi latın qrafikasına keçəcəklər. Turan və yaxud türk birliyi ideyası bu respublikaları mənəvi cəhətdən birləşdirir. Bu birliyin meydana gəlməsində Türkiyənin rolu isə böyükdür. Aydındır ki, bu xalqlar da Türkiyə qrafikası əsasında öz əlifbalarını  yaradacaqlar. Ermənilərin bu əlifbada qoyub getdikləri “İ-nin üstündəki nöqtəni saxlayacaqlar. Bu isə bu xalqların yazıda düşünmə tempini aşağı salmaq deməkdir. Türkiyə Respublikası aparıcı ölkə olduğundan, bizə elə gəlir ki, ilk növbədə əlifba islahatını-yəni latın i-sinin qaytarılmasını bu ölkə həyata keçirməlidir. Bizə elə gəlir ki, biz apardığımız tədqiqatların nəticəsini Türkiyə alimləri ilə bölüşməliyik və əlifbalarımızdakı erməni təxribatının qarşısını almalıyıq. Onda sözün əsl mənasında yazıda türk xalqlarının düşüncə sürətini artırmış olarıq...
 
(Ardı var)
    
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər