Kəmalə Müzəffər ikinci dəfə nənə oldu-ÖZƏL+VİDEO
4726
19 Jun 2023 | 21:21

Kəmalə Müzəffər ikinci dəfə nənə oldu-ÖZƏL+VİDEO

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Kəmalə Müzəffər ikinci dəfə nənə olub.

 

O, özü bu haqda Moderator.az-a məlumat verib.

 

“Qızım Banu ilə uzun bir yol gəldik. Bu yolda bizim iki dəfə itkimiz oldu. Göz yaşımız, kədərimiz, stresslərimiz oldu. Gecələr yuxusuz qaldım, amma bir an olsun belə duanı dilimdən əskik etmədim. Dayanmadan mən də, qızım da dua edirdik. Gecə-gündüz dua edirdik ki, hər şey yaxşı olsun. Şükür, hər şey də yaxşı oldu. Bu günləri bizim Xan adlı balamız dünyaya gəldi. Allah-təala bütün övlad istəyənləri sevindirsin. İnşallah! Bu artıq ikinci nəvəmdir, şükür ki, hər şey yaxşıdır” deyə əməkdar 

 

“Nənə sözündən qorxursunuz?” sualına aktrisa belə cavab verib.

 

“Nənə sözündən qorxmuram. Çünki dahilərdən biri deyib ki, “əgər sizin nəvəniz varsa, demək ki, hər şeyi düz etmisiniz”. 

 

Aktrisa bildirib ki, hal-hazırda yeni doğulan qızının da, nəvəsinin də səhhəti yaxşıdır.

 

1087626

 
Link kopyalandı!
Son xəbərlər