"Kremlin nüvə döyüş başlıqlarının verilməsi barədə bəyanatları Rusiyanın Belarus üzərində hərbi nəzarətinin faktiki olaraq möhkəmləndirilməsidir..."
"Rusiya diktatorunun sözlərinə görə, nüvə yükünün bir hissəsi artıq ölkə ərazisindədir..."
Kreml bəyan edib ki, Belarus taktiki nüvə döyüş başlıqlarını əldə edib, hərçənd, "Belaruski Qayun" monitorinq qrupu bu tip silahın yerdəyişməsini qeydə almayıb.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri bəyan edib.
Onlar hesab edir ki, nüvə yüklərinin verilməsi Rusiyanın Belarus ərazisi üzərində hərbi nəzarətinin faktiki olaraq möhkəmləndirilməsidir.
ISW-nin dəyərləndirməsinə görə, Rusiyanın Belarusda nüvə silahını yerləşdirməsi Kreml tərəfindən hərbi nəzarətin faktiki olaraq möhkəmləndirilməsinə yönələn uzunmüddətli səylərinin bir hissəsidir, lakin bu, ehtimal ki, eskalasiya anlamına gəlmir.
Qeyd edək ki, Putin bəyan edib ki, Belarus ərazisində nüvə yükünün yalnız bir hissəsi yerləşdirilib, digər hissəsi ilin sonunadək tədarük ediləcək. Eyni zamanda, monitorinq qrupu vurğulayıb ki, 16 iyuna olan vəziyyət nüvə silahının ölkə ərazisində gerçəkdən yerləşdirilməsinin başlanması barədə heç bir məlumat yoxdur.
Ekspertlər hesab edir ki, bu, NATO-nun Vilnüsdə keçiriləcək sammiti ərəfəsində və Ukrayna Silahlı Qüvvələrinin davam edən əkshücumu fonunda siyasi təzyiq göstərilməsinə yönələn razılaşdırılmış dezinformasiya kampaniyası ola bilər.
Nüvə silahının verilməsi barədə başlıca məqamlar
Mart ayında Putin Belarus ərazisində nüvə silahının yerləşdiriləcəyi barədə bəyan edib. Guya, bu, Böyük Britaniyanın Ukraynaya zənginləşdirilməmiş uranı olan döyüş sursatlarının verilməsinə cavab addımıdır.
Nüvə silahını Belarusda xüsusi saxlanc yerlərinin hazırlığından sonra yerləşdirmək nəzərdə tutulub. "Müvafiq prosedurlar" iyulun 7-8-də başa çatacaq.
İyunun 14-də Belarus diktatoru deyib ki, ölkəsi artıq nüvə silahını almağa başlayıb. Bu zaman o, vurğulayıb ki, bu silah Belarus ərazisindən yalnız ölkəyə bilavasitə təhlükə olduğu zaman tətbiq edilə bilər.
İyunun 16-da Putin bəyan edib ki, Belarusa nüvə silahının bir hissəsi verilib. Digər hissəsi isə, guya, ilin sonunadək veriləcək.