Yaponiyada 40 min nəfərlik üzən şəhər tikiləcək
4315
13 Jun 2023 | 20:13

Yaponiyada 40 min nəfərlik üzən şəhər tikiləcək

"Dünya okeanı səviyyəsinin qalxması şəhərə təhlükə törətməyəcək, çünki bütün infrastruktur avtonom şəkildə layihələşdirilib..."

 

"Şəhər perimetrindən kənarda raketlər üçün uçuş və enmə meydançaları yerləşdiriləcək..."

 

Yaponiyanın "N-Ark" şirkəti 40 nəfərlik Doqen üzən şəhərin layihəsini tədqim edib. Onların 10 mini daimi sakinlər, qalanları turistlər olacaq. 

 

Moderator.az xəbər verir ki, bu barədə "naked-science.ru" nəşri məlumat yayıb.

 

Şəhərə dünya okeanı səviyyəsinin qalxması təhlükə törətməyəcək, çünki bütün infrastruktur tamamilə avtonom şəkildə və enerji istehsalından sakinlərin qida və su ilə təminatınadək bütün həyati məsələlər nəzərə alınmaqla layihələşdirilib.

Şəhərin dairəvi forması ətraf dənizin ən güclü dalğalarına tab gətirmək iqtidarındadır. Şəhərin təkcə sunamilərə dözümlülüyü aydın deyil. 

Layihə 3 ayrıca sahələrə bölünüb. Bunlar əsas yaşayış zonasından ibarət məskunlaşma həlqəsi; şəhər idarəetmə mərkəzi və tibbi tədqiqatlar mərkəzi, 
məlumatların işlənməsinin sualtı mərkəzi; dairəvi konstruksiya ilə yaradılmış süni buxtanın daxilində üzən arxitekturadır. 

Çoxsaylı yaşıllıqlar, məhsul yetişdirilmısi üzrə plantasiyalar, məktəblər, idman meydançaları, xəstəxanalar, parklar, stadionlar, mehmanxanalar və ofislər nəzərdə tutulub.

Bundan başqa, "N-Ark" şirkəti şəhərin perimetrindən kənarda raketlər üçün uçuş və enmə meydançalarının yerləşdirilməsini mümkün hesab edir. 

Güman edilir ki, ada şəhərə il ərzində təxminən 2 milyon litr içməli su tələb olunacaq, bu da o qədər də böyük rəqəm deyil.

Bu zaman il ərzində 3288 ton tullantılar istehsal olunacaq, onların harasa daşınması və ya utilizasiya edilməsi məsələsi hələlik tam işlənməyib. 

Doqen şəhərinin özəl gücləri təxminən 7 min ton ərzaq və 22, 2 qiqavat elektrik enerjisini istehsal etməyə imkan verəcək. 

Enerji istehsalı kompleks olacaq, buraya bütün damlarda Günəş panelləri, külək dəyirmanları və sualtı axınlarından istifadə edən turbinlər daxil olacaq. 

Tikintinin qiyməti hələlik hesablanmayıb."N-Ark" şirkəti əmin edib ki, əgər bu layihə investorları maraalandırsa, Doqen şəhəri 2030-cu ildə artıq gerçəyə çevriləcək.

Link kopyalandı!
Son xəbərlər