"Bu ölkədə küçə hərəkəti qaydalarının pozulmasına görə cərimələr pozuntunun ağırlığı və qaydanı pozanın gəlirlərindən asılıdır..."
"Ümid edirəm ki, mənim cərimə pullarımı hökumət xeyirliyə xərcləyəcək..."
Fin biznesmeni-miltimilyonçusuna sürəti aşdığına görə dünyada ən yüksək cərimə yazılıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Anders Viklof nəzərdə tutulmuş sürəti 30 km/saat aşdığına görə xəzinəyə 121 min avro cərimə ödəməli olacaq, çünki bu ölkədə cərimələr gəlirlərə görə hesablanır.
76 yaşlı Anders Viklof illik dövriyyəsi 350 milyon avro olan holdinq şirkətinin sədri və təsisçisi, həmçinin Baltik dənizində Finlandiyanın muxtar regionu olan Aland adalarında ən nüfuzlu şəxslərdəndir. Onun sözlərinə görə, 82 km/saat sürətlə hərəkət edən zaman sürət həddi "qəflətən" 70 km/saat-dan 52 km/saata dəyişib.
"Mən baş verənlərdən çox təəssüf edirəm. Mən yavaş sürməyə başamışdım, lakin, görünür, bu, kifayət qədər tez baş verməyib. Bu, belə də olur", - Viklof "Nya Aland" qəzetinə müsahibəsində deyib.
Bütün Skandinaviyada olduğu kimi, Finlandiyada küçə hərəkəti qaydalarının pozulmasına görə cərimələr pozuntunun ağırlığından və pozucunun gəlirlərindən asılıdır, polis bunu yerində smartfon vasitəsilə vergi ödəyicisinin mərkəzi baza məlumatlarına qoşularaq yoxlaya bilər.
Fin sisteminə uyğun olaraq, "gündüz cəriməsi" pozucunun iki hissəyə bölünən sutkalıq təmiz gəliri əsasında hesablanır. Sürücü limiti nə qədər çox keçibsə, bir o qədər gündəlik cərimə sayı artır.
Viklofda ağırlaşdırıcı hal ondanm ibarət olub ki, o, əvvəllər iki dəfə sürət həddini aşdığına görə cərimələnib, həmçinin o, 10 gün müddətinə sürücülük hüququndan mərhum edilib. 2018-ci ildə biznesmen 63, 6 min avro, bundan 5 il öncə isə 95 min avro cərimə olunub.
Multimilyonçu ümid etdiyini ifadə edib ki, onun 14 günlük gəlirinin yarısına bərabər olan cəriməsi xeyirliyə xərclənəcək. "Mən eşitmişəm ki, hökumət 1, 5 milyard avro Finlandiyanın səhiyyəsində qənaət etmək istəyir, ona görə də ümid edirəm ki, mənim pullarım bu boşluğu doldura biləcək", - o, deyib.
Xatırladaq ki, 2002-ci ildə "Nokia" şirkətinin top-meneceri Anssi Vanyoki motosikletdə Harley-Davidsonda icazə verilən 50 km/saat sürət zonasında 75 km/saat sürətlə hərəkət etdiyinə görə 116 min avro cərimə olunub.
[0:11, 2023-6-10] Səttar Həkim: //detaly.co.il/finskij-multimillioner-oshtrafovan-na-121-000-evro-za-prevyshenie-skorosti-na-30-km-ch/