Ekskluziv
3777
09 Jun 2023 | 22:27

"Təhlükəsizliklə bağlı hər şey yaxşıdır, hər şey plan üzrə gedir..."

Putin Voronej, Kursk və Belqorodda patlayışları görməzdən gəlir...
 
"Deyəsən, Rusiyanın Belarusda taktiki nüvə silahını yerləşdirmək planı gerçəkləşmək üzrədir..."
 
Bu gün Soçidə Kreml rəhbəri Vladimir Putinin Belarus rəhbəri Aleksandr Lukaşenko ilə görüşü baş tutub. Gündəlikdə təhlükəsizlik və iqtisadi sahədə qarşılıqlı əlaqə məsələləri dayanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
 
Bu ərəfədə Lukaşenko Putinə İttifaq Dövlətinin inkişaf planlarını müzakirə etməyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinin (AİB) sənədlərini təftiş etməyi təklif edib.
 
Amma hər halda təhlükəsizlik məsələsindən başlayıblar. "Ümumilikdə, vəziyyət sabitdir, mən hətta deyərdim ki, yaxşıdır. Hər şey plan üzrə gedir. Biz bu sahədə qarşılıqlı əlaqədəyik", - Rusiya prezidenti görüşün açıq keçən hissəsində bəyan edib.
 
Qeyd edək ki, bu zaman güman edilir ki,  Voronejdə Ukraynanın pilotsuz uçuş aparatı yaşayış evinə çırpılaraq partlayıb, bir neçə adam zərər çəkib.
 
Sonradan Kursk və Belqorod vilayətlərində də dronlarla bağlı insidentlər haqqında məlumatlar yayılıb. Bundan başqa,Ukrayna Telegram-kanalları işğal edilmiş Qeniçeskdə partlayışların videolarını dərc edib.
 
Putin və Lukaşenkonun görüşündə əsas mövzu Rusiyanın nüvə arsenalının Belarusda yerləşdirilməsi olub.
 
"Sizinlə razılaşdığımız ən həssas məsələlərdə hər şey plan üzrə gedir, iyulun 7-8-də müvafiq silahların hazırlığı başa çatır. Və dərhal sizin ərazilərinizdə müvafiq silah növlərinin yerləşdirilməsinə başlayacağıq. Hər şey plan üzrə gedir, hər şey sabitdir", - Putin deyib.
 
Xatırladaq ki, martın 25-də Rusiya prezidenti bəyan edib ki, Rusiya Belarus ərazisində taktiki nüvə silahını yerləşdirəcək. O, əmin edib ki, iyulun 1-də müvafiq saxlanc yerinin inşası başa çatdırılacaq.
 
Mayın sonunda Lukaşenko bütün maraqlı tərəfləri Rusiyanın nüvə silahının əvəzinə İttifaq Dövlətinə birləşməyi təklif edib. Hələlik, arzu edənlər tapılmayıb.
 
Sonuncu dəfə Lukaşenko Putinlə mayım 9-da Moskvada hərbi paradda görüşüb.
Link kopyalandı!
Son xəbərlər