Ekskluziv
4423
09 Jun 2023 | 19:00

"Ukraynanın su basmış rayonlarında vəba xəstəliyi riski yüksəkdir"

 

"Ukraynada ətraf mühitdə müharibə başlanandan bəri ilk dəfə olaraq vəba bakteriyaları aşkar edilib..."

 

"BMT və Qırmızı Xaç Komitəsi laqeyd davranaraq nəinki fəlakət zonasına xilasedici missiya göndərməyib, hətta yardım barədə sorğulara cavab belə verməyib..."

 

Ümudünya Səhiyyə Təşkilatı (ÜST) dünya ictimaiyyətini xəbərdarlıq edir ki, Kaxovka SES-in partladılması nəticəsində Ukraynada bir sıra ağır yoluxucu xəstəliklərin, o cümlədən vəba və su ilə yayılan digər xəstəliklərin baş qaldırması təhlükəsi artır.

 

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

"Bəndin dağılmasının regionun su təchizatı, sanitariya sistemi və səhiyyə xidmətlərinə təsirini görməzdən gəlmək olmaz", - bunu ÜST-nin rəhbəri Tedros Adanom Qebreyyesus bəyan edib.

ÜST-nin fövqəladə hallara reaksiya üzrə texniki mütəxəssisi Tereza Zəkəriyyə məlumat verib ki, Ukraynada ətraf mühitdə artıq vəba bakteriyalarının nümunələri aşkar edilib. 

Hərçənd, ötən ilin fevralında Rusiyanın Ukrayna ərazisinə tammiqyaslı hərbi müdaxiləsi başlanandan bu xəstəliyin bircə halı da qeydə alınmayıb.

"İstənilən anda biz belə hallar aşkar edə bilərik", - o, xəbərdarlıq edib və əlavə edib ki, ÜST Ukrayna Səhiyyə Nazirliyi ilə lazım olan zaman peyvəndlərin idxalı üçün mexanizmlərin olmasına əmin olmaq üçün əməkdaşlıq edir.

Su vasitəsilə yayılan xəstəliklərdən başqa, ÜST daşqınlarla bağlı geniş risklərlin öhdəsindən gəlmək üçün yardım etməyə cəhd göstərir. O cümlədən söhbət travmalar və boğulmalardan, habelə xroniki xəstəliklərin müalicəsinə çıxışın mümkün ləngimələrindən gedir.

ÜST-nin səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə icraçı direktoru Mark Rayanın sözlərinə görə, hazırda təşkilatın nümayəndələri Ukraynanın nəzarətində olan ərazilərdə insanlara yardım göstərməyə diqqət yetirir, çünki ÜST Rusiyanın işğal etdiyi və ən çox zərər çəkən Xersonun sol sahilində daimi mövcud deyil.

"Biz bu zonalara çıxış əldə etməyə və əksəriyyət hallarda olduğu kimi, sağlamlıq vəziyyətinə nəzarət etməyə şad olardıq, - o, bəyan edib. - Lakin yenə də Belarus və Rusiya hakimiyyəti ilə bunu necə etmək barədə razılığa gəlmək lazım olacaq".

Bundan öncə məlumat verilib ki, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Kaxovka SES-in dağıdılması barədə məlumatdan sonra yardım haqqında BMT və Qırmızı Xaça verilən sorğulara onların reaksiyasından şok keçirib.

Beynəlxalq Təşkilatların qəribə laqeydliyi, rusiyalı hərbçilərin qəddarlığı və yaranmış ekoloji və humanitar fəlakət haqqında Ukrayna lideri Almaniyanın "Bild" nəşrinə müsahibəsində danışıb. 

Qırmızı Xaç və BMT-yə gəldikdə, bu təşkilatlar nəinki fəlakət zonasına xilasedici missiyalar göndərməyib, hətta yardım haqqında sorğulara belə cavab belə verməyib.

Link kopyalandı!
Son xəbərlər