"Liderlər, partiyalar və hökumətlər gəldi-gedərdir"
"Sanki bitlər kimi çoxalaraq Avropanın piyli bədəninə çökən primitiv analitiklər anlamır ki, bu gün Rusiya müharibədən əvvəlki dövrə nisbətən tamamilə başqa ölkədir. Heç bir yeni lider onu dəyişə bilməz..."
Rusiyada indiki "qanla yoğrulmuş" vəziyyəti heç bir yeni lider dəyişə və xüsusilə də məhv edə bilməz.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev özünün "Telegram-kanal"ında yazıb.
"Oraya" üz tutan "dürüst elita" ölkədəki "rejimin" çöküşündən sonra necə yaxşı yaşayacağı və Avropanın ağuşuna dönəcəyi barədə şirin xəyallara dalır, Rusiyanın ən döyüşkən blogerlərindən biri düşüncələrə qərq olub.
Lazımsız vətənpərvər müharibəyə bütün ideoloji baxışlar tez bir zamanda bitəcək və azadlığın ümumxalq bayramı bərqərar olacaq".
Medvedevin sözlərinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra siyasi səbəblərdən ölkəni tərk edənlər arasında müasir Buninlər, Berdyayevlər, İlyinlər və ya Şalyapinlər yoxdur.
"Belə də, gedənlər ortabablardır", - Rusiyanın sabiq prezidenti və baş naziri yadfikirliləri belə dəyərləndirib.
"Sanki bitlər kimi çoxalaraq, kim haraya gəldi qaçıb Avropanın piyli bədəninə çökən "sabiq" primitiv analitiklər bir sadə həqiqəti başa düşmür və düşmək də istəmir", - o, davam edir.
"Bu gün Rusiya müharibədən əvvəlki dövrə nisbətən tamamilə başqa ölkədir. Liderlər, partiyalar və hökumətlər gəldi-gedərdir. Amma xatirə və qanla yoğrulmuş dəyərlər uzun müddət, onilliklər, bəzən əsrlər boyu yaşayır.
Hansı siyasi gücü təmsil etməklərindən asılı olmayaraq (açıq xainlərdən isə danışmağa dəyməz), heç bir yeni lider onları dəyişə və xüsusilə də məhv edə bilməz.
Mehriban Avropa ailəsinə dönməyi bu gün yalnız vətəndaşlarımızın, Rusiyanın dinc sakinləri və döyüşçülərinin tələf olduğunu unudan dönüklər arzulaya bilər. Təəssüf ki, həlak olanlarımız da var".
Öz fikirlərini əsaslandırmaq üçün Medvedev Rusiyadakı indiki vəziyyəti ikinci dünya savaşı ilə müqayisə edərək onların, "əhalinin müharibəyə cəlb olunması miqyasının başqa cür olmasına rəğmən, oxşar olduğunu qeyd edib.
"Mümkün olmayanı təsəvvür edək ki, SSRİ ötən əsrin 40-cı illərində süqut edib. Və Rusiyanın yeni, "demokratik yolla" seçilmiş rəhbərliyi elan edir ki, almanlarla savaş haqsız olub, Hitler rejimi isə günahsız olaraq əzab çəkib və onunla təcili olaraq barışmaq lazımdır. Belə bədheybətlərlə nə baş verəcəyi aydındır".
Beləcə, müəllif tədricən oxucularını onun nöqteyi-nəzərincə əsas nəticəyə yönəldir.
"Ona görə də ölkədə 24 fevral 2022-ci ildən sonra yaranmış vəziyyətin inkişafını dəyişməyə cəhd edən istənilən siyasi lider bu müharibədə canlarından keçmiş vətəndaşlarımızın xatirəsinə xəyanət edən xainlər kimi lənətlənəcək".