Ekskluziv
3726
01 Jun 2023 | 19:31

"Onun qələbəsi Türkiyənin xarici siyasətində yeni dövrün başlanğıcıdır" - "Yeni Şafak"

"Xalqın dəstəyini qazanan Ərdoğan dünya meydanında daha əlverişli vəziyyətdədir..."
 
"Ukraynada münaqişə bitməsə, Türkiyəni Rusiya ilə problemlər gözləyə bilər..."
 
Ərdoğan Türkiyənin xarici siyasətində çoxsaylı uğurlar əldə edib. O, həm Putinə, həm də Zelenskiyə dəstək arasında balansı bacarıqla qoruyub saxlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti yazıb.
 
Qəzet yazır ki, əgər Ukraynada münaqişə başa çatmazsa, Türkiyə mürəkkəb vəziyyətlə üzləşəcək. Məsələn, "taxıl sövdələşməsi" təhlükə altına düşə bilər.
 
Ərdoğanın seçkilərdə qalib gəlməsi Türkiyənin xarici siyasətində mühüm dönüş nöqtəsidir. Bu uğurun sayəsində prezidentin son illər xarici siyasətdə əldə edilmiş nailiyyətləri möhkəmləndirmək şansı yaranır.
 
Xalqın dəstəyini qazanan lider kimi Ədoğan indi dünya meydanında Türkiyənin milli təhlükəsizliyi və xarici siyasətinin məqsədləri nöqteyi-nəzərdən daha əlverişli vəziyyətdədir. 
 
Qlobal güc balanslarının və regional münaqişə zonalarının yaratdığı qeyri-müəyyənlik şəraitində Türkiyə daima dinamik xarici siyasətə tələbat hiss edəcək. Bu vəziyyət güclü liderliyi xarici siyasətdə uğurun mütləq şərtinə çevirir.
 
Türkiyə xüsusilə 15 iuyl 2016-cı ilin dövlət çevrilişinə cəhddən sonra özünün xarici siyasətini daha effektli səviyyəyə çıxarmaq üçün hesablanmış risklərə gedib.
 
2011-ci ildən 2016-cı ilədək Türkiyə Suriyaya müdaxilə etmək üçün beynəlxalq ittifaqlar axtarıb, bu zaman dövlət çevrilişinə cəhddən sonra
birbaşa hərbi əməliyyatlar yolu ilə fəal şəkildə hərəkət etməyə başlayıb. Hərbi və kəşfiyyat imkanlarını təkmilləşdirilməklə həm də diplomatik fəallığı artırıb.
 
Bunun sayəsində Ankara Moskva və Tehranla Astana prosesi vasitəsilə dinamikanı müəyyən etmək imkanı əldə edib. Bununla yanaşı Xalq Özünümüdafiə Dəstələrinə (YPG) dəstəyin məhdudlaşdırılması istiqamətində addımlar atmağı bacarıb.
 
Son ildə Ankaranın Dəməşqlə danışıqları ön plana keçib. Bu danışıqların əsas məqsədləri qaçqınların geriyə dönməsi və Kürd Fəhlə Partiyasının (PKK) fəaliyyət zonasının məhdudlaşdırılması olub. 
 
Bu məqsədlərin qarşıya qoyulması və gerçəkləşdirilməsi Türkiyənin Suriyada vəziyyətin sabitləşməsində ciddiliyini və qətiyyətini nümayiş etdirib. 
 
Ərdoğanın seçkilərdə qələbəsi bu diplomatik prosesi gücləndirmək qabiliyyətini artırıb, bununla da ölkənin xarici siyasətdə və danışıqlarda manevr etməkdə mövqelərini möhkəmləndirib.
 
Suriyada başlıca hərəkətverici sima olan Türkiyədən şimalda hərbi münaqişədə isə Ukrayna ilə Rusiya arasında balansın saxlanılması üzrə səylər gözə çarpır. Ukraynaya dəstək verməkdə davam edən Türkiyənin ABŞ və Avropanın sanksiyalarına qoşulmaması və Rusiya ilə münasibətləri qoruyub saxlanılması faktına nailiyyət kimi baxmaq olar.
 
Lakin qarşıdakı dövrdə hərbi münaqişənin gedişindən asılı olaraq Türkiyə bir sıra mürəkkəb məsələlərlə üzləşə bilər. Əgər münaqişə nəticəsiz davam edəcəksə, Türkiyə Ukraynanın NATO ilə gələcək yaxınlaşması kontekstində, məsələn, Rusiya ilə "taxıl sövdələşməsi"ndə çətinliklərlə üzləşə bilər.
 
F-16 qırıcıların təliminə və onların Ukraynaya NATO ölkələri tərəfindən ixracına vetonu aradan götürməklə ABŞ bu ölkənin faktiki olaraq Şimali Atlantika alyansına inteqrasiya edilməsi üçün infrastrukturun yaradılmasına başlayıb. 
 
Türlkiyə Finlandiyadan sonra İsveçin daxil olması fonunda NATO-nun genişləndirilməsi üzrə son sözü demək qabiliyyətindədir. Əlbəttə, bu məsələdə top İsveçin tərəfindədir, bu ölkə Türkiyənin terrorçuluqla bağlı narahatlığını aradan qaldırmalıdır.
 
Eyni zamanda, ABŞ Konqresi İsveç məsələsini Türkiyənin F-16 qırıcılarını əldə etməsi ilə əlaqələndirir. Bu proses hətta müsbət nəticə versə belə, Vaşinqton tərəfindən YPG/ PKK-ya dəstək verilməsi Türkiyə ilə ABŞ arasında münasibətlərdə gərginliyi gücləndirəcək.
 
Türkiyənin NATO-da rolunun və onun ABŞ-la münasibətlərinin tezliklə yaxşılaşdırılması gözləntiləri, mümkündür ki, qeyri-realdır, lakin Qərbin yaxın beş ildə Ərdoğanla işləmək lazım gələcəyini anlaması Türliyənin mövqelərini gücləndirəcək.
 
Son zamanlar biz Yaxın Şərq ölkələrinin dərinləşən Rusiya-Çin ittifaqı ilə Qərb alyansı arasında balans yaratmaq cəhdlərini müşahidə etməkdəyik. Region ölkələrinin hakimiyyət uğunda qlobal mübarizəsinin törətdiyi gərginliyin azaldılması və regional münaqişələrin yumşaldılması üçün bir-birilə daha çox birləşmək zamanı yetişib.
 
Misal üçün, Türkiyənin Fars körfəzi ölkələri ilə münasibətlərinin normallaşdırılması və ya İran və Səudiyyə Ərəbistanı ilə münasibətlərin bərpa edilməsi üzrə səylərini xatırlamaq olar. Bu cür vəziyyət Türkiyənin region ölkələri ilə münasibətlərinin normallaşdırılması istiqamətində səylərini fəallaşdırır.
 
Avropa ilə iqtisadi münasibətlərin inkişafı Türkiyənin Avropa ölkələri ilə əlaqələrini möhkəmləndirmək və onun iqtisadi vəziyyətini yaxşılaşdırmaq qabiliyyətinə malikdir. 
 
Türkiyə Avropa Birliyi ilə iqtisadi inteqrasiyanı birbaşa investisiyaların artırılması, istehsal mərkəzinə çevrilməsi, turizmin inkişafı və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi hesabına dərinləşdirə bilər.
 
Paralel olaraq Türkiyə iqlim dəyişikliyi, miqrasiya və ərzaq böhranı kimi qlobal problemlərin həllində öz əhəmiyyətini artıra bilər. Təbii qazın yeni ehtiyatları sayəsində Türkiyə bu resursları milli energetika tələbatının ödənilməsi üçün istifadə edə bilər, eyni zamanda, öz məqsədinə doğru, enerji resurslarının beynəlxalq tranzitində mərkəzi ölkə olmaq məqsədinə doğru hərəkət edə bilər.
 
Ərdoğanın seçkilərdə qələbəsi Türkiyənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə kömək edəcək. Dünya liderlərinin təbrik məktubları və onların birlikdə işləməyə hazır olması Ərdoğanın rəhbərliyi altında Türkiyə diplomatiyasının həlledici rol oynayacağından xəbər verir.
 
Türkyənin xarici siyasəti qarşısında Liviyadan Azərbaycana, Ukraynadan Şərqi Aralıq dənizinədək bir çox kritik məsələlərdə əldə edilən nailiyyətləri qoruyub saxlamaq və bu zaman Avropa ilə iqtisadi münasibətlərin yaxşılaşdırılması, NATO daxilində səmərəliliyin artırılması vəzifəsi dayanır.
 
Seçicilərin Ərdoğana verdiyi dəstək bu çağırışları əlverişli imkanlara və Türkiyənin dünya meydanında əhəmiyyətli oyunçuya çevirməyə imkan verəcək.
 
Müəllif: Kadir Üstün
Link kopyalandı!
Son xəbərlər