"Rusiyanın dövlət telekanalında ilk də olaraq Putini əvəzləməyə çağırış edilib..."
"Priqojin o qədər artıq-əskik fikirlərə və hərəkətlərə yol verib ki, onu həbs cəzası deyil, aradan götürülmə təhlükəsi gözləyir..."
"May ayında keçirilən sorğu Putinin ölkədə ən populyar siyasətçi olduğunu göstərib, Priqojin də ilk onluqda qərarlaşıb..."
"Vaqner qrupu" özəl hərbi şirkətinin direktoru Yevgeni Priqojinin kəskin ritorikası Rusiyanın müxalifət xadimlərinin Rusiyada qadağan edilmiş mövzulara toxunmağa və Rusiya Federasiyası prezidentinin əvəzlənməsinə açıq şəkildə çağırış etməyə sövq edə bilərdi.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yeni hesabatında deyilir.
Analitiklər xatırladıb ki, mayın 27-də rusiyalı müxalif siyasətçi, Regional layihələr və qanunvericilik İnstitutunun prezidenti Boris Nadejdin Rusiyanın NTV telekanalının şou-proqramının efirində 2024-cü ildə Rusiyanın Avropa ilə normal münasibətlərinin bərpa edilməsi üçün yeni prezident seçməyə çağırış edib.
"Nadejdin Rusiyanın Ukraynaya qarşı müharibəsinin lap əvvəlindən qatı tənqidçisidir. Lakin güman edilir ki, Putini əvəzləmək çağırışı müharibə başlanandan Rusiyanın dövlət kanalında ilk dəfədir ki, səsləndirilir", - ekspertlər deyib.
"Son 15 ayda Rusiya söz azadlığına sovet dönəmindən bəri olmayan məhdudiyyətlər qoyulub. Lakin gerçəkdən böyük ehtimalla "Vaqner qrupu"nun sahibi Yevgeni Priqojin kimi millətçi xadimlər tərəfindən kəskin tənqid müxalifət nümayəndələrini qadağan olunmuş mövzulara sövq edib", - Böyük Britaniya Müdafiə Nazirliyi bəyan edib.
Bu ərəfədə Rusiyanın "Levada-mərkəz" qeyri-dövlət tədqiqat təşkilatı sorğu keçirib və müəyyən edib ki, son ayda rusiyalıların "Vaqner qrupu" direktoruna etimad xeyli artıb.
Bu zaman o, hakimiyyətin rəsmi təmsilçisi deyil və federal KİV-lər onun populyarlığı ilə məşğul olmur. Priqojin müstəqil surətdə çoxsaylı müsahibələr və sosial şəbəkələrdə ona məxsus qruplar və akkauntlar vasitəsilə özünün piar-kampaniyasını aparır.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko qeyd edib ki, Priqojin anlayır ki, o, "o qədər artıq-əskik fikirlərə və hərəkətlərə yol verib ki, onu həbs deyil, aradan götürülmə təhlükəsi gözləyə bilər, ona görə də o, özünü cəsarətli göstərmək istəyir".
Bu arada isə sosioloqlar rusiyalıların son ayda Putinə etimad səviyyəsinin necə dəyişdiyini öyrənib.
Rusiyada Vladimir Putun ən populyar siyasətçi olaraq qalır. Bunu "Levada-mərkəz" təşkilatı tərəfindən aparılmış yeni sosial sorğunun nəticələri sübut edir.
"May ayında rəyi soruşulanların əksəriyyəti (68 %) əvvəlkitək ölkədə işlərin düzgün istiqamətdə getdiyini hesab edir. Bu zaman ilk onluğa ilk dəfə olaraq Yevgeni Priqojin də düşüb", - təşkilatın məlumatında deyilir.
May ayında Vladimir Putinə respondentlərin 42 % (apreldə 40 %), Mixail Mişustinə 18 % (apreldə 15 %), Sergey Lavrova 14 % (apreldə 10 %), Sergey Şouquya 11 % (apreldə 10 %) etimad edir. İlk onluqda Yevgeni Priqojin də var, ona rəyi soruşulanların 4 % -i (apreldə 1 %) etimad göstərib.
Bu zaman Priqojin reytinqdə Medvedev və Züqanovla bir sıradadır. O, həm də parlamentin spikeri Volodini, Moskva meri Sobyanini arxada qoyub.