
"Rusiyalı diplomat embarqoya məruz qalan Afrika dövlətlərinə neft məhsulları və silah təklif edir..."
Lavrov Afrikanın ən yoxsul ölkəsini Rusiya tərəfinə çəkə bilməyib
Burundi hakimiyyəti Rusiyanın Ukraynaya qarşı müharibəsində neytral mövqeyini saxlayır.
Moderator.az xəbər verir ki, bu barədə Burundi hökuməti Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərinin yekunları ilə bağlı bəyan edib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.
"Burundi problemlərin tərəfində deyil, məsələnin həllinin tərəfində olmağa qərar verib...Burundi istənilən digər ölkə kimi suverendir və biz tərəfdaşlarımızı xalqımızın mənafelərinə uyğun olaraq seçirik".
Bu barədə Lavrovla qapalı görüşündən sonra Burundi xarici işlər naziri Albert Şinqiro bəyan edib. O, döyüşən tərəfləri tez bir zamanda danışıqlar masası arxasında əyləşməyə çağırış edib.
Rusiyalı nazir səfərin yekunlarına dair mətbuat konfransında bəyan edib ki, Rusiya "Burundinin ölçülüb-biçilmiş, balanslı mövqeyini" yüksək qiymətləndirir.
Lavrov son 60 ildə
Burundini ziyarət edən Rusiyanın ilk ən yüksək vəzifəli şəxsidir. Onun səfəri Rusiyada Afrikaya təsirin genişləndirilməsi üzrə başlanan kampaniyanın fonunda keçib.
Qərbdən sanksiyalarla təcrid edilən Moskva digər rayonlarda, xüsusilə Afrika və Asiyada diplomatik fəaliyyətini gücləndirib, bu barədə Şərqi Avropa Birliyinin "The Easr Africen" nəşri yazıb.
Rusiya KİV-ləri Rusiya XİN rəhbərinin ölkənin iqtisadi paytaxtı olan Bujumbure hava limanında hərarətlə qarşılanması mərasimindən materiallar dərc edib. Lavrov qırmızı xalça ayaqaltısı və rəqslərlə qarşılanıb.
Bu, Rusiya XİN rəhbərinin 2023-cü ildə Afrikaya üçüncü səfəridir. Səfər çərçivəsində Lavrov Burindidən başqa Keniya və Mozambikdə olub. Bu gün o, Cənubi Afrika Respublikasına səfərə gəlib.
Rusiyalı nazir Keyptaunda BRİCS ölkələri (ingiliscə Brazil, Russia, İndia, China və South Africa) xarici siyasət idarələri rəhbərlərinin müşavirəsində iştirak edəcək.
Öz səfərləri zamanı rusiyalı diplomat embarqoya məruz qalan Afrika dövlətlərinə Rusiyanın neft məhsulları və silahını təklif edib, habelə Qərbi "müstəmləkəçilik siyasətinə" görə tənqid edib.
Burundi Şərqi Afrikanın aqrar dövlətidir, dünyanın ən az inkişaf etmiş ölkələri siyahısına daxildir.
Ölkə əhalisinin yarıdan çoxu yoxsulluq səviyyəsindən aşağı həyat sürür. 2005-ci ilin məlumatına görə, ölkədə orta ömür müddəti kişilərdə 47, qadınlarda 49, 8 yaş təşkil edir.





























