Bizi sosial şəbəkələrdən izləyin:
“Amma məlumatlar var ki, Kremldən Qarabağdakı separatçı ermənilərə sülh prosesini ləngitmək üçün Azərbaycana müqaviməti gücləndirmək barədə göstəriş verilib...”
“Əlbəttə, bu prosesdə də Ərdoğanın önəmli rolu olacaq. Düzdü, burada Ərdoğanla yaxşı münasibətlərdə olan Putinin də öz maraqları var... Ancaq Putin rejimi Ukrayna ilə savaşda gücdən düşüb, tükənib və artıq hərbi əməliyyatların Rusiya ərazisinə keçməsi də onun mövqelərini xeyli zəiflədib. Ona görə də, zənnimcə, Xocalı, Xankəndi məsələlərində də Kreml çox israrlı ola bilməyəcək. Çünki Rusiyanın özünə də hərbi strateji baxımdan Zəngəzur dəhlizinin açılması olduqca vacibdir və bu məqsədlə o, Ermənistanı məcbur etmək üçün Qarabağ məsələsindən istifadə edə bilər”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov “Necə hesab edirsiz, Azərbaycan dövlətinin Xocalı, Xankəndi və digər ərazilərimizdə yurisdiksiyasını bərpa etməsi üçün Ərdoğanın lideri olduğu Türkiyədən bu dəfə də yetərli dəstək görə biləcəyikmi? Yəni Ərdoğanın Rusiya lideri Putinlə də yaxşı münasibətlərinin olduğunu nəzərə almaqla...” sualını cavablandırarkən ifadə edib.
“Ancaq eyni zamanda Moskva Güney Qafqaz regionundan çıxmamaq üçün də yollar axtarır. Yəni 10 noyabr bəyanatına əsasən “sülhməramlı”ların Azərbaycan ərazisindən çıxmasına iki ilə yaxın vaxt qalıb. Ona görə də bu çıxışın qarşısını almaq, yəni daha uzun müddət ərazidə qalmaq üçün də müxtəlif müqavimət ssenariləri hazırlanır... Və məlumatlar var ki, Kremldən Qarabağdakı separatçı ermənilərə sülh prosesini ləngitmək üçün Azərbaycana müqaviməti gücləndirmək barədə göstəriş verilib”,- deyə açıqlmasının davamında siyasətçi bildirib.
Sultan Laçın