Əliyevin sözləri Putinin milyarder “desantı”nı Paşinyana qarşı açıq çıxışa vadar etdi...
Ekskluziv
9436
31 May 2023 | 07:50

Əliyevin sözləri Putinin milyarder “desantı”nı Paşinyana qarşı açıq çıxışa vadar etdi...

"Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda xüsusi əməliyyat keçirəcəyi ilə bağlı təhdidləri fonunda Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı Bakı ilə dialoqa dair demaqogiyanı dayandırmalıdır", 
 
Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bunu Azərbaycanın iki əsrdən çoxdur Rusiya imperiyası tərəfindən ermənilərlə məskunlaşdırılmış ərazisində 32-ci ildir qondarılmış separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan teleqram-kanalında çərənləyib. 
 
"Əliyevin Azərbaycanın Azərbaycan qanunlarına tabe olmadığı təqdirdə Dağlıq Qarabağa qarşı xüsusi əməliyyat keçirəcəyi ilə bağlı bəyanatı Azərbaycan hakimiyyətinin erməni əhalisini Dağlıq Qarabağdan sıxışdırıb çıxarmağa çalışdığını göstərir. Bəs rəsmi İrəvanın mövqeyi necədir? Artsaxlıların guya Azərbaycan daxilində hüquqlarının mümkün müdafiəsi ilə bağlı demaqogiyanı davam etdirmək artıq mümkün deyil. Onlar bizi məhv etmək və ya qul etmək istəyirlər. Əliyevin modeli boynunda ilgəklə və silah gücü ilə alçaldıcı həyatdır. Biz heç vaxt bununla razılaşmayacağıq. Sonuna qədər mübarizə aparacağıq. Son xətt keçilib: sən ya Artsaxın müdafiəsinə, ya da bütün erməni xalqının əleyhinə qalxırsan”, - deyə Putinin milyarder “desantı” adlanan Vardanyan faktiki olaraq Ermənistan baş naziri N.Paşinyana ultimatum verib.
 
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçına köçürülən ilk ailələrlə görüşü zamanı Xankəndindəki separatçı rejim haqda bunları deyib:
 
“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”...
 
Zəruri şərh:
 
Baş verənlərdən hadisələrin əsl mahiyyəti və  məntiqi bəlli olur...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər