Ekskluziv
4256
30 May 2023 | 13:43

"Qafanda Rusiyanın konsulluğunun açılmasının arxasındakı səbəb bu qədər bəsitdir..."

Tanınmış ermənişünas alim QAfar Çaxmaqlı Moderator.az-a bu dəfəki açıqlamaaında Azərbaycan-Ermənistan münasibətlərinin son durumunu şərh edib:
 
"Rusiya Qafanda konsulluq açacaq. Bu ilin aprelində Ermənistanla rusiya arasında belə bir addımın atılmasına razılaşma olubmuş... Bu günlər konsulluğun açılması ilə bağlı fikrin ortaya atılması və belə bir planın gerçəkləşməsi ciddi siyasi gəlişmə ola bilər. Məlumdur ki, keçən ilin noyabrında İran burada konsulluq açmışdır.   Bu ərazidə nə İranın , nə də Rusiyanın konsulluq xidməti göstərmək ehtiyacı yoxdur. Burada nə  İrandan, nə də Rusiyadan gəlib yerləşən əhali də yoxdur. Əslində burada konsulluğa heç gərək yoxdur , Ermənistan kiçik bir ölkədir və hər iki ölkənin İrəvanda səfirliyi var. Məsafə baxımından da bunun mənasız olduğu ortadadır. İrəvandan Qafana bir neçə saatlıq yoldur Demək həm İran , həm də Rusiya bu bölgədə fəal olmaq önəmlidir, burada varlığını ifadə etmək üçün  konsulluq açmaqdan başqa yol olmayıb...
 
Üstəlik onu da nəzərə almalıyıq ki, Azərbaycanın Ermənistanın suveren ərazisini təhdid etməsini nəzərə alan Qərb artıq buraya öz müşahidəçilərini də yerləşdirib.  Bu da  Avropa Birliyinin diplomatik manevridir. Demək, maraqlı güclər hesablayırlar ki, Zəngəzur gələcəkdə önəmli strateji mərkəz olacaq və yalnız Azərbaycanla Ermənistan arasında deyil, həm də  Qərblə, ABŞ-la  Rusiya arasında hesablaşma meydanına çevriləcəkdir. Azərbaycanı Naxçıvana, oradan da Türkiyəyə bağlayacaq komunikasiya xəttlərinin, yəni Zəngəzur koridorunun açılması məsələsinin müşkülə düşməsinin səbəblərindən birinin bu olduğunu hesab etsək, aydın görə bilərik ki, onu qlobal problem halına gətirmək kimlərin maraqlarına uyğundur. Çindən başlayan və bütün Asiyanı keçərək  Zəngəzur koridoru ilə  Londona qədər uzanacaq  İpək yolu kimləri narahat edir, bu xəttin işləməsi kimlərin maraqlarına uyğun deyil?  ABŞ-da hesab edirlər ki, əsas rəqib və  hədəf olan Çin, Rusiya üçün bu yolun işləməsi bu güclərə qarşı aparılan iqtisadi sanksiyalardan yan keçmələrinə yardım edəcək və  ABŞ Çinə və Rusiyaya qarşı apardığı siyasətinə əngəl təşkil edəcək. Bu səbəbdən də onun onayı ilə başqa bir alternativ xətt üzərində işlənməkdədir. Bu, Ermənistanda tez-tez müzakirə olunan Çin- Hindistan-İran-Ermənistan- Gürcüstan- Bolqarıstan layihəsidir ki, Azərbaycan və Türkiyə burada devrə dışı buraxılır. Bu layihənin ortaya atılması Zəngəzurdan keçəcək həmin xəttin reallaşmaması üçün düşünülmüş təxribati əməldir. Nəticə verəcəyinə isə heç kəs inanmır Bütün güclər maraqların Zəngəzurda toqquşacağını yaxşı bilirlər və burada söz sahibi olmaq üçün ön tədbirlər  görürlər. İran və Rusiyanın burada konsulluq yaratması diplomatik gedişdir. Önəmli ölçüdə Azərbaycan və Türkiyənin əl- qolunu bağlamaq tədbiridir.  Rusiyanın burada konsulluq açmaq ideyası inanmıram ki, Rusların başının altından çıxsın, bu da erməni işidir və onlar bölgədə gedən proselərə daha çox oyunçu cəlb etmək istəyirlər.  Çünki tarixi Azərbaycan torpaqları olan Zəngəzurun Azərbaycan birləşməsindən  qorxurlar. 9 noyabr 2020- ci il üçtərəfli razılaşma ilə  nəzərdə tutulmuş  Zəngəzur dəhlizini bir gün  Azərbaycan güc tətbiq edərək açacağından ehtiyat edirlər.  Rusiya isə olası bütün proseslərin içində olmaq istəyir. Qafanda Rusiyanın konsulluğunun açılmasının arxasındakı səbəb bu qədər bəsitdir".
Link kopyalandı!
Son xəbərlər