“İranə bilirdi ki, bizi tez tərk edəcək, mən və oğlumdan xahiş edirdi ki...” - FOTOLAR+VİDEO
Ekskluziv
Oxunub: 4980
30 May 2023 | 13:33
“İranə bilirdi ki, bizi tez tərk edəcək, mən və oğlumdan xahiş edirdi ki...” - FOTOLAR+VİDEO
“2 il sənətdən uzaqlaşıb İranənin yanında oldum, 5 dəqiqə də yanından uzaqlaşmadım”
 
“May ayının 19-da İranə xanımın dünyasını dəyişməsindən 40 gün ötdü. O teatrda sonuncu dəfə Cəfər Cabbarlının “Aydın” əsərinə quruluş vermişdi. Teatrda bu tamaşa “Sevgi üçün bağışla” adlanır. Həmin gün teatrda bu tamaşanın nümayiş olunmağı planlaşdırılırdı. Teatrın direktoru Ədalət Hacıyev bu ərəfədə mənə zəng edib, belə bir fikir irəli sürdü ki, həmin gün tamaşadan sonra İranə xanımın xatirə gecəsi keçirilsin. Əlbəttə ki, mən buna razı oldum. Artıq beynimdə bununla bağlı bir neçə ideya da yarandı. O həmçinin də təklifində belə bir fikir irəli sürdü ki, tamaşada Gültəkin obrazını hər iki aktrisa oynasın. İş orasındadır ki, İranə xanım Gültəkin rolunun hər iki ifaçısı-Həcər və Natəvan xanımı çox sevirdi. Hər iki aktrisa Gültəkin obrazını çox gözəl ifa edirdilər. O heç vaxt bu akrisaların arasında ayır-seçkilik salmırdı. Hətta premyera vaxtı həm Həcərə, həm də Natəvana dedi ki, “özünüz öz aranızda fikirləşin və qərara gəlin ki, kim birinci premyeranı oynayacaq, kim ikinci?!”. İlk dəfə idi ki, teatrda belə bir hal yaşanırdı. Bu da ondan xəbər verirdi ki, İranə xanım hər iki aktrisanın oyun tərzini çox bəyənirdi. Xatirə gecəsində birinci hissədə Gültəkin obrazını Natəvan, 2-ci hissədə isə Həcər oynadı. Tamaşaçılar üçün bu bir az gözlənilməz olsa da, mən tamaşanın sonunda bunun açıqlamasını tamaşaçılara verdim və yuxarıda söylədiyim fikri, orada da bildirdim ki, İrana hər iki aktrisanı çox sevirdi və hər ikisinə hörməti var idi”
 
Bunu Moderator.az-a özəl açıqlamasında əməkdar artist, Akademik Rus Dram Teatrının aparıcı aktyoru, bu günlərdə dünyasını dəyişən rejissor, xalq artisti İranə Tağızadənin həyat yoldaşı Firdovsi Atakişiyev deyib. Aktyor xatirə gecəsinə bir çox sənətkarların iştirak etdiyini bildirib.
“Biz həmin günü, bu tamaşada oynayan bütün kollektiv tamaşanı İranə xanımın qarşısında baş məşq kimi adlandırdılar. Bizim teatrda “baş məşq” deyilən bir anlam var. Tamaşanın premyeradan öncə baş məşqi olur. Həmin o ən-ənəni biz səhnəyə gətirdik, son dəfə sənətçilər bu tamaşanı İranə xanım üçün oynadılar. Əlbəttə ki, mən görürdüm ki, İranə xanımın səhnə arxasında olmaması onlar üçün necə çətindir, necə əzablıdır. Ümumiyyətlə, İranə xanımsız hamıya-həm kollektiv, həm teatr, həm də onu sevən aktyorlar üçün çox çətin idi. Xatirə gecəsində İranə xanımın sənətinə, onun şəxsiyyətinə hörmət edən bir çox insanlar var idi. Bizim ailəvi dostumuz, mənim çox sevdiyim Fəxrəddin Manafov səhnədə çıxış etdi. Uzun illər İrana xanımın tamaşalarında bir-birindən rəngarəng, gözəl rollar oynayan aktyorlar, xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmovun xatirələri, xalq artisti Lüdmila Duxovnayanın lentə aldırdığı şeir səsləndirildi. Daha bir xalq artisti Aleksandra Nikuşina, həm aktrisa kimi İrananın tamaşalarında çıxış edirdi, həm də həmin tamaşalarda xoreqoraf kimi. Çünki İrana xanım ona xoreoqrafiya sahəsini etibar edirdi. Həm də bildiyiniz kimi Aleksandra Nikuşina gözəl şeirlər yazır. İrana xanım dünyasını dəyişdiyi günün səhəri o çox təsirli bir şeir yazdı. O bu şeiri ilə hamımızı ağlamağa vadar etdi. Aleksandradan xahiş etdim ki, xatirə gecəsində həmin o şeiri səsləndirsin” deyə sənətkar bildirib.
 
Firdovsi Atakişiyev bildirib ki, xatirə gecəsində o da həyat yoldaşına çox sevdiyi bir mahnını ithaf edib.
“İrana xanım məni və oğlumu tərk edəndə öz halımı, vəziyyətimi bilmirdim ki, beynimdə, daxilimdə, içimdə nə baş verir?! Baş verən cərəyanın adını mən deyə bilmirdim. Bilmirdim necəyəm? Hansı vəziyyətdəyəm?! Soruşurdular ki, “necəsən?”. Deyirdim ki, “bilmirəm necəyəm”. Bircə onu bilirdim ki, dünya mənim üçün öz qoxusunu itirib. Hər şey çox qoxusuz, rəngsizdir. Hər şeyə hissiyatımı itirmişəm. Heç nə görmürdüm, heç nə hiss etmirdim. Qarışıq bir duyğuların içində idim. Bu anda mənim çoxdan dinlədiyim mahnı yenidən qarşıma çıxdı. Bu İqor Nikolayevin “Tam net menya” mahnısı idi. Nə vaxtlarsa mən bu mahnıya yaxşı, gözəl bir mahnı kimi baxırdım. Həmişə də deyirdim ki, bu mahnı İqor Nikolayevin bəstələdiyi mahnılara bənzəmir. Artıq İranəni itirəndən sonra bu mahnıya qulaq asanda, mən gördüm və bildim ki, mənim daxilimdə tüğyan edən cərəyan nədir?! Mahnının sözləri mənim bütün əhval-ruhiyyəmi təcəssüm etdirirdi. Evdə, ora-bura gedirdim, hansısa iş görürdüm, bu mahnı mənim beynimdə, dilimdə idi. O qədər ki, çox qulaq asırdım, dinləyirdim, mahnını artıq əzbərləyib, əzbər oxumağa başlamışdım. Günlərin bir günü qərara gəldim ki, mən bunu lentə aldırmalıyam, oxumalıyam. Çünki bu mahnını oxumasam, ürəyim partlayacaq. Bundan sonra məndən necə olduğumu soruşanda, “o mahnıdakı kimi” deyərək cavab verirdim. Orada bir-neçə sətir var, deyir ki, “hər şey, hamı, bilir ki, mən sənsiz yetim qalmışam”. Həmin o söz məni günü-gündən daha da vadar edirdi ki, mən bu mahnını oxumalıyam, izah etməliyəm. Dostum, çox bacarıqlı, istedadlı, hamımızın çox sevdiyi, Azərbaycan musiqisində aranjmançı-bəstəkar var, Nazim Əhməd. Onunla çoxdandır görüşmürdük, hardasa 15-20 il ünsiyyətdə olmamışdıq. İşlərimiz elə gətirmişdi ki, görüş mümkün deyildi, amma necə deyərlər, köhnə dost hər kəsdən əziz olur. Zəng edib danışdım, fikrimi, bu mahnını lentə aldırıb, studiyada yazdırmaq istəyimi ona bildirdim. Nazim Əhməd dedi ki, gəl! Ona dedim ki, istəyirəm ki, bu mahnı bir az şərq üslubunda aranjman olunsun. Əziz dostum Sevda Ələkbərzadəyə zəng edib dedim ki, “istəyirəm sən orada Bayatı-şiraz” yolu ilə bir şey edəsən, gələsən studiyaya və yaxud da sənin “Ulu vətən” mahnının əvvəlində vokalizi var, onu götürək”. Sevda dedi ki, “o yaxşı olmaz, gəlib özüm oxuyaram”. Dedim ki, “mən sənə əziyyət vermək istəmirəm ki, gəlib studiyada vaxtını itirəsən”. Mən baxacam, əgər o variant alınsa, səni narahat etməyəcəm. Dedi ki, “gördün yaxşı deyil, uyğunlaşmır, onda zəng et, de, gəlib səsi yenidən  orada yazım”. Elə oldu ki, Sevda xanıma əziyyət vermədim. Nazim Əhməd o variantı mənim üçün hazırladı. Balaban ifaçısından xahiş etdim, gəldi, o aranjmanı etdi mənim üçün. Çox gözəl, təsirli, qəmgin, hüzünlü aranjman alındı. Mən o mahnını oxudum və belə qərara gəldim ki, İranə xanımın xatirə gecəsində təqdim edəcəyəm. Əvvəlcə öz kasıb və məhdud vokalım üçün gecəyə gələnlərdən üzr istədim. Onlara dedim ki, “bu mahnını mahnı kimi oxumayacam, onu söyləyəcəm”. Çünki bu mahnı qəlbimin fəryadı, ürəyimin ağrısıdır. Mahnı həm tamaşaçılar, həm də dostlar tərəfindən çox gözəl qarşılandı. Bütün zal göz yaşı içində idi, elə mən də oxuyan zaman göz yaşlarımı güclə saxlayırdım. Bu mahnını ifa edəndən sonra da, nə qədər adam yaxınlaşdı, çox hüzünlü, qəmgin olduqlarını bildirdilər” deyə aktyor bildirib.
 
Firdovsi Atakişiyev ömür-gün yoldaşı, xalq artisti İranə Tağızadənin qeyri-adi məzar daşından da danışıb.
“Mən İranə xanım üçün adi məzar daşı hazırlada bilməzdim. Çünki İranə xanımın estetikası, onun istedadı, fantaziyası, incəliyi, zövqü tələb edirdi ki, orada qeyri-adi məzar daşı olsun. Nə qədər də qəribə olsa, İranə xanımı dəfn edəndə artıq beynimdə fikir yaranırdı ki, necə baş daşı düzəltdirəcəyəm, necə məzar kompleksi olacaq?! Bu fikir məndə böyüdü, böyüdü, böyüdü və çox istedadlı heykəltəraşımız Şamil Musayevə müraciət etdim. Bütün fikirlərimi, düşüncələrimi ona söylədim və xahiş etdim ki, elə bir abidə düşünsün ki, heç kimdə olmasın. Bütün fikrimi-zikrimi həsr etdim bu məzar daşı kompleksinin yaranmasına. Bir neçə gündən sonra mənə eskizi təqdim edəndə gördüm ki, bu insan mənə təkcə qulaq asmayıb, həm də mənim daxilimə girib. Nə istəmişdim onun hamısını eskizdə təqdim etdi. Sütunun üstündə mələk, kənarda stul, stulun üstündə çərçivədə şəkil, sinədaşında ürəyin olması və ürəyin içində qırmızı güllər.. Bir sözlə hamısı. Bütün bunların hamısını xırdalıqlarla ona başa salmışdım. O da sağ olsun, həyata keçirdi. Hər şey hazır olanda həqiqətən də mən gördüm ki, nə demişəm, nə istəmişəmsə hamısı bu məzarda öz əksini tapıb. Kaşki ən böyük arzum həyata keçərdi ki, İranəni itirməyim. Həyatdır, biz həyatın, Allah təalanın yazısını poza bilmərik. Nə qədər də çətin, ağır olsa da, həyatla barışmalıyıq. Çünki həyat qanununu biz yazmırıq. Belə bir həqiqətlə barışmaq mənə çətin olsa da, özümdə güc toplayıram. İranə xanım bilirdi ki, nə vaxtsa bu baş verəcək, bizi erkən tərk edəcək. Məndən də, oğlumdan da xahiş edirdi ki, “arxamca çox ağlamayın, narahat olacağam”. Bizə deyirdi ki, “özünüzü güclü saxlayın, yıxılmayın, sınmayın, çünki mən sizə göydən mələk gücümü göstərəcəm”. Ona görə də məzarında ona, simasına bənzər mələk abidəsi var. Bu günlərdə yenə onunla fikrən, ruhən söhbət edəndə, məndə çox gözəl bir şeir alındı. Həmin o şeiri tezliklə mən dostlarımın təkidi ilə lentə aldıracam və onu da tamaşaçılara, dinləyicilərə təqdim edəcəyəm. Bu İranə ilə dialoqumun şeir, poetik versiyasıdır. 2 il sənətdən uzaqlaşıb, İranənin yanında oldum. 2 il ərzində 5 dəqiqə də olsun onun yanından uzaqlaşmadım. Bütün televiziya, film, serial şəkilişlərindən imtina etdim. Çünki mənim üçün həmişə ailə məfhumu birinci olub. Bunu müsahibələrimdə tez-tez demişəm. Hərdən tamaşamı oynayırdım, hansı ki, hazır tamaşa idi, oynayıb, qayıdıb evə gəlirdim. O anda da oğlum yoldaşımın yanında olurdu. Biz oğlumuzla belə bir qərara gəlmişik ki, İranənin yalnız xəstəlikdən öncəki halını xatırlayacağıq həmişə. Gözəl günlərimizi, gözəl sözlərini, söhbətlərini, zarafatlarını, məsləhətlərini, bizə bəxş etdiyi böyük sevgini həmişə xatırlayacağıq. İranə sevdiyi qədər bu dünyada heç kim sevə bilməzdi. Onun içində o qədər sevgi var idi. Həyat yoldaşına qarşı, oğluna qarşı, qohumlarına, dostlarına, sənət adamlarına qarşı. İtlərə, pişiklərə, hətta vəhşi heyvanlara qarşı. O heyvanları bir bilsəniz necə sevirdi. Heyvanları incidən insanlara nifrət edərdi. Heyvanlara qarşı sosial şəbəkələrdə nəsə bir pis rəftar görəndə həmin o kadrları ürək ağrısı ilə izləyirdi. İzləyə bilmirdi heç.. Evdə 3 nəfərik, hamımızın çantasında pişik yeməyi var. Biz çölə çıxanda küçədə nə ki, çöl pişikləri var, onları yedizdirirdik, onları müalicə etdirib, həkimə aparırdıq. Elə indi də. Hətta İranə iki çöl pişiyini soyuqdan donmasın deyə götürüb, bir başqa ailəyə verib, həmin ailəyə o pişiklərə baxsınlar deyə aylıq pul da vermişdi. Əlbəttə ki, bu mərhəmət ilk növbədə İranədən gəlirdi. İdeya daşıyıcımız həmişə o olub. Həyat davam edir. Məzarının üstündə oğlu və həyat yoldaşı adından yazmışıq ki, “Sevgin üçün çox sağ ol”. Yenə də deyirəm, İranə, böyük, əlçatmaz hiss olan, nə pula, nə var-dövlətə, zinətə alına bilməyən, çoxlarının ömür boyu əlçatmaz hissi var, sevgi hissi. O sevgini bizə verdiyin üçün sənə sonsuza qədər minnətdarıq” deyə sənətkar bildirib.
 
Firdovsi Atakişiyev hazırda yeni bir tamaşanın məşqində iştirak etdiyini də bildirib.
 
“Teatrda artıq 1 aydır ki, Puşkinin “Kapitan qızı” əsərini məşq edirik. Orada tarixi şəxsiyyət Puqaçovu oynayıram. Tarixi şəxsiyyətləri oynamağı çox sevirəm. Çünki aktyor bioqrafiyamda tarixi şəxsiyyətlərdən “Əli və Nino” 4 seriyalı filmində Fətəli xan Xoyski, həm Akademik Milli Dram Teatrının, həm də Rus Dram Teatrının səhnəsində dahi Ərəblinski obrazını oynayıram. Puqaçov obrazı daha kəskin bir tarixi şəxsiyyətdir. Yaradıcılığımdakı iki ildən, boşluqdan sonra belə bir obrazı oynamaq mənim üçün çox maraqlıdır. Həmin əsəri Sankt-Peterburqdan gələn rusiyalı rejissor İqor Kornyaev səhnələşdirir. O həm də pedaqoqdur. Təsəvvür edin ki, onunla işlədiyim zamanda bildim ki, İranə bizimlə hansı sistemdə işləyib. İranənin də məktəbi klassik rus teatrının məktəbi idi. Mənə deyəndə ki, hansı rolu oynamaq istəyirsən?! Dedim ki, Puqaçov. İnanın ki, İranə də bu əsəri götürsəydi, orada mənə Puqaçov rolunu verəcəkdi. Çünki mənim aktyor bəxtim elədir ki, güclü insanları səhnədə yaratmağı bacarıram və o da həmişə görürdü ki, səhnədə sublimasiya gedir və sublimasiya nəticəsində güclü iradəli insanları oynamağı sevirəm. Bu tip rolları mənə həvalə edirlər, çünki bilirlər ki, onun öhdəsindən gəlməyi bacarıram. İyun ayının 9-da hamını teatrımızda bu tamaşaya baxmağa dəvət edirəm” deyə sənətkar bildirib.

 

Oxşar xəbərlər
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 20:55
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
23 Apr 2024 | 20:52
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
23 Apr 2024 | 20:46
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23 Apr 2024 | 20:33
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 20:17
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
23 Apr 2024 | 20:15
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
23 Apr 2024 | 20:12
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
23 Apr 2024 | 20:10
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
23 Apr 2024 | 20:04
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:52
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
23 Apr 2024 | 19:50
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
23 Apr 2024 | 19:42
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
23 Apr 2024 | 19:31
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 19:23
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
23 Apr 2024 | 19:16
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu
23 Apr 2024 | 19:11
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
23 Apr 2024 | 19:09
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:05
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
23 Apr 2024 | 19:02
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
23 Apr 2024 | 19:01
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
23 Apr 2024 | 19:00
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 18:43
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
23 Apr 2024 | 18:41
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
23 Apr 2024 | 18:32
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 18:31
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 17:54
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
23 Apr 2024 | 17:51
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
23 Apr 2024 | 17:48
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:45
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
23 Apr 2024 | 17:43
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
23 Apr 2024 | 17:39
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
23 Apr 2024 | 17:35
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
23 Apr 2024 | 17:28
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
23 Apr 2024 | 17:25
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:17
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
23 Apr 2024 | 17:14
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
23 Apr 2024 | 17:11
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 17:05
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
23 Apr 2024 | 17:04
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
23 Apr 2024 | 17:00
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Apr 2024 | 16:55
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
23 Apr 2024 | 16:53
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
23 Apr 2024 | 16:50
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 16:45
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
23 Apr 2024 | 16:40
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
23 Apr 2024 | 16:35
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
GÜNLÜK
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
23 Apr 2024 | 06:28
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
23 Apr 2024 | 06:28
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO