
"Ayıq-sayıq sərnişinlər potensial təhlükəli sərnişin qadın barəsində ekipaja, o da öz növbəsində hava limanının rəisinə, sonuncu isə "lazım olan yerə" məlumat verib..."
"Moskvadan Vladiqafqaza uçan "Pobeda" şirkətinə məxsus təyyarənin sərnişin qadını yerə enişdən sonra Ukrayna dilində kitab oxuduğuna görə saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə "Ehtiyatlı olun, Moskvadır" Telegram-kanalı məlumat verib. Məlumatı "kapital-rus.ru" nəşri yayıb.
Məlumatda deyilir ki, ayıq-sayıq sərnişinlər tez-tez stüardessadan su istəyən, müntəzəm olaraq ayaqyoluna gedən və Ukrayna dilində kitab oxuyan "şübhəli vətəndaşa" diqqət yetirib.
Potensial təhlükəli sərnişin haqqında ekipaja, o da öz növbəsində hava limanının rəisinə, sonuncu isə "lazım olan yerə" məlumat verib.
Etibarsız ədəbiyyat həvəskarını Vladiqafazda hava limanında təyyarənin pilləkəni yanında gözləyən polislər onu saxlayıb və bölməyə aparıb.
Orada bəlli olub ki, saxlanılan qadın 34 yaşlı moskvalı İ. Elladır, axtarış zamanı onun gödəkcəsi, çantası və telefonunda Ukrayna bayrağının təsviri olan nişan və etiketlər aşkar edilib.
İndi onu Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması maddəsilə məsuliyyət gözləyir. Saxlanılan qadının hərəkətləri yoxlanılır.
Yeri gəlmişkən, bundan öncə federal NTV kanalının "Görüş yeri" tok-şousunda Rusiyanın regional layihələr və qanunvericilik İnstitutunun rəhbəri Boris Nadejdin Vladimir Putinin yerinə başqa prezident seçməyə çağırış edib.





























