
İnsan beyni o qədər nəhəng bir sistemdir ki, onun cəmi 3 faizi yaxın hissəsi tətbiq olunmaqla XXI əsrdə gördüyümüz böyük sivilizasiya meydana gəlib.
Moderator.az bu yazıda insan beyninin ayrı-ayrılıqda möcüzəli mexanizmlərindən bəhs edəcək:
İnsan heç zaman beyin yorğunluğu yaşamır
Amma az qala hər gün eşitdiyimiz və dediyimiz sözlərdən biri də “beynim yorulub”, ““beyin yorğunluğu” keçirirəm” kimi sözlərdir. İnsan beyni həssas olduğu qədər də dözümlü və uzunmüddət fəaliyyət göstərən bir mexanizmdir. Beynin düşüncə, hafizə və şüur fəaliyyətlərini əhatə edən hissəsində 10-12 milyon hüceyrə vardır. Hər hüceyrə bir-birinə elektrokimyəvi xəbər daşıyan incə uclarla bağlıdır. Düşüncə ilə hafizənin bu elektrik axımlarının yolçuluğu ilə çox yaxın əlaqəsi var. Alimlər və nevroloqlar “beyin yorğunluğu”, “zehin doluluğu” anlayışlarını qəbul etmirlər. Çünki bu heç mümkün də deyil. Zehni iş zamanı yalnız və yalnız insanın gözləri, boyun fəqərələri, kürəkləri və onurğası ağrıya və yorula bilər. Onların ümumi nasazlığı nəticəsində yaranan fiziki gərginliyi beyin yorğunluğu kimi anlayırıq. Amma beyin insan anadan olub ağlayan andan dünyasını dəyişib ağladan ana qədər heç vaxt fəaliyyətdən dayanmır və yorğunluq keçirmir. Burada təbii ki söhbət beynin özündən gedir. Amma onunla əlaqəli olan üzvlər gərgin fəaliyyətdən sonra fiziki travmalara məruz qalır ki, bu da beyinə istər-istəməz təsir edir.
Yaddaş yaş artdıqca zəifləmir!
Amma hamımız ətrafımızdakı yaşlı adamlardan bunun əksini eşitmişik. Amma yaş artdıqca beyinin öyrənmə qabiliyyətində azalma olmur. Yəni yaddaşın zəifləməsi yaşdan yox, konkret olaraq fərddən asılıdır. Qan dövranı tez-tez pozulan, oksigen çatışmazlığı yaşayan, psixoloji depressiyaya düşən adamlarda beyin hüceyrələri ölür və yerinə yenisi gəlmir. Amma hər yaşlıda bu təbii ki, baş vermir. Tərkibində qlükoza olan qan hüceyrələrini qoruyub saxlayan yaşlı avtomatik olaraq öz yaddaşını, hafizəsini də qoruyub saxlaya bilir.
Bütün insanlar gənclik cavanlıq yaşlarında baş verənləri daha yaxşı xatırlayır. Bunların hamısı qan dövranının o yaşda daha yaxşı və sağlam dövr etməsindən asılıdır.
Beyindəki “musqullar”
Beynimizdə istədiyimiz hər bir cümlə, hər bir fikir təhlili fəaliyyət sayılır. Beyin işlədiyi zaman qüvvətlənir, çalışmayanda isə zəifləyir. Məntiqimizi nə qədər işlətsək bir o qədər qərar vermə gücümüz də artar. Yaddaş idmanla gücləndirilir (söhbət beyin idmanından gedir)
İnsana əziyyət verən düşüncələr əslində onun dərrakəsini daha da genişləndirir. Daha çox düşüncə, daha çox informasiya qəbul etmək və həmin informasiyanı analiz etmək deməkdir. Bundan əlavə düşüncə məşqləri yaddaşı da genişləndirir.
Yaddan çıxmaz xatirələr
Yarımbaşlıqdan elə bilməyin ki, şeir yazıram, ya da kiməsə oçerk həsr edirəm. (onsuz da bunları bacarmıram). Burada yalnız beyindəki informasiyaların necə saxlandığını və onların insanı necə izlədiyindən danışacağıq.
Beyinin xatirələri necə saxladığını bu gün də tam olaraq açıqlanmayıb. Yaddaş insanın sirli qabiliyyətlərindən biridir. Bəzi elm adamlarına görə hafizənin hər bir parçası yüzlərlə, minlərlə hüceyrədən meydana gəlir. Bir-birinə nazik uclarla bağlı ilməklər var ki, bu ilməklərdə elektrik cərəyanı dövr etməkdədir. Digər elm adamlarına görə xatirə hüceyrəyə işləməkdə və ya kəndirdəki düyünlər kimi bir hüceyrələr zənciri təşkil etməkdədir. Elmi olaraq hiss etdiyimiz mənzərələrin 30-60 dəqiqə arası beynimizə qeyd olunmadan qaldığını qəti olaraq bilirik. Bu səbəbdən başından sərt bir zərbə alan insan, zərbədən 15-20 dəqiqə əvvəlini xatırlamaya bilir.
Orta hesabla bir insan ömrü boyunca beyninin 15 trilyon ayrı-ayrı xəbər aldığı hesablanmışdır. Yaddaşda saxlananların sayı , beyinin hüceyrə sayından qat-qat çoxdur. Aparılan bir təcrübədə beyinin yadda saxlama tutumunun bir katrilyon (milyon dəfə milyard) məlumat alacaq imkana malik olduğu hesablanmışdır. İnsanın zehni qabiliyyətinin 10-15 faizini istifadə etdiyi buna baxmayaraq yaddaşda trilyonlarla ayrı-ayrı xəbər saxlanıldığı düşünülsə, yaddaşımızın gücü və həcminin insan idrakından qat-qat artıq olduğu məlum olacaqdır.
İnsan beyini içində bir xardal dənəsi kiçikliyində bir yerə yerləşdirilən yaddaş mərkəzinə baxırıq. Görürük ki, belə böyük bir kitab ancaq kitabxana ilə müqayisə oluna bilər ki, bütün həyat macəraları ora yazılır.
Beynimizin neçə faizini işlədirik?
Bu haqda da xeyli fərziyələr var. Bir qrup insanlar beynin maksimum 1, digər qrup 3, bir başqası da 10 faizini işlədə biləcəyini vurğulayır.
Populyar media və peşəkar anestezioloqlar əsasən üçüncü versiya, yəni, 10 faizlə razılaşır. Amma amerikan və Avropa alimləri, insan beyninin sirlərini öyrənən mütəxəssislər 10 faiz məsələsi ilə qətiyyən razılaşmırlar. Bunu guya insanı acizləşdirmək kimi anlayırlar. Amma bu əsla belə deyil. Əksinə bu fərziyyə tamamilə insanın kainata bərabər olduğunu təsdiqləyir.
Beyin kainatdakı ən kompleks ən mürəkkəb üzvü quruluşdur. Bu mükəmməl quruluşun hələ ən kəşf olunmayan sirləri vardır” deyərək acizliklərini etiraf edirlər. Hazırda beyinin heç 10 faizi də anlaşılmayıb. Ədəbiyyatçı Emili Dikenson “beyin göz üzündən daha geniş okeanlardan daha dərindir” deməklə onun nəhəngliyini diqqətə çatdırıb.
Beyin bir saniyədə...
İnsan beyini bədənə 86 sinirlə bağlıdır. Bu sinirlər alimlərin təbiricə desək, telefon və teleqraf işçilərinin vəzifəsini yerinə yetirir. Bir-birinə milyard tellərlə bağlı olan 14 milyard beyin hceyrəsinin ər biri bir neçə şaxələrə ayrılır. Bu şaxələrin də qıvrımları hər saniyə şişir və fasiləsiz büzülüb qıvrılır. Bu proses ürək döyüntüsünü xatırladır. Bax bu saniyə siz bu cümləni oxuyan zaman liflər beyninizin ən dərin yerində dənizin qabarmasıyla enib qalxan yosunlar kimi yavaş-yavaş enib qalxmaqdadırlar.
Bədənimizin hər bir hissəsi fasiləsiz surətdə ölür və dirilir. Hər saniyə təqribən üç milyon eritrosit (qırmızı qan hüceyrəsi) məhv olur. Və hər saniyə bunların yerinə bir o qədəri yaranır. Beyin dəyişmir amma onun əzələləri hər yeddi ildən bir dəyişir.





























