
"Beyin emosional və pozitiv məlumatı sol qulaq vasitəsilə qəbul edir..."
"İnsanın eşitmə qabığı səsin təkcə intonasiya və uca olmasına deyil, həm də istiqamətinə yönəlir..."
Heç demə, beyin emosional və pozitiv məlumatı sol qulaq vasitəsilə qəbul edir. Amma bu da hələ son deyil.
Moderator.az xəbər verir ki, bu barədə "Science Direkt" nəşri yazıb.
İsveçrənin Lozanna Federal Texnoloji İnstitutunun neyrobioloqları eşitmə ilə informasiyanı necə qəbul etdiyimiz barədə qəribə, amma maraqlı faktı müəyyən edib.
Heç demə, sol qulaqdan daxil olan xoş informasiya daha güclü reaksiya doğurur və insanlar bunu həvəslə dinləyir.
Alimlər 13 nəfərin iştirakı ilə təcrübə aparıb, beynin skan edilməsi zamanı tədqiqatçılar qeyd edib ki, xoş səslər, məsələn, yüngül gülüş sol tərəfdən eşidiləndə beynin eşitmə sistemində daha güclü neyron aktivliyi yaradıb.
Bu onu güman etməyə imkan verir ki, insanın eşitmə qabığı səsin təkcə intonasiya və uca olmasına deyil, həm də istiqamətinə yönəlir.
Hazırda alimlər bunun nədən belə baş verdiyini anlaya bilmir. Ona görə də onlar artıq bu mexanizmi izah etməyə kömək edə biləcək yeni tədqiqatlara hazırlaşır.
Qeyd edək ki, bu, insanların sol və sağ qulaqları ilə informasiyanı müxtəlif cür qəbul etməsini göstərən ilk tədqiqat deyil.
Bundan əvvəlki tədqiqatlar göstərib ki, sol qulaq səsdə olan emosiyanı daha yaxşı müəyyən edir. Bu, onunla bağlıdır ki, o, informasiyanı eşitmə qabığının sağ yarımkürəsinə ötürür.
Bu zaman isveçrəli alimlərin nəticələri bir qədər başqa olub.
Tədqiqat iştirakçıları xoşbəxt insan səslərini üç müxtəlif istiqamətlərdə dinləyərkən, onların eşitmə qabığının hər iki tərəfi aktivləşib.
Lakin yalnız sol tərəfdən eşidilən qeydlər daha güclü nevroloji reaksiya yaradıb.





























