Paşinyan sülh sazişi imzalanarsa, Qarabağdakı haykları gözləyən 3  variantdan danışdı...
Ekskluziv
6927
27 May 2023 | 08:35

Paşinyan sülh sazişi imzalanarsa, Qarabağdakı haykları gözləyən 3  variantdan danışdı...

Bu halda Qarabağdakı ermənilər Rusiyaya birləşdiyini elan edəcək...
 
Ermənistan baş naziri Nikol Paşinyan son Moskva görüşündə də Azərbaycan dövlət başçısı İlham Əliyevə keçmiş Dağlıq Qarabağ ərazisini də Azərbaycanın bir hissəsi kimi tanımaq vədindən sonra hakim “Vətəndaş sazişi” partiyası üzvlərini inandırıb ki, bu, əsla Qarabağdakı ermənilərin soyqırımı demək deyil, əksinə,  “Artsax” bundan faydalanacaq. 
 
Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında “Hraparak” məlumat yayıb.
 
Ermənistan nəşri hökumətdəki özəl mənbəyinə istinadla bildirir ki, partiya üzvləri ilə müxtəlif formatlarda keçirilmiş qapalı görüşlərdə Paşinyan Azərbaycanla sülh sazişi sənədi imzalanacağı halda Yuxarı Qarabağdakı haykların başına nələr gələ biləcəyi variantlarından danışıb. Baş nazir bir neçə variant təqdim edib: 
 
-“Azərbaycanın tərkibində yüksək muxtariyyət... Bu, o deməkdir ki, Artsax Azərbaycan üçün təhlükə yaratmamaq şərti ilə kifayət qədər idarəçilik səlahiyyətlərinə malik olacaq, yəni ordusu olmayacaq...” 
 
-Əgər Azərbaycan Qarabağdakı erməni “xalqının hüquqlarına məhəl qoymasa və təhlükəsizliyi təmin etməsə, ikinci variant belə olacaq: Artsax Rusiyaya birləşdiyini elan edəcək”... 
 
-“Və ən pis halda, məhv olmaq təhlükəsi Artsax sakinlərinin başının üstündən asılarsa, onların Ermənistana köçürülməsi təmin ediləcək...”- deyə erməni qəzeti yazır.
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər