"Düşünürdüm ki, təyyarə partlayacaq və beləcə mən öləcəyəm..."
"Təyyarənin salonunda təlaş başlayıb, bəzi sərnişinlər huşunu itirib..."
Cənubi Koreyada təlaşa düşən sərnişin təyyarə havada olarkən qəza çıxışının qapısını açıb
Cənubi Koreyanın "Asiya hava yolları" aviasiya şirkətinə məxsus təyyarənin salonunda qeyri-adi hadisə baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
194 nəfər sərnişini olan hava gəmisinin enişindən bir qədər öncə onlardan biri qəza çıxışının qapısını açıb.
Bələdçilər onu dayandırmayıb, çünki onlar artıq əyləşib enişdən öncə kəmərlərini bağlayıb.
Bəzi sərnişinlər onu saxlamağa cəhd etsələr də, o, düşündüyünü gerçəkləşdirməyə macal tapıb.
250 metr hündürlükdə olan təyyarənin qapısı açıldıqdan sonra salona dolan havanın səsindən sərnişinlər arasında təlaş başlayıb.
"Mənə elə gəldi ki, elə bu andaca təyyarə partlayacaq", - şahidlərdən biri deyib.
Hadisə nəticəsində açıq qapının yanında əyləşən sərnişinlərdən bir neçəsi huşunu itirib.
Tənəffüslə bağlı problemlərlə həkimlərə 12 sərnişin müraciət edib, onlardan 9 nəfər yeniyetmə xəstəxanaya yerləşdirilib.
Məlumat verilir ki, təyyarə Yerə enəndən sonra polis qapını açan 33 yaşlı kişini saxlayıb.
O, təmaslara həvəssiz olub, lakin nəticə etibarilə öz hərəkətlərini belə izah edib: "Mən düşünürdüm ki, təyyarə partlayacaq və beləcə mən öləcəyəm".
Hazırda insident zamanı ekipaj üzvlərinin davranışının düzgünlüyü və onların hərəkətlərinin belə hallar üçün nəzərdə tutulan protokola uyğun olub-olmaması yoxlanılır.