Kapitulyasiya aktını imzalayan Armeniya rəhbərləri və separatçı qalıqları yenidən ağa axtarışında...
Oxunub: 8403
25 May 2023 | 13:21
Kapitulyasiya aktını imzalayan Armeniya rəhbərləri və separatçı qalıqları yenidən ağa axtarışında...
Don bəzəyər də, ifşa edər də...
(Servantes)
 
Dəyərli oxucu, Bu gündən başlayaraq Moderator.az olaraq Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun olduqca aktual olan bir problemin tarixinə işıq salan, erməni hiylələrini və saxtakarlaqlarını faktlarla ifşa edən  "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri" kitabını hissə hissə təqdim edəcəyik.
 
Hesab edirik ki, kitab sadəcə Azərbaycan oxucusu üçün deyil, Azərbaycan həqiqətlərini dünyaya yaymaq niyyətində olan hər bir xarici vətəndaş üçün də əvəzolunmaz mənbə rolunu oynaya bilər:
 
 
Bu kitab Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun 20 aprel 2023 - cü il tarixində “Heydər Əliyev ili” çərçivəsində 23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda etdiyi giriş sözü və prezentasiyası əsasında hazırlanmışdır.
 
Mündəricat
 
Giriş sözü ……............................................... 5
I. Zəngəzur: Qısa tarixi-coğrafi arayış ........... 23
II. Bisütun kitabəsində “Armina” adı haqqında ...33
III. Zəngəzura hay-erməni iddiaları .................. 59
IV. Sangibutu / Sanqibutu və Sanqi:
vilayət və sakinləri ....................................... 83
 
Giriş sözü
 
Hörmətli dostlar, xanımlar və cənablar!
 
Aprelin sonu ənənəvi olaraq, Kitab, müəlliflik hüququ və əqli mülkiyyətə (ƏM) aid əlamətdar günlərdir: 23 aprel UNESCO-nun «Ümumdünya kitab və müəlliflik hüququ günüdür» (Azərbaycanda bu tarix 1997-ci ildən başlayaraq, 26-cı ildir ki, qeyd olunur) və 26 aprel ÜƏMT-nın «Beynəlxalq əqli mülkiyyət günüdür» (Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi 2001-ci ildən başlayaraq, 22 ildir ki, qeyd edir). Həmin günlərdə keçirilən müxtəlif növ tədbirlər, görüşlər, dəyirmi masalar, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllifhüquq mədəniyyətinin formalaşdırmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdən ibarətdir.
 
Builki tədbirlərimiz dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunur. Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Bu qələbəni biz bu gün yeniləşən və qüdrətlənən Azərbaycanda, ölkəmizin nüfuzunun artmasında görürük, dövlət başçısı cənab İlham Əliyevin son 20 ildə düşünülmüş və müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla keçirilən varislik xəttində görürük, Azərbaycan xalqının cənab Prezidentə olan dərin ehtiram və sevgi duyğularında görürük.
 
Rəhbər şəxsə bu münasibəti məşhur kəlamın dili ilə ifadə etsək: «İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur». Müdrik Azərbaycan xalqı öz gələcəyinə böyük ilham və inamla baxır və gələcəyə aparan yol bacarıqlı əllərdədir, dövlətin taleyinin çiyinləri üzərində olmasını dərk edən məsuliyyətli rəhbərdədir, riskləri və təhlükələri mükəmməl qiymətləndirə bilən, onların qarşısında qalib çıxmaqla, hamımızı müzəffər-millət və qalib-xalq səviyyəsinə gətirən cənab İlham Əliyevdədir. Bugünkü reallıqlar Ulu öndərin qələbəsidir, xilaskarlıq missiyasından şanlı zəfər yolundadır, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilməsidir.
 
Hörmətli dostlar!
 
Kapitulyasiya aktını imzalayan Armeniya rəhbərləri və separatçı qalıqları hal-hazırda ağa axtarışındadır, “gah nala vurur, gah mıxa”. Odur ki, 18 mart 2023-cü ildə dövlət başçımız İlham Əliyevin müraciətindəki fikirləri xatırladıram: “Ermənistanın 29 min kv.km ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kv.km ərazidə, hansı ki, indi onlar ancaq bunu istəyirlər, rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var...”.
 
Aprelin 18-də isə Salyan şəhərində AzTV-ə verdiyi müsahibədə isə demişdir: “...onlar [separatçılar] ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar ”.
 
Sözləri və hərəkətləri fariseyliklə dolu erməni siyasətçilərə bu xəbərdarlıq məlumatı yaddaşlarında həkk etmək heç də artıq olmaz.
 
Dostlar!
 
Yaxın keçmişə müraciət etsək, görürük ki, riyakarlıq və ikiüzlülük, uydurma və saxtakarlıq hay-erməni siyasətinin aparıcı ana xətti olub. Haylara məxsus olmayan armen / erməni etnonimini və Arminiya (Ermənistan) adlı qədim toponimini mənimsəyərək, hay-erməni tarixşünaslığı Türkmənçay müqaviləsinin (1828) bağlanmasından sonra Şərqi və Qərbi Armeniya, hətta uydurma “böyük Armeniya” mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başladı. Çar Rusiyasının 1827-ci ildə işğal və Qacar İranın ruslara güzəşt etdiyi İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “Şərqi Armeniya” ərazisi elan olundu, hal bu ki, müqavilənin 16 maddəsindən heç birində bu toponim barədə tək kəlmə belə qeyd olunmamışdı.
 
İrəvan xanlığının torpaqlarında çar Rusiyası tərəfindən yaradılan və süni şəkildə şişirdilən yersiz hay-erməni ərazi iştahası Naxçıvan qəzasının Qarabağ, Zəngəzur torpaqlarına da iddialara təkan vermiş oldu. Hətta, bolşevik obrazına girmiş ikiüzlü erməni milliyyətçiliyi və daşnak terroru sonralar bu torpaqların bir qisminin qopartmasına gətirib çıxardı. 1918-ci ildə V.Lenin Naxçıvanın və Zəngəzurun daşnaklara verilməsi haqqında dekret imzaladı, yalnız N.Nərimanovun sovet rəhbərlərinə ünvanlandığı sərt tələbləri, bu torpaqlarda yaşayan əhalinin şiddətli etirazları və Türkiyənin qəti mövqeyi 1921-ci ildə Türkiyə və Sovet Rusiyası arasında yaradılmış Naxçıvan Muxtar Respublikasının Azərbaycanın protektoratı altına verilməsi haqqında müqavilə ilə nəticələndi. Erməni iddialarının könlünü almaq üçün isə əvvəlcə Zəngəzur qəzası, 1922-ci ildə isə Göycə (Şərur-Dərələyəz) Azərbaycandan qoparılıb Ermənistana verildi. Bu azmış kimi, bir də 1923-cü ildə Azərbaycan ərazisində Dağlıq-Qarabağ Muxtar vilayəti yaradıldı.
 
Nədir Şərqi Armeniya?
 
Uydurma “Şərqi Armeniya” torpaqsız Sovet Armeniyasının məhz bu yolla Azərbaycan əraziləri hesabına yaradılmasıdır. “Şərqi Ermənistan” mifi isə sırf Azərbaycan torpaqlarını nəzərdə tuturdu və elə bu torpaqlarda da Ermənistan dövlətçiliyi quruldu. Əvvəlcə “Şərqi Armeniyanın” çar Rusiyasına birləşməsi adı altında Azərbaycan ərazilərində yaradılmış bu milli erməni yuvası mahiyyətcə ərazilərin hərbi işğalı ilə nəticələnən təcavüzkarlıq, Sovet dövründə isə sülh yolu ilə ermənilərin ərazi iddialarını təmin edən güzəşt olmuşdur.
 
Uydurma “parçalanmış erməni torpaqları” tarixi İkinci Dünya müharibəsindən sonra aktuallaşdı, çünki, Sovet Rusiyasının Ərdahanı və Qarsı Türkiyəyə qaytarılmasını nəzərdə tutan və 1921-ci ildə imzalanan Türk-Sovet müqaviləsinə yenidən baxılmasını planlaşdıran Stalinin niyyətlərinə uyğun idi. Şükür, Stalinin niyyəti baş tutmadı, ancaq mövcud olmayan “Şərqi Armeniya” çərçivəsində tarixi Azərbaycan əraziləri haylar tərəfindən erməniləşdirildi, bu azmış kimi Sovet tarixi elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başladı. Bunun üçün qondarma hayerməni çar sülalələri uyduruldu, “Şərqi Armeniyanın” Rusiyaya xəyali birləşməsi aspektində Kürəkçay müqaviləsinin əsasnamələri təhrif olunmağa başlandı, Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri maddi mədəni irsi, ümumiyyətlə hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu “sübut” edə biləcək hər bir şey saxtalaşdırılaraq mənimsənilməyə məruz qaldı. Bu gün də hay-erməni uydurma qədimliliyi və işğal üçün hədəfdə olan ərazilər üçün “əzabkeş erməni xalqının” nostalji hissləri davamlı olaraq müasir uydurma sevdalı erməniçiliyin təcavüzkar və riyakar izini sürdürür. Heç də təsadüf deyil ki, XVI-XVII əsrlərə dair erməni xalqının tarixi adı altında Azərbaycanın Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və Zəngəzur diyarlarının tarixi təsvir olunur. XV əsrdə patriarx taxtının Eçmiyədzinə köçürülməsindən sonra (Eçmiədzində patriarxat yeparxiyasız fəaliyyət göstərirdi, çün ki yeparxiya Kiçik Asiyada qalmışdı) ermənilər bu dövrü lovğalanaraq erməni tarixinin “Eçmiədzin dövrü” adlandırdılar.
 
Bundan başqa onlar müxtəlif siyasi və elmi dairələrdə belə bir fikir yaymağa başladı ki, “Qərbi Ermənistan” hələ də Türkiyənin tərkibində qalıb. Ümumiyyətlə, erməniçilik sayca neçə Armeniya adlı toponim işlədir? Armenistlərin yazı ənənəsini qoyan “erməni tarixinin atası” M.Xorenski V və ya VII əsrlərdə, bəlkə də XIV əsrdə (əslində müəlliflik və yazı tarixi sual altında qalır) yazdığı “Патмутюн Хайоц” (“Hayların tarixi”), “İncili” təftiş, “Xalqlar cədvəli”nə Hayk, Armenak və s. fantomları daxil edərək, hay etnosunun Sakalara, Qəmərlilərə qohumluğunu çatdıraraq, hətta Torqom (Toqarma) əcdadlarına (türk soy-kökü) çevirərək, 5 Armeniya (1-4 və yunan) iddiasını irəli sürmüşdü. İki əsr sonra isə A.Şirakatsi öz “Aşxaratsuyts”unda (“Coğrafiya”) yenə də anonim deyil, müəllif kimi artıq 8 Armeniya vermişdi, indi isə “Armeniya”ların sayı 35-ə çatıb.
 
Bəs neçə dənə “Armeniya” adlı dövlət mövcud idi?
 
Bu günkü dövlətləri istisna olmaqla, heç bir dənə. Elə erməni alimlərin etirafına əsasən, ermənilər hazırda etno-konfessional cəhətdən fərqlənən 11 subetnik qruplar təşkil edir və əlavə edim ki, bu qədər “Armeniya”
olduğu halda, hansı “Armeniyanın tarixi”ndən söhbət gedəcək? Odur ki, avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri “Armeniya tarixi“ni yox, bir sözlə, etnosun tarixini yazmaq məcburiyyəti qarşısındadırlar, ya da “Hayastan” adlı ölkəsi olmayan mifoloji Hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən və tarixindən söhbət açırlar.
 
Şübhəsiz, Armeniyaların çoxluğu və yazılan hay-erməni xalqının tarixləri siyasi aspektdən daim sönməz ərazi iddialarından xəbər verir, lakin bir məsələ kəskinləşmiş qalır, təkrarən deyirik: Armeniyalar sırasından hansı Armeniyanın tarixini yazasan? Armenistlər bundan vaz keçir, erməni yazarları Armeniyaların çoxluğuna əsaslanaraq, Aralıq, Qara və Xəzər dənizləri arasındakı “Böyük Ermənistan” xülyasını yaşatmağa çalışırlar, bu mifologem ayrı-ayrı, parça-parça olan uydurma Armeniyaları yeni bir uydurma “kompleksinə” çevirməyə dəstək verərək, buraya Türkiyə, Gürcüstan və Şimal-Cənubi Azərbaycan torpaqlarını daxil etmiş olur.
 
Erməni siyasətinin əsas dəst-xətti mifologiyadır.
 
Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olur. Erməni etnik aləminin mənzərəsinin bir hissəsi olan məhz bu mifologiya zahiri reallığın və burada cəmləşən əxlaq mexanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən edir. Fikir verin. Bir neçə müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir. Tarixi haşiyənin sonunda ən məşhur qərb filosof-hüquqşünasların dəfələrlə istinad etdiyimiz fikirlərini yada salmaq yerinə düşərdi. Nobel laureatı, liberal fəlsəfənin
banisi Fridrix fon Hayek deyirdi: «İnsanların həyatını mümkün edən onların fəaliyyətinin nizamlanması, vərdişlərinin düşünülmüş qayda-qanunlarla əvəz edilməsi və hüquqi normalara riayət edilməsidir». Əks halda, digər qərb alimi, liberal hüququn banisi İyeremiya Bentamın dediyi kimi, «Prinsiplərə riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar». Vətən müharibəmiz, Qarabağnaməmiz, müzəffər Ali Baş Komandanın qətiyyəti, əsgər və zabitlərimizin şücaəti bir daha bu deyilənlərin əyani sübutudur.
 
Hörmətli dostlar!
 
Az sonra əzəli, qədim Azərbaycan-Türk torpaqları olan Zəngəzura aid təqdimatla çıxış edəcəyəm. Məqsədim bu məkanda min illər boyu yaşadığımızı göstərmək və qədim mətnlər və mənbələr əsasında bu əraziyə hayerməni iddialarını və uydurmalarını ifşa etməkdən ibarətdır...
 
Davamı var...
Oxşar xəbərlər
N.Tusi adına Klinika
08:25, Bu gün
Beynəlxalq axtarışda olan şəxs Livanda tutularaq Azərbaycana ekstradisiya edilib
07:14, Bu gün
İsrail ordusunun zabiti Netanyahudan Fələstinlə sülh bağlamağı tələb etdi...-VİDEO
00:30, Bu gün
“Rusiya Ermənistan rəhbərliyini diz üstə çökdürəcək” - ŞƏRH + VİDEO
00:27, Bu gün
Netanyahu Qəzza ilə bağlı İsrailin planını açıqladı
00:15, Bu gün
Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb
00:07, Bu gün
İsrail BMT Baş Assambleyasını sərt tənqid edib
28 Nov 2023 | 23:57
Ermənistanda bəzi Rusiya vətəndaşlarının hesabları bağlanacaq
28 Nov 2023 | 23:45
HƏMAS-ın azad etdiyi və saxladığı girovların sayı məlum oldu
28 Nov 2023 | 23:41
Qarabağın “giriş qapısı” Ağdamda altı hərəkət zolaqlı yol inşa edilir - VİDEO
28 Nov 2023 | 23:37
İsrail bu gün 30 fələstinli məhbusu azad edəcək
28 Nov 2023 | 23:36
Burkina-Fasoda silahlılar 40 dinc sakini öldürüb
28 Nov 2023 | 23:24
Baydenin oğlu prezidentin impiçmenti üzrə Konqresdə ifadə verməyə hazırdır
28 Nov 2023 | 23:14
Stoltenberq NATO-nun regional ittifaq olaraq qalacağını bildirib
28 Nov 2023 | 23:10
Nebenzya: “Suriya Yaxın Şərq münaqişəsinə cəlb olunmaq astanasındadır”
28 Nov 2023 | 22:57
Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - VİDEO
28 Nov 2023 | 22:56
Rusiyalı məşhur infarkt keçirdi: Reanimasiyaya yerləşdirildi
28 Nov 2023 | 22:48
"Putinin qızları müharibəyə işləyir" - jurnalist araşdırması
28 Nov 2023 | 22:37
Litva hərbi yolsuzluq avtomobillərinin ilk partiyasını qəbul edib
28 Nov 2023 | 22:32
Şəhidin evinə oğru girdi- “Şəhidin ildönümü üçün yığılan pulu oğurlayıblar” - ÖZƏL
28 Nov 2023 | 22:20
Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Nov 2023 | 22:17
Rusiya XİN: “Baltikyanı ölkələrin BRELL-dən çıxması elektrik enerjisi qiymətlərinə təsir edəcək”
28 Nov 2023 | 22:14
Azay Quliyev: ABŞ Azərbaycan kimi strateji tərəfdaşını itirə bilməzdi
28 Nov 2023 | 22:13
Laçında açıq səma muzeyi yaradılacaq
28 Nov 2023 | 22:13
"Qərbin dəstəyi olmadan Ukrayna Rusiyaya, İsrail HƏMAS-a qalib gələ bilməz" - Çexiya prezidenti
28 Nov 2023 | 21:51
Daha bir ermənipərəst siyasətçi korrupsiya qalmaqalına tuş gəldi - FOTO
28 Nov 2023 | 21:40
Gəncədə obyektdə yanğın olub
28 Nov 2023 | 21:27
Netanyahu: “Qəzzadan 74 girov azad edilib”
28 Nov 2023 | 21:26
"Putin Rusiyanın ehtiyatlarını qələbəyə yönəldib, Ukraynanın vəziyyəti pisləşə bilər" - "The Wall Street Journal"
28 Nov 2023 | 21:12
Sumqayıtda avtobus minik avtomobili ilə toqquşdu - VİDEO
28 Nov 2023 | 21:10
Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var
28 Nov 2023 | 21:03
İran Rusiyadan döyüş və təlim təyyarələri, hücum helikopterləri alır
28 Nov 2023 | 20:50
Ödənişli yolda nəqliyyat hadisəsi olub, ölən və yaralanan var
28 Nov 2023 | 20:43
İsrail hökuməti səkkiz milyard dollarlıq müharibə büdcəsini təsdiqlədi
28 Nov 2023 | 20:34
Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşının məhkəməsi başlayır
28 Nov 2023 | 20:31
Rusiya Yaponiya ilə nüvə silahlarının azaldılması müqaviləsini ləğv edəcək
28 Nov 2023 | 20:20
Naxçıvanın dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib
28 Nov 2023 | 20:13
İstanbulda pis hava şəraiti ilə əlaqədar 50-dən çox reys təxirə salınıb
28 Nov 2023 | 20:07
Hindistanda çökən tunelin altında qalanlar 17 gündən sonra xilas olunub
28 Nov 2023 | 20:00
Azərbaycan Orta dəhliz üzrə qiymət və daşıma şərtlərinin optimallaşdırılmasını təklif edib
28 Nov 2023 | 19:50
“Prezidentimiz Xankəndidə bayrağımızı ucaltmaqla yeni bir dönəmin başlanğıcını qoydu”
28 Nov 2023 | 19:50
Türkmənistandan Azərbaycana elektrik enerjisinin ixracı imkanları müzakirə olunub
28 Nov 2023 | 19:40
Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib
28 Nov 2023 | 19:37
Türkmənistanda SOCAR-ın ofisi açılıb
28 Nov 2023 | 19:35
21-ci əsrin ən yaxşı futbolçusu Leo Messi oldu
28 Nov 2023 | 19:30
Çində kömür mədəninin çökməsi nəticəsində 11 nəfər ölüb
28 Nov 2023 | 19:29
Başlıbel soyqırımı: erməni vandalizminin növbəti təzahürü
28 Nov 2023 | 19:25
Ərdoğan Quterreşlə Yaxın Şərqdəki durumu müzakirə edib
28 Nov 2023 | 19:20
Aşqabadda Heydər Əliyevin 100 illiyi ilə bağlı foto-sərgi açılıb
28 Nov 2023 | 19:19
“TikTok”da qanunazidd hərəkətlərə yol verən şəxs saxlanılıb
28 Nov 2023 | 19:18
Azərbaycan dələduzluğa görə həbs edilən 3 nəfəri Özbəkistana təhvil verib
28 Nov 2023 | 19:11
Azərbaycan XİN: "AHİM Ermənistanın mövqeyini ifşa edib"
28 Nov 2023 | 19:10
Aİ Ukrayna hərbçilərinin təlimi üçün əlavə 200 milyon avro ayırıb
28 Nov 2023 | 19:00
İranda təqaüdçülər etiraz aksiyası keçiriblər - VİDEO
28 Nov 2023 | 18:57
Rusiya XİN: “NATO-nun fəaliyyəti nüvə ssenarilərinin hərbi mərhələyə keçirilməsini nəzərdə tutur”
28 Nov 2023 | 18:50
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının III sessiyasında təmsil olunur
28 Nov 2023 | 18:45
Kəlbəcərdə maşın aşıb, ölən var
28 Nov 2023 | 18:44
17 yaşadək futbolçular arasında dünya çempionatında finalçılar müəyyənləşib
28 Nov 2023 | 18:37
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - FOTO
28 Nov 2023 | 18:30
İsrail Müdafiə Qüvvələri HƏMAS-ın atəşkəsi pozduğunu bəyan etdi: Üç partlayıcı qurğu işə salınıb
28 Nov 2023 | 18:30
Əziz Sancar AMEA-nın fəxri üzvü seçiləcək
28 Nov 2023 | 18:26
"Ankaradan Azərbaycana Qarabağın azad edilməsi üçün dəstəyini kəsməyi tələb etməsi ABŞ-ın ikiüzlülüyünün təsdiqidir"
28 Nov 2023 | 18:25
İran MN Rusiyadan aviasiya texnikaları aldığını təsdiqləyib
28 Nov 2023 | 18:20
İlkin Süleymanovun apellyasiya məhkəməsi keçirilib
28 Nov 2023 | 18:19
Milli Məclis: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar var
28 Nov 2023 | 18:18
Kürdəmir sakini odlu silahını polisə təhvil verib
28 Nov 2023 | 18:17
Milli Məclis Ermənistan parlamentinin spikerinin son açıqlamasına münasibət bildirib
28 Nov 2023 | 18:09
Finlandiyada Rusiya Baş Konsulluğunun binasının yerində uşaq bağçası tikiləcək
28 Nov 2023 | 18:07
BDU-da Maliyyə Nazirliyinin nümayəndələri ilə tələbələrin görüşü keçirilib - FOTO
28 Nov 2023 | 18:04
Gecəyarısı qanlı dava: bacısını qonşu ilə birlikdə tutdu, sonra isə... – Şok təfərrüat
28 Nov 2023 | 18:00
Erməni zabitlər 44 günlük Qarabağ müharibəsində fərariliyə görə həbs edildilər
28 Nov 2023 | 17:58
Azərbaycanda mərasim zallarının kirayə və menyu qiymətləri artıb - VİDEO
28 Nov 2023 | 17:57
Baltikyanı ölkələr ATƏT xarici işlər nazirlərinin iclasını boykot edib
28 Nov 2023 | 17:56
Ukraynada Heydər Əliyevin adına poçt marka dəsti dövriyyəyə buraxılıb - FOTO
28 Nov 2023 | 17:55
Analitik: “Azərbaycanla ABŞ arasında münasibətlərin normallaşması son dərəcə vacibdir”
28 Nov 2023 | 17:54
“Qarabağ Universiteti təhsilin brendi olacaq” - RƏY
28 Nov 2023 | 17:53
İcma Ermənistan parlamenti sədrinin absurd və böhtan xarakterli açıqlamasını pisləyib
28 Nov 2023 | 17:52
"Barselona"nın futbolçusu əməliyyat olunub
28 Nov 2023 | 17:50
HƏMAS Qəzzada atəşkəsi pozub
28 Nov 2023 | 17:48
Gürcü politoloq: “Qriqoryanın Tbilisiyə səfəri Qafqazda sülh prosesinin bir hissəsidir”
28 Nov 2023 | 17:44
Qarabağ Universiteti ümumi təhlükəsizlik mənzərəsinin bir hissəsi kimi - ŞƏRH
28 Nov 2023 | 17:43
ADNSU-da “BÜTÖV” proqramı çərçivəsində görüş keçirilib - FOTOLAR
28 Nov 2023 | 17:41
Türkmənistanda SOCAR-ın ofisi açıldı - FOTO
28 Nov 2023 | 17:40
"Bu maddələr məişətdə və hərb işində istifadə edilmir, ona görə də bu, qəsdən zəhərləndirmək cəhdi ola bilər..."
28 Nov 2023 | 17:38
“Kanal 13” internet televizayasının rəhbəri barəsində həbs qətimkan tədbiri seçildi
28 Nov 2023 | 17:35
Sumqayıtda güllələnmə hadisəsində yaralanan Türkiyə vətəndaşı ölüb
28 Nov 2023 | 17:32
“Qarabağda üç universitetin açılması nəzərdə tutulur” – Təhsil eksperti Elçin Süleymanov
28 Nov 2023 | 17:29
Müdafiə nazirlərinin Bakı toplantısı: Azərbaycan, Türkiyə və Gürcüstan vahid cəbhədə yer alır - ŞƏRH + FOTO
28 Nov 2023 | 17:28
Argentinanın prezidenti iudaizmi qəbul etməyə qərar verib
28 Nov 2023 | 17:25
Novxanıdakı məşhur malikanə satışa çıxarıldı - FOTO/VİDEO
28 Nov 2023 | 17:21
Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsahibə elan edilir
28 Nov 2023 | 17:19
“Açıq mikrofon” aksiyası Quşçu kəndində keçirildi - FOTOLAR
28 Nov 2023 | 17:17
Müşfiq Dilarəni “Cin atı”na mindirəcək – VİDEO
28 Nov 2023 | 17:14
Qardaşının "İnstagram"a görə öldürdüyü Pərinin FOTOSU
28 Nov 2023 | 17:12
“The Times”: “Ceyranlar Qarabağa qayıdır” - FOTO
28 Nov 2023 | 17:08
Canlı yayımda Xatuna bahalı üzük HƏDİYYƏ OLUNDU – VİDEO
28 Nov 2023 | 17:03
Polietilen torbaların pulla satılmasının dəyişdirmədiyi mənzərə - FOTO/VİDEO
28 Nov 2023 | 16:59
"Rusiya sülh müqaviləsinə getməyəcək, Ukraynanı buna məcbur etmək faydasız və təhlükəlidir" - "Foreign Policy"
28 Nov 2023 | 16:56
Mixail Qusman UNESCO-da məsul vəzifəyə seçildi
28 Nov 2023 | 16:53
"Muğanbank"ın əmanətçilərinə bir gündə 65 milyon manat kompensasiya ödənildi
28 Nov 2023 | 16:50
Antiterror tədbirlərinin QƏHRƏMANLARI: Onlara veteran statusu, xüsusi medallar veriləcək? - ARAŞDIRMA + FOTO
GÜNLÜK
28 Nov 2023 | 11:11
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
28 Nov 2023 | 09:13
“Elnarə Xəlilovanı o vaxt görəndə dedim ki, nə qəşəng, təbii qızdır”-FOTO+ÖZƏL
28 Nov 2023 | 09:32
Blinken İlham Əliyev və Paşinyanla sülh sazişi ilə bağlı məsələləri müzakirə etdi...
28 Nov 2023 | 11:57
Ermənistan Prezidenti qondarma rejimin “orqanları”nın saxlanmasını məqsədəuyğun hesab etmir
28 Nov 2023 | 13:32
"... Birlikdə intriqalara son qoymaq, ya da Birliyi o möhtəşəm binadan köçürmək lazımdı..." - Aydın Quliyev
28 Nov 2023 | 12:42
Emin Əmrullayev bir neçə məktəb direktorunu CƏZALANDIRDI
28 Nov 2023 | 13:04
MAXE, gizir və miçmanlar üçün xidmətdə olmağın son yaş həddi ARTIRILIR
28 Nov 2023 | 14:03
Xərçəngdən əziyyət çəkən Sevda Əliqızı əməliyyatxanadan canlı efirə QOŞULDU - VİDEO
28 Nov 2023 | 09:29
Təbii fəlakət nəticəsində Sevastopolun məşhur akvarium-muzeyində ekzotik heyvanların hamısı tələf olub
28 Nov 2023 | 08:58
Şimali Koreya casus peykinin Ağ Ev və Pentaqonun da fotolarını çəkdiyini iddia etdi...
HƏFTƏLİK
22 Nov 2023 | 10:27
“Nar bağı” restoranının altından 10-dan çox insanın cəsədi tapıldı
25 Nov 2023 | 08:22
Şahramanyan dedi ki, 23 saatlıq əməliyyatdan sonra...
22 Nov 2023 | 17:02
"Qaçqınkom"dan Xankəndiyə köçlə bağlı AÇIQLAMA
25 Nov 2023 | 01:13
Builki qəbul imtahanlarında əsaslı yeniliklər – Əlavə vaxt və …
25 Nov 2023 | 16:45
“Deyim ki, yox, sənə ev vermirəm?” – Anar sürücüsü və katibəsinə ev verdiyini təsdiqlədi
27 Nov 2023 | 12:50
“Kinostudiya rəhmətə gedib, mən də ölümümü gözləyirəm, üzdəniraqlar televiziyadan millətə dərs keçir”
26 Nov 2023 | 12:23
Kəlbəcərdə möcuzəvi tikili: Dünyanın ən böyük tunellərindən birinin görüntüləri (VİDEO)
26 Nov 2023 | 13:27
“Filarmoniyada rəhbər işlədiyim illərdə Elmira Rəhimova, Flora Kərimova və Şövkət xanımın etdiyi yaxşılıqları unutmaram”-FOTO+VİDEO
26 Nov 2023 | 19:39
"Nə zamansa biz rus qızları ilə evlənmişik, həyat yoldaşlarımız bizimlədir..."
23 Nov 2023 | 11:19
Dövlətçilik tariximizə dahiyanə baxış: Keçmiş Heydər Əliyevin gözü ilə...
AYLIQ
28 Nov 2023 | 11:11
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
28 Nov 2023 | 09:13
“Elnarə Xəlilovanı o vaxt görəndə dedim ki, nə qəşəng, təbii qızdır”-FOTO+ÖZƏL
28 Nov 2023 | 09:32
Blinken İlham Əliyev və Paşinyanla sülh sazişi ilə bağlı məsələləri müzakirə etdi...
28 Nov 2023 | 11:57
Ermənistan Prezidenti qondarma rejimin “orqanları”nın saxlanmasını məqsədəuyğun hesab etmir
28 Nov 2023 | 13:32
"... Birlikdə intriqalara son qoymaq, ya da Birliyi o möhtəşəm binadan köçürmək lazımdı..." - Aydın Quliyev
28 Nov 2023 | 12:42
Emin Əmrullayev bir neçə məktəb direktorunu CƏZALANDIRDI
28 Nov 2023 | 13:04
MAXE, gizir və miçmanlar üçün xidmətdə olmağın son yaş həddi ARTIRILIR
28 Nov 2023 | 14:03
Xərçəngdən əziyyət çəkən Sevda Əliqızı əməliyyatxanadan canlı efirə QOŞULDU - VİDEO
28 Nov 2023 | 09:29
Təbii fəlakət nəticəsində Sevastopolun məşhur akvarium-muzeyində ekzotik heyvanların hamısı tələf olub
28 Nov 2023 | 08:58
Şimali Koreya casus peykinin Ağ Ev və Pentaqonun da fotolarını çəkdiyini iddia etdi...