Yəhudi hərbçi Qüds məscidinin 56 il öncə oğurladığı açarını geri qaytardı...
Ekskluziv
4615
20 May 2023 | 07:47

Yəhudi hərbçi Qüds məscidinin 56 il öncə oğurladığı açarını geri qaytardı...

Keçmiş İsrail əsgəri 56 ildən sonra Qüdsdəki müqəddəs Əl-Əqsa məscidinin qapısının oğurladığı açarını geri qaytarıb. 
 
Moderator.az-ın  "Anadolu" agentliyinə istinadla yaydığı məlumatda belə deyilir.
 
Yaşlı israilli keçmiş hərbçi Yair Barak Qüdsdəki Əl-Əqsa məscidinin ofisinə gedərək özündəki köhnə açarı vəqf müdiri Şeyx Əzzam əl-Xatibə çatdırıb. 
 
"1967-ci ildə əl-Muğrabi darvazasına gəldim, sola baxdım və yerdə bir açar gördüm. Onu niyə götürüb özümlə apardığımı da heç bilmirəm”, -deyə Barak bildirib. 
 
"Açarı sadəcə cibimə qoydum və o vaxtdan bəri saxlayırdım",-deyə yəhudi hərbçi əlavə edib.
 
Yarım əsr sonra Barak bu açarın hələ də onda olduğuna görə narahat olub, çünki onu necə "oğurladığını" xatırlayıb. 
 
“İndi burdayam, oğurlanmış açarı sahiblərinə qaytardım. İsrail də eyni şeyi etməlidir – fələstinlilərə öz torpaqlarını, hüquqlarını, hörmətini, müstəqilliyini, azadlığını və təhlükəsizliyini qaytarmalıdır” -deyə keşmiş İsrail hərbçisi vurğulayıb.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər