"Türkiyədəki seçkilərlə bağlı ortada hələlik ciddi bir etimad doğuran proqnoz yoxdur..."
Oxunub: 4140
19 May 2023 | 13:06
"Türkiyə Prezidenti seçiləcək şəxs əhalinin faktiki yarısının onun siyasətinə qarşı olacağını nəzərə almalıdır...”
 
“Prezident Ərdoğanın tərəfdarları isə bu mənada daha az radikal görünürlər...”
 
“Bütün bu qarşılıqlı ittihamlar, bu radikallaşma və qütbləşmə fonunda, düşünürəm ki, seçkilər ərəfəsində hərarət bir qədər də artacaq...”
 
“Türkiyədə seçkilərin elə birinci turu ərəfəsində daxildə gərginlik, qütbləşmə və hər iki düşərgədə radukallaşma müşahidə olunurdu. Və birinci tur həmin gərginliyi nəinki aradan qaldırmadı, onun nəticələri, deyərdim ki, vəziyyəti bir qədər də gərginləşdirdi. Bunun da səbəbi bəllidir. Çünki əhalinin bir hissəsi CHP-ni dəstəkləyən, şərti olaraq və hətta şərti olmayaraq dünyəvi sayılan kəsim, əlbəttə ki, Ərdoğan və onun tərəfdarlarına qarşı münasibətdə, demək olar ki, aqressiv notlara köklənib. Prezident Ərdoğanın tərəfdarları isə bu mənada daha az radikal görünürlər. Amma onlar da öz mövqelərində, öz liderlərini müdafiə etməkdə israrlıdırlar. Bu da açıq-aydın görünməkdədir”. 
 
Bunu Moderator.az-a açıqlamasında hazırda Türkiyədə olan siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu qardaş ölkədəki prezident seçkilərinin II turu öncəsi durum, cəmiyyətin əhval-ruhiyyəsi barədə  təəssüratlarını ifadə edərkən bildirib.
 
“Belə bir vəziyyət elə məhz həmin o nəticələrə gətirib çıxardı ki, Prezident Ərdoğan birinci turda yetərincə səs toplayıb seçilə bilmədi. Hərçənd ki, o, lazımi həddə çox yaxın gəldi. Və bir çox iddialara görə,  əgər üçüncü səs toplamış namizəd olan Sinan Oğan II turda öz səslərini CHP liderinə verəcəksə,- onun mesajlarından da təxminən belə bir görüntü yaranıb, - bununla da Kamal Kılıçdaroğlu qalib olacaq. Bu, doğrudan da belədirmi? Əslində yerli və xarici müşahidəçi və təhlilçilər məsələyə başqa cür yanaşırlar. Onlar belə düşünürlər ki, Sinan Oğanın elektoratı arasında Ərdoğanın platformasına da yaxın olan yetərincə adamlar var. Məsələn, bəzi iddialara görə, Sinan Oğan daha çox Kılıçdaroğlunun elektoratından parçalayıb özünə elektorat formalaşdırıb. Amma əsla elə deyil. Məsələ burasındadır ki, III namizədin platformasının milliyyətçi platforma olduğunu unutmamaq gərəkdir. Və bugünkü müşahidələrə görə,- elə öz müşahidələrim də bunu göstərir,- milliyyətçilər bəlkə də Kılıçdaroğludan daha çox Ərdoğanın  mövqeyinə, onun seçki platformasına yaxındır. Bax, bu proqnoz vermək, yəni rəqəmləri üst-üstə yığıb demək ki, CHP liderinin qalib gəlmə şansı xeylidir - bu, hesab edirəm ki, çox sadə dəyərləndirmədir. Sinan Oğan elektoratının bir hissəsinin hətta Ərdoğana səs verəcəyi də istisna deyil. Və lider, prezidentliyə namizədin bir çağırış etməsi ilə onun elektoratının bütün gücü ilə, bütün sayı və çəkisi ilə gedib onun çağırış etdiyi namizədə səs verəcəyini düşünmək də yanlışdır. Burada elektoratın mövqeyini, onun psixologiyasını, II turda davranışını müəyyən edən bir çox amillər var ki, belə sadə meyarlarla, demək ki, üst-üstə yığıldı və gəldi Kılıçdaroğlu seçildi,- bu, doğru yanaşma deyil. Hesab edirəm ki,- yeri gəlmişkən bir çox ciddi dünya nəşrləri də bu məsələyə xüsusi diqqət yetirirlər,- Ərdoğanın platformasında bu gün dinçilikdən daha çox milliyyətçilik ideyaları üstünlük təşkil edir. Və bu mənada istisna deyil ki, həmin o III namizədin, yəni Sinan Oğanın tərəfdarlarının bir hissəsi və daha çox hissəsi Ərdoğana səs verə bilər, nəinki Kılıçdaroğluna”- deyə açıqlamasının davamında şərhçi bildirib. 
 
Analitik Türkiyədəki seçkilərlə bağlı hər hansı bir proqnoz verməyin çətin olduğuna da diqqət çəkərək belə deyib:
 
“İstənilən halda mən Türkiyədəki seçkilərlə bağlı hər hansı bir proqnoz vermək istəməzdim. Çünki proqnoz vermək üçün Türkiyə cəmiyyətinin bir sıra: sosioloji, psixoloji, siyasi, iqtisadi, sosial kriteriy və kateqoriyalara görə düzgün qiymətləndirilməsi gərəkdir və ikincisi də, mən bu sahənin mütəxəssisi deyiləm.  Amma görünən budur ki, seçkilərin II turu, onun nəticələri ilə bağlı  ortada hələlik ciddi bir etimad doğuran və inandırıcı proqnoz yoxdur. Elə Türkiyənin özündə də bu, yoxdur. Verilən proqnozlar daha çox təbliğat xarakteri daşıyır, seçicilərin qərarına, davranışına təsir göstərmək mexanizmi rolunu oynayır. Bu baxımdan da nəticələr haqda danışmaq istəməzdim. Lakin bir şey bəllidir ki, məsələn, Ərdoğan seçilərsə, o, ölkə əhalisinin faktiki olaraq yarısının onun siyasətinə qarşı olduğunu nəzərə almalıdır. Əksinə, Kılıçdaroğlu seçilərsə, o da eyni amili nəzərə almalıdır. Ən azı, bu bir amili... Bundan sonra Türkiyə cəmiyyətində hansı dinamika olacaq, Türkiyənin qütbləşmiş, parçalanmış və radikallaşmış iki toplumu bir-birinə qarşı hansı münasibəti sərgiləyəcək, bunu isə söyləmək çox çətindir. Çünki burada bir də o məsələ var ki, ölkədəki sosial-iqtisadi vəziyyət(bu isə, açığı, ürəkaçan deyil, heç proqnozlar da ürəkaçan deyil) hansı dinamikanı göstərəcək, yəni ölkədəki sosial-iqtisadi durum yaxşılaşmağamı başlayacaq, yoxsa pisləşməkdə davam edəcək,  bax, bu amilin rolunu istisna etmək olmaz. Nəzərə alaq ki, Ərdoğan siyasətinə etiraz edənlərin bir hissəsi onun 20 ildən artıq hakimiyyətdə olmasına görə etiraz edir, digər hissə öz etirazını onun dünyəvi dəyərlərlə hesablaşmamasıyla izah edir,  üçüncü hissə isə, əlbəttə ki, öz sosial-iqtisadi durumundan çıxış edərək ona etiraz edir. Yəni burada bir uzunmüddətli və yaxın müddətli nəticələri gözləmək lazımdır. Qısamüddətli nəticələr, təbii ki, seçkilərdən sonra qütbləşmiş tərəflərin bir-birinə münasibətlərinin necə olacağından asılıdır. Uzunmüddətli nəticələr isə ilk növbədə Türkiyədə sosial-iqtisadi vəziyyətin hansı istiqamətə gedəcəyinə bağlıdır”. 
 
“Bütün hallarda bu gün Türkiyə seçkilərindən gözləntilər böyükdür. Məsələn, gənclərin böyük əksəriyyəti,- əlbəttə ki, söhbət əsasən dünyəvi dəyər daşıyıcısı olan, onları seçən gənclərdən gedir, - deyir ki, Ərdoğan seçilərsə, biz ölkəni tərk etməli olacağıq, çünki artıq burada yaşamaq mümkün olmayacaq. Belə olan halda digər bir qrup hesab edir ki, bütün güclərini sərf etməlidirlər ki, Ərdoğan seçilməsin. Qarşı tərəf isə iddia edir ki, Kılıçdaroğlu seçilərsə, guya Türkiyənin maraqlarını nələrəsə qurban verəcək. Yəni CHP liderini daha çox Qərbin kadrı kimi təqdim edirlər. Amma mən deməzdim ki, bu, belədir. Əslində Türkiyədə siyasətçilərin böyük əksəriyyəti məhz Türkiyə dövlətinin siyasətinin maraqlarından çıxış edir. Unutmayaq ki, Türkiyə böyük bir tarixi dövlətçilik təcrübəsi olan bir ölkədir. Bax, bu mənada bütün bu qarşılıqlı ittihamlar, bu radikallaşma və qütbləşmə fonunda, düşünürəm ki, seçkilər ərəfəsində hərarət bir qədər də artacaq. Çünki 28 may tarixində həqiqətən də Türkiyə siyasətinin də, Türkiyə dövlətinin də müqəddəratı həll olunur”- deyə ekspert vurğulayıb.
 
Sultan Laçın
 
Oxşar xəbərlər
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 16:50
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:46
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
24 Apr 2024 | 16:44
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
24 Apr 2024 | 16:40
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:36
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
GÜNLÜK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb