4068
18 May 2023 | 15:09

"ABŞ və Çin dünya və bəşəriyyətin mövcudluğu üçün başlıca təhlükədir" - Kissincer

"Biz elə bir vəziyyətlə üzləşə bilərik ki, hər iki tərəf münaqişənin nəticələrindən narazı olacaq, yəni narazılıq balansı yaranacaq..."
 
"Biz bu münaqişəni yanlış üsulla bitirməməliyik, nəticə elə olmalıdır ki, Ukrayna Avropa tərəfindən müdafiə olunur və özü-özünü izləyən zahid dövlətə çevrilmir..."
 
Kissincer hesab edir ki, Tayvan ətrafında hipotetik münaqişə nəticəsində həm adanın özü, həm də dünya iqtisadiyyatı məhv ediləcək
 
ABŞ-ın keçmiş dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Henri Kissincer bəyan edib ki, ABŞ və Çin dünya və bəşəriyyətin özünün mövcudluğuna başlıca təhlükədir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "The Economist" nəşrinə müsahibəsində bəyan edib.
 
O, iddia edir ki, iki ölkə arasında münasibətlərin cari vəziyyəti son dərəcə təhlükəlidir və birinci dünya savaşından öncəki vəziyyəti xatırladır.
 
O zaman vəziyyət belə olub ki, "tərəflərdən heç birinin siyasi güzəştlər üçün kifayət qədər imkanları yoxdur, tarazlığın azacıq pozulması isə fəlakətli nəticələrə gətirib çıxara bilər".
 
Kissincer hesab edir ki, Tayvan ətrafında hipotetik münaqişə nəticəsində həm adanın özü, həm də mikroprosessorların tədarükündən məhrum olacaq dünya istisadiyyatı məhv ediləcək.
 
Kissincer həmçinin hesab edir ki, Ukraynanı NATO-ya qəbul etmək lazımdır, bu, həm Kiyevin, həm də Moskvanın maraqlarına cavab verəcək, həmçinin gələcəkdə ərazi mübahisələrinin hərbi yolla həll edilməsi cəhdlərindən zəmanət yaranacaq.
 
"Biz elə bir vəziyyətlə üzləşə bilərik ki, münaqişənin nəticələrindən narazı olan Rusiya və bundan narazı olan Ukrayna olacaq, yəni narazılıq balansı yaranacaq.
 
Ona görə də Avropanın təhlükəsizliyi üçün Ukraynanın NATO-nun üzvü olması daha yaxşıdır, orada milli səviyyədə ərazi iddiaları ilə bağlı qərarlar qəbul edə biləcək.
 
Bu gün avropalıların dedikləri ağılsızcasına təhlükəlidir. Çünki onlar deyir: "Biz ukraynalıları NATO-da görmək istəmirik, çünki bu, həddən artıq risklidir. Ona görə də biz onları silahlandıracaq və ən müasir silahlar verəcəyik".
 
Biz bu münaqişəni yanlış üsulla bitirməməliyik. Nəticə elə olmalıdır ki, Ukrayna Avropa tərəfindən müdafiə olunur və özü-özünü izləyən zahid dövlətə çevrilmir", - o, deyib.
 
Kissincerin digər bəyanatları
 
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer əmindir ki, ilin sonunadək Ukrayna və Rusiya arasında "gerçək danışıqlar" mümkündür. O, hesab edir ki, iki ölkə arasında danışıqlar Çinin sayəsində mümkün olacaq.
 
Bundan öncə o, bəyan edib ki, Ukraynanın NATO-da üzvlüyü sülh yaranandan sonra "yerinə düşər".
 
Davosda Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı o, deyib ki, Rusiyanın hərbi müdaxiləsindən öncə Ukraynanın NATO-ya daxil olmasının əleyhinə olsa da, indi bunu "arzuedilən nəticə" hesab edir.
Link kopyalandı!
Son xəbərlər