“Ülviyyə, sən mənim səhhətimə ağır zərbə vurdun, bu sən deyilsən, nə olub sənə..?”
Oxunub: 4892
18 May 2023 | 00:21
“Ülviyyə, sən mənim səhhətimə ağır zərbə vurdun, bu sən deyilsən, nə olub sənə..?”

“Ögey münasibət necə ola bilər ki, teatr rəhbəri bilir ki, Ülviyyə tam ştatla Dövlət Kukla Teatrında işləyir”

 

“Mən Ülviyyənin teatrımızın direktoru Əliqismət Lalayevin ünvanına səsləndirdiyi dırnaqarası ittihamlarını oxudum və çox təəccübləndim. Sanki bu Ülviyyənin öz sözləri deyil. Çünki Ülviyyəyə teatrda həmişə hörmətlə yanaşılıb. Həm aktrisa kimi, həm də mənim tələbəm olduğuna görə. Düzdür, o heç vaxt Afaq xanımın etdiklərini dilinə gətirməyib. Bilirsiniz ki, mənim belə şeylərdən acığım gəlir. Onun teatra gəlməsində də, işə götürülməsində də mən böyük rol oynamışam. O rəhmətlik Hüseynağa Atakişiyevin Gənclər Teatrından Musiqili Teatra keçdi. Ülviyyə çox istedadlı qızdır. Başının üstündə rejissor olmalıdır. “Mən dəyərəm min cavana” tamaşasında səhhətimlə əlaqədar olaraq rolumun Ülviyyənin ifa etməsi məsələsini qaldıran kimi, Əliqismət Lalayev dedi ki, “Afaq, sən əgər inanırsansa Ülviyyə bu rolu doğruldacaq, amma mən də inanıram doğruldacaq, gəl rolunu verək ona, tamaşa dayanmasın”. Şəxsən mən Ülviyyəyə ögey münasibəti teatrda heç vaxt hiss etməmişəm. Deyirsən ki, Şuşaya səni aparmayıb qastrola. Axı sən “O olmasın, bu olsun” tamaşasında oynamırsan. Şuşaya nə üçün getməli idin? Çox gülməli danışırsan, qızım. Səni hansısa konsertə salmayıblarsa, bu direktorun günahıdır? Və deyirsən ki, direktor səninlə ədavət saxlayır. Axı nəyin ədavətini ? Çox təəssüf edirəm"

 

Bunu Moderator.az-a özəl açıqlamasında Akademik Musiqili teatrın aparıcı aktrisası, xalq artisti Afaq Bəşirqızı deyib. Sənətkar Ülviyyə Əliyevaya teatrda hər zaman şərait yaradıldığını bildirib.
 

 

“Ögey münasibət necə ola bilər ki, teatr rəhbəri bilir ki, Ülviyyə tam ştatla Dövlət Kukla Teatrında işləyir. Ülviyyənin çox tədbirləri, çəkilişləri olur, rahat gedib-gəlir də. Mən şəxsən bir dəfə özüm soruşmuşam, Əliqismət Lalayev deyib ki, “vallah çəkilişi var idi, amma başqa bir söz dedi, dedim ki, eybi yoxdur, qoy çəkilsin, tamaşaçı teatr aktyorlarını tanısın”. Ülviyyə elə qız deyil. Ülviyyə adam üçün canını verər. Deyəsən ki, “Ülviyyə gəl mənim üçün bunu et, o heç vaxt sual verməz ki, niyə?!”. Hamıya əliçatan, kömək edən qızdır. Ürəyi çox təmizdir. Onun başına gələn bəlaların hamısı elə onun ürəyinin təmizliyindəndir. “Toppuş bacı”-nın yasında Ülviyyə həyat yoldaşı ilə 40 gün ayaq üstə oldu. Ülviyyənin ayaqlarının üstündəki şiş artıq dizinə dəyirdi. Halal xoşu olsun, Toppuş bacının. Ona görə də bu dediklərinə məhtəl qalmışam. Bundan əvvəl də onun bir çıxışı olmuşdu, mən bunu başqa bir yerə yönəltdim ki, ola bilsin ki, umur da, mükafat filan. Amma indi baxıb görürəm ki, Ülviyyə olmayan yerdən şübhə doğurur. O elə bilir ki, onu sevmirlər, qiymətləndirmirlər. Bu bütün aktyorların həyatında olur. Bir az yaraşmaz bunu mənə demək. Mən teatrda olanda 2 kəlmə söz danışırdımsa, 3-cü kəlməm Ülviyyə olurdu. Deyirdim ki, “Ülviyyə hardadır?”, “Ülviyyə oynayır bu tamaşada?”. “7 məhbusə anası” tamaşasında mənimlə tərəf müqabili oldu. Gəldi öz tapıntılarını köçürtdü səhnəyə. Çox da gözəl tapıntılar idi. Amma rejissor irad tutdu ki, “Afaq xanım, bu mənim quruluşum olmadı axı”. Dedim ki, yaxşıdırsa dəymə. Vallah, elə bir vəziyyətdir ki, heç bilmirəm nə deyim! O ki, qaldı Əliqismət Lalayevə.. O mənim 1990-cı ildən çox möhkəm dostumdur. Amma bu o demək deyil ki, mən durub Əliqismət Lalayevi yalandan müdafiə edim, tərifləyim. Xeyr, belə bir şey yoxdur. Teatrın rəhbərliyindən bütün yaradıcı heyət razı qala bilməz. Bu birmənalıdır. Əliqismət Lalayev dəridən, qabıqdan çıxır. Siz bilirsiniz ki, bizim teatrımız başqa teatrlardan fərqlənir. Ancaq elə adına görə. Günün bu gününə qədər 4 ildir artıq “Musiqili Teatrdır”, amma hamı deyir ki, “Musiqili Komediya Teatrı”. Baxmayaraq ki, komediya sözü 4 ildir teatrın adı üstündən götürülüb. Deyirsən ki, Şuşaya səni aparmayıb qastrola. Axı sən “O olmasın, bu olsun” tamaşasında oynamırsan. Şuşaya nə üçün getməli idin? Çox gülməli danışırsan, qızım. Səni hansısa konsertə salmayıblarsa, bu direktorun günahıdır? Və deyirsən ki, direktor səninlə ədavət saxlayır. Axı nəyin ədavətini ? Çox təəssüf edirəm. Biz şəhidlərimiz, vətən müharibəsi iştirakçıları haqqında tamaşalar hazırlamışıq. “Paris Notr-Dama ithaf” tamaşası səhnələşdirmişik. Bu gün də “Leyli və Məcnun” səhnələşdirilir. “Paris Notr-Dama ithaf” tamaşasını biz musiqili şəkildə səhnələşdirdik. Onun musiqisini tapdıq, uşaqlar əziyyət çəkdilər. Ən azından Azərbaycanın görkəmli siyasi xadimləri də, savadlı şəxsləri də, hətta nazirlər də, millət vəkilləri də gəlib o tamaşaya baxıblar və uşaqları alqışlayıblar. O tamaşada fərqlənən aktyorlar o qədər sevinirdilər ki. Sən bu sevinclərə də bu qədər bayağı fikirlərinlə yanaşdın?! Bu tamaşaların teatrda hazırlanması bir növ eksprimentdir. İndi neyləyək? Əlimizi əlimizin üstünə qoyub oturaq? Əliqismət Lalayev nə etsin? Əlini qoyub əlinin üstündə otursun?! Əliqismət Lalayev uşaq deyil axı. Gör neçə illərdir incəsənət sahəsindədir. İncəsənəti bitirib, rejissor işləyib, Naxçıvan Dövlət Teatrında gözəl tamaşalara quruluş verib. İndi də elə bir çox tamaşaların qüsurunu düzəldir. Ülviyyə, ermənilər öz cındırlarını sənət əsəri adlandırırlar, amma dahi Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini inglis dilində oynamaq, onu təqdim etməyi isə sən inglis dilini bilənlərin bizə güldükləri fikirləri ilə cılızlaşdırırsan. Çox cılız bir fikirdir, Ülviyyə, çox cılız! 11 aya inglis dilini gətirib ortaya çıxaran aktyora eşq olsun. Eşq olsun! Dili sınsa da, düzəltsə də, o zülmlə dili öyrənə-öyrənə, oynayıb. Mizanlar da, aktyor oyunu da öz yerində. Bütün bunların müqabilində sən öz dostlarının əziyyətini yerə vurursan ki, inglis dili bilənlər gülürdülər? Sən get o gülən adamdan soruş gör təmiz Azərbaycan dilində bilirlər?! Heç səndən gözləməzdim, qızım. Bax, sənə heç zəng də etmədim. Çünki, bu sən deyilsən Ulya! Qızım, saatlarla mənim qrim otağımda oturub, ana-bala kimi dərdləşən, bütün dərdini mənimlə bölüşən, mənim silləmi öz doğma anası kimi qəbul edən Ülviyyə deyilsən sən, Ülviyyə! Nə olub sənə? Mükafatın da olacaq, hər şeyin də! Mən İctimai tv-də yayımlanan “3 D” verilişində də, Teatr forumunda da dedim ki, Mədəniyyət Nazirliyinin bütün imkanlarını özünə qaytarın. Fəxri adlardan tutmuş mükafatlara qədər, Ülviyyə! Mən bunu demişəm, qızım. Sən elə bilirsən ki, Əliqismət Lalayev oturub, möhür vurur?! Əliqismət Lalayev Mədəniyyət Naziriliyində işləyəndə yetim-yesirlərə həmişə kömək edirdi. Amma adı başqa cür çıxdı. Deyirdilər ki, “Əliqismət Lalayev istəsəydi edərdi”. Əliqismət Lalayev istəsə ona xalq artisti və prezident təqaüdü verərdilər. Bu dövr çoxdan yetişib. Edə bilirdisə elə bunu özü üçün edərdi də. Sən kollektivin də ürəyini sındırdın. İnanma ki, bəzi o “min sifətlilər var ki, sənə deyirlər ki, “Ülviyyə, kişi qızısan, nə demisən!”. Onlar yalan deyirlər, qızım. Sən ünvanı səhv tapmısan. Səhv gedirsən. Kaş mənimlə bölüşərdin. Axı sən mənimlə hər şeyi bölüşürsən. Mən dünyasında sənə deməzdim ki, Ülviyyə, bunu etmə. Amma ən azından mən sənə məsləhət verərdim. Ülviyyə, sən özün bilirsən ki, bu dəqiqə hardasa yarım ştat belə işləməyə icazə vermirlər. Dövlət Kukla Teatrında qoyduğun zəhmətin müqbailində aldığın maaş 2 aktyorun mükafatının dəyərindədir. Buna Əliqismət Lalayev göz yumur, bu azdır qızım?! Hə, mənim balam, azdır?! Olmadı kı! Sən düşməni bizə güldürürsən. Bax bəzi teatrların halına. Bax da, görün nə gündədir. İç-içə gedən didişmələr, gicişmələr, direktor gəldi, bədii rəhbər getdi, filankəs getdi. Ay qızım, Ulya, çox məni mütəəssir etdin. Mənim səhhətimə görə hər zaman sən həyəcan keçirmisən. Hər zaman. Amma bu dəfə sən mənim səhhətimə ağır zərbə vurdun. Nə Əliqismət Lalayevin mənim müdafiəmə ehtiyacı yoxdur, nə də mən Əliqismət Lalayevin vəkili deyiləm. Amma dostuyam. Mənim dostum düzgün hərəkət etməyəndə siz hamınız da görüb və bilmisiniz ki, bizim Əliqismət Lalayevlə həmişə söhbətlərimiz olub və o da həmişə bunu müsbət qarşılayıb, dəyişiklik edibdir. Olur insanda. İnsan mismar dərdindən tutmuş, aktyorun sosial müdafiəsinə qədər fikir edir. Pandemiyada aktyorların o vəziyyətində oturardı öz evində və deyərdi ki, nəyimə lazımdır? Doğma bala anası üçün yeməyi qapının ağzına qoyurdu ki, “sən götür, karonasan, mənə keçər”. Amma Əliqismət Lalayev birbaşa evlərə gedirdi, maddi yardımını edirdi. Allah şahididir Vidadi. Deyirdim ki, “Əliqismət Lalayev, karona tutacaqsan”. Amma o deyirdi ki, “Afaq, mümkün olan şey deyil, Novruz Qartalın vəziyyəti yaxşı deyil”. Teatrda qızımızın evi yandı, Əliqismət Lalayev yorğan-döşək daşıyırdı. Adamın axı Allahı var. Allah göydən baxır. Sənin bir dənə atılan dırnağını mən heç kəsə dəyişmərəm, Ulya. Bilirsən ki, sən, Rəna, Mehriban mənim ən sevimli tələbəmsiniz. Amma bütün bunlara baxmayaraq adamın vicdanı olar, göydə də Allahı tanıyar, Allahı sayar. Etmə elə şeyləri. Heç vaxt, heç kəsə vasitə olma, mənim balam. Çox xahiş edirəm səndən” deyə sənətkar bildirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Akademik Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva teatrın direktoru Əliqismət Lalayevin ünvanına ittihamlar səsləndirmişdi.

Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib