4630
17 May 2023 | 00:09

"Fransa İsrailin Qafqazdakı müttəfiqini təhdid edərək, İrana yardım edir..."

"Ermənistana verilən Qərb silahı rusiyalılar tərəfindən tədqiq edilə bilər..."
 
"Bu silah İranın əlinə keçərsə, öz silahlarının modernləşdirilməsi üçün istifadə edilə bilər..."
 
"Bu gün Azərbaycan İsrail və Qərb dünyası ilə sıx əlqələri olan mütərəqqi müsəlman ölkəsidir..."
 
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) mənbələrinin məlumatına görə, Fransa Ermənistana ölümcül silah tədarükünə başlamaq qərarı verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
 
50 zirehli transportyorlardan ibarət ilk partiyanın yaxın günlərdə tədarükü gözlənilir. Bu məlumat o cümlədən həm Ukrayna, həm də İsrail üçün narahatlığa əsas verir.
 
Ukraynaya gəldikdə, onun xüsusi xidmət orqanları 2022-ci ilin ortalarından Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyəti diqqətlə izləyir.
 
Burada ehtiyat edilir ki, Ermənistana tədarük edilən silah və hərbi texnika rusiyalılar tərəfindən tədqiq edilə bilər (Ermənistan ərazisində Rusiyanın hərbi bazaları var) və bundan Qərbin Ukraynaya tədarük etdiyi eyni texnikaya qarşı istifadə edilə və texnologiyaların surəti yaradıla bilər.
 
İsrailin narahatlığı oxşardır. Çünki Ermənistana Qərb silahının tədarük edilməsinə İran maraq göstərir, onun silah istehsalçıları özlərinin "əks layihələşdirilməsi" ilə tanınır.
 
Başqa sözlə desək, bu silahlar Ermənistandan İranın əlinə keçərsə, orada HƏMAS, Hizbullah və İslam cihadına tədarük edilən öz istehsalı olan silahların modernləşdirilməsi üçün istifadə edilə bilər. 
 
Hərbi analitik Ron Ben-İşay artıq çoxdandır xəbərdarlıq edib ki, belə modernləşdirmə İran texnikasının Rusiya tərəfindən Ukraynada istifadə edilməsi sayəsində qaçılmazdır, bu da hazırda İran rejiminə qarşı olan bütün ölkələrə təhlükə törədir.
 
Fransa silahlarının iranlıların və rusiyalıların əlinə keçməsi barədə narahatlıq kifayət qədər əsaslıdır.
 
Son həftələr Qərbin bir sıra nəşrləri qeyd edib ki, Ermənistan Rusiyaya sanksiyalardan yan keçməyə, o cümlədən hərbi məqsədlər üçün sanksiyalar altında olan çiplər və mikrosxemlərin tədarükündə yardım edir. 
 
Həmçinin KİV-lərdə məlumat yayılıb ki, bu ölkə Rusiyaya göndərilən silah üçün keçid qovşağıdır. Bu zaman xatırladılır ki, Rusiya kimi Ermənistan da İrandan PUA-lar alır və ən azı iki dəfə Azərbaycana qarşı istifadə edib.
 
Fransanın Ermənistana silah tədarükü Bakı ilə Qüdsün ilk "Qafqaz qarşıdurması" deyil.
 
Ötən ilin noyabr ayında Fransa Senatı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə və Avropa İttifaqı tərəfindən bu ölkədən qaz və neft alışına embarqo qoymağa çağırış edən qətnamə qəbul edib.
 
Buna cavab olaraq dekabrın 30-da İsrail parlamentinin 30 nazir və deputatları Azərbaycanın Milli Məclisinə səfirliyin açılışına görə minnətarlıq məktubu göndərərək, qeyd edib ki, Fransa Senatının qətnaməsi "bu gün İsrail və Qərb dünyası  ilə sıx əlaqələri olan mütərəqqi müsəlman ölkəsi Azərbaycanın zəifləməsində marağı olan İrana sərf edir".
 
İsrailə 50 faiz enerjiresursları tədarük edən Azərbaycan bu gün, XİN rəhbəri Eli Koenin sözlərinə görə, "İranla qarşıdurmada həlledici strateji tərəfdaşdır".
 
Xatırladaq ki, mayın 15-də ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Rusiya ilə İranın hərbi-texniki tərəfdaşlığı həm Ukrayna, həm də Yaxın Şərq ölkələri üçün təhlükə törədir.
Link kopyalandı!
Son xəbərlər