4125
15 May 2023 | 15:34

"Lukaşenko ölərsə, DTK onun rejimini qoruyub saxlaya bilməyəcək..." - Ekspert rəyi

"Sadə belaruslar arasında etirazlar baş qaldırsa, Belarusda vəziyyət tez bir zamanda dəyişəcək..."
 
"Rumıniyada "Sekuritate" daha güclü və qəddar olub, amma cəmi 6 günə diktator Çauşeskunun rejimi çöküb və o, güllələnib..."
 
Lukaşenko hazırda xəstədir, Belarusda vəziyyət tez bir zamanda dəyişə bilər
 
Belarus rəhbəri Aleksandr Lukaşenko dünyasını dəyişərsə, Belarus DTK-sı ölkədə onun rejimini qoruyub saxlaya bilməyəcək, Belarusu kütləvi etirazlar bürüyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı İvan Stupak "Espreso"nun efirində bəyan edib.
 
"DTK onların lokal gücüdür. Lakin maraqlıdır ki, məsələn, Rumıniyada Çauşesku rejimi laxlamağa başlayanda, cəmi 6 günə onun rejimi çöküb, prezident güllələnib. 
 
Onların xüsusi xidmət orqanı olan "Sekuritate" həcminə, miqyasına və qəddarlığına görə Belarusun DTK-dan daha böyük olub, amma kütləvi iğtişaşların qarşısını ala bilməyib.
 
Yəni sadə beloruslar arasında etirazlar baş verərsə və əgər hazırda Ukrayna uğrunda döyüşən Kastus Kalinovskinin alayından olan adamlar da onlara qoşularsa, mən əminəm ki, Belarusda vəziyyət tez bir zamanda dəyişəcək", - Stupak izah edib.
 
Lukaşenkonun xəstəliyi-bəlli olanlar
 
Mayın 9-da Moskvada hərbi parad zamanı Lukaşenkonun halı pisləşib.
 
Bununla əlaqədar olaraq o, vətənə dönüb. Minskdə diktator axsayaraq jurnalistlər qarşısına çıxıb, sonra evə aparılıb.
 
Bu yaxınlarda bəlli olub ki, o, Drozdıda prezident klinikasına gedib.
 
KİV-lərin məlumatına görə, Lukaşenkonun orqanizmində pozuntular baş verib.
 
Bu, endokrin sistemi və ürəyində xəstəliklər törədib. Lukaşenkonun müalicəsi üçün Rusiyadan professorlar göndərilib.
 
"Naşa Niva" nəşri bəyan edib ki, Belarus prezidenti virusa yoluxub, onun yaxınlarında bu virus artıq aşkar edilib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər