"Təcavüzkar ordu Ukraynanın qarşıdakı əks-hücumundan son dərəcə narahatdır..."
Cari ayda Rusiyanın işğalçı qoşunları Ukrayna ərazisinə atəşlərin intensivliyini gücləndirib. Aprelin 19-dan mayın 14-dək onlar ən azı 10 güclü hücum edib.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) növbəti hesabatında deyilir.
Qeyd edilir ki, bununla qəsbkarlar Ukraynanın genişmiqyaslı əkshücumunu pozmağa cəhd edir.
Ekspertlər hesab edir ki, Rusiya Ukraynanın cəbhədə hücum əməliyyatlarını aparmaq üçün gücünü zəiflətməyə yönəlik yeni kampaniyaya başlayıb.
Lakin güclü zərbələr zamanı işğalçılar, əsasən, raketlərdən deyil, İranın kamikadze-dronlarından istifadə edir.
ISW qeyd edir ki, düşmən diqqətini Ukraynanın paytaxtına, həmçinin arxa cəbhənin dərinliyində hərbi-sənaye və maddi-texniki obyektlərə yönəldib.
Rusiyalılar öz "gücünü və qüdrətini" göstərmək üçün hücumlarını daha az vəsaitlərdən istifadə etməklə həyata keçirməyə cəhd edir.
Təcavüzkar ordusu Ukrayna Silahlı Qüvvələrinin qarşıdakı hücumundan son dərəcə narahatdır, hazırda Ukrayna döyüşçüləri tərəfindən Donbasda, Baxmut rayonunda əkshücumlar davam edir.
O cümlədən onlar yaşayış məntəqəsi yaxınlığında düşmənin 10 mövqeyini ələ keçirməyə müvəffəq olub.
Bundan öncə xəbər verilib ki, Rusiya qoşunlarının Baxmutdan geri çəkilməsini etiraf edib, sosial şəbəkələrdə işğalçıların qaçdığı kadrlar üzə çıxıb.
Hazırda Rusiyanın genişmiqyaslı hücumu həyata keçirmək üçün nə hərbi, nə iqtisadi, nə də siyasi potensialı var. Lakin bu, ona ciddi müdafiə əməliyyatları ilə məşğul olmağa mane olmur.