“Şuşanın işğalı zamanı Şahin Musayev “QRU” agenti idisə, bəs Elbrus Orucov kim idi?..”
Ekskluziv
Oxunub: 8887
09 May 2023 | 19:28
“Şuşanın işğalı zamanı Şahin Musayev “QRU” agenti idisə, bəs Elbrus Orucov kim idi?..”
“Bircə fakt briqada komandiri və hərbi komendant kimi onun cinayət məsuliyyətinə cəlb olunmasını təsbit edir: 1992-ci il mayın 8-də axşam o, sərəncamında olan hərbi qüvvələri  Şuşadan heç kəsin əmri olmadan niyə çıxarmışdır?..”
 
Sabiq ədliyyə naziri Əlisaab Orucov 1988-ci ildən, yəni Qarabağda Kremlin, İrəvanın və bir sıra xarici güclərin təhriki ilə ermənilərin başlatdığı separatçı-terrorçu hərəkat başlanandan respublikanın o dövrdəki müxtəlif rəhbərlərinin göstərişi ilə həmin hərəkata qarşı bacardığı qədər mübarizə aparmış, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlı əhalinin öz doğma yurdlarını  tərk etməsinin qarşısını almaq və s. üçün əlindən gələni etmişdir. Erməni-azərbaycanlı münaqişəsinin artıq hərbi əməliyyatlarla və ərazilərimizin işğalıyla müşayiət olunduğu bir dövrdə - 1992-ci il aprelin 8-dən 1992-ci ilin iyulunadək Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi olmuş  keçmiş nazir  Moderator.az əməkdaşı ilə söhbətində əlində olan sənədlər, həmçinin özünün “Mübarizəmiz Qarabağdadır” kitabındakı şahid ifadələri əsasında həmin müddətdə, o cümlədən Şuşa və Laçın rayonlarının işğalı zamanı şahidi və iştirakçısı olduğu, bəziləri hələ mediada işıqlandırılmamış və geniş ictimaiyyətə bəlli olmayan bir sıra fakt və olaylar haqda xronoloji ardıcıllıqla danışır...
 
“...Şuşa ilə rabitə əlaqəsi yaradıb danışmaq məqsədi ilə mayın 8-də axşam Ağdam aeroportundakı  rabitə tele-xəttində və rayonun Xıdırlı kəndindəki tele-qüllədə olmuşduq. Hər iki yerdən Şuşa ilə əlaqə saxlamaq mümkün olmadı. Çünki Şuşa tele-qülləsinin əməkdaşları mayın 8-də axşam saat 20 radələrində Şuşa şəhərini müdafiə naziri Rəhim Qazıyevin Baş Qərargah rəisi Şahin Musayevin tapşırıqlarından sonra tərk etmişdilər...
 
Mayın 8-də axşam izahatlarını aldığım Xıdırlı kəndindəki tele-qüllənin əməkdaşları Misir İbrahimov və Vaqif Məmmədov bildirdilər ki, onlar həmin gün, yəni mayın 8-də səhər saat 9:00-dan işdə olub və Bakı-Ağdam-Şuşa radiotele-xəttindəki bütün danışıqları dinləyiblər. Danışıqlar Şuşadakı vəziyyətin olduqca ağır olmasından xəbər verirdi. Həmin danışıqlardan ən çox onların diqqətini cəlb edən Şuşa televiziya stansiyasının sahə rəisi Rafiq Sadıxovun  həmin gün – mayın 8-də axşam saat 19 radələrində Şuşadakı vəziyyətin son dərəcə ağır olması və 3-4 saat ərzində kömək olmazsa, Şuşanı tərk etməyə məcbur olacaqları barədə Prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədova verdiyi məlumat olmuşdur. Dövlətin faktiki başçısı isə ona cavab vermişdi ki, müdafiə naziri Rəhim Qazıyevlə əlaqə saxlayıb Şuşanın müdafiəsini təşkil etdirəcəkdir... Onların bu danışığından təxminən bir saat sonra saat 20 radələrində Rəhim Qazıyevin də Rafiq Sadıxovla rabitə danışığı olub. Müdafiə naziri ona deyib ki, yarım saat sonra Şuşaya havadan kömək olacaq və onun “Qaranquş” adlandırdığı təyyarə düşmən qüvvələrini məhv etmək üçün Şuşaya zərbələr endirəcək.  Bundan sonra Rəhim Qazıyev və Şahin Musayev R.Sadıxovdan əməkdaşların zərbə mövqeyindən – Şuşadan uzaqlaşmasını tələb etmişdilər... Daha sonra isə müdafiə naziri xətdə bütün danışıqları eşidən Ağdam tele-qülləsinin əməkdaşları M.İbrahimov və V.Məmmədovdan “Baxın, görün təyyarə Ağdam üzərindən keçdimi?”- deyə soruşmuşdu. Onlar  həmin an doğrudan da  Ağdam üzərindən bir təyyarənin uçduğunu görüb R.Qazıyevə bu haqda məlumat vermişdilər...
 
Əslində isə həmin gün, yəni mayın 8-də Şuşaya heç bir təyyarə və o cümlədən Ağdamın səmasında görünən təyyarə uçuş etməmiş və düşmən mövqelərinə zərbələr endirməmişdir... Bu səbəbdən belə təəssürat yaranır ki, Ağdamın səması üzərində dediyi təyyarənin məqamda uçuşunu öncədən təşkil edən müdafiə naziri Rəhim Qazıyevin bu danışığı rabitə əlaqəsində olan Rafiq Sadıxova eşitdirməkdə məqsədi Şuşa camaatı arasında vahimə yaradıb bu yolla onların şəhəri tərk etmələrinə nail olmaqdan ibarət olmuşdur.  Qeyd edim ki, Ağdam tele-qülləsinin əməkdaşları deyilən məlumatları mənə mayın 8-də axşam saat 23 radələrində Ağdam tele-qülləsindən yazılı qaydada verdikləri vaxt yanımda Ağdam bölgəsi üzrə hərbi briqada komandiri Elxan Orucov(Şuşadakı briqada komandiri Elbrus Orucovun qardaşı) və Prezidentin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Aydın Kazımov olmuşlar...
 
Şuşanın işğalı ərəfəsində və sonrakı günlər baş verən hadisə və proseslər haqda daha çox danışmaq və ayrı-ayrı elementləri müzakirə etmək olar. O cümlədən Şuşanın işğalından iki gün öncə mayın 6-7-də Şuşa şəhərinin əsas müdafiəsində ən strateji əhəmiyyətə malik Böyük Kirs yüksəkliyində mövqe tutan  Xalq Cəbhəsi fəallarından biri, Rəhim Qazıyevin yaxın dostu Nail Kazımovun həmin yüksəkliyi tərk edərək tabeliyindəki döyüşçüləri və hərbi texnikanı döyüş mövqeyindən çıxarıb döyüşçüləri məzuniyyətə buraxması, özünün isə Bakıya getməsi haqda danışmaq olar. Məhz Böyük Kirs yüksəkliyinin ələ keçirilməsi artıq Şuşanın müdafiəsini heçə endirirdi... 
 
Bundan əlavə, guya  ATƏT və Qırmızı Xaç Komitəsi nümayəndələrinin Şuşaya gəlişi ilə əlaqədar Xankəndi istiqamətindən gələn avtomobil yolunun minalardan təmizlənməsi epizodunu  və s. ətraflı təhlil etmək olar. Bütün hallarda Şuşanın da, Laçının da işğalında əsas hərbi məsuliyyəti həmin bölgələrin müdafiəsinə cavabdeh olan 3 yüksək vəzifəli şəxs daşıyır: müdafiə naziri Rəhim Qazıyev, müdafiə nazirinin birinci müavini və Baş Qərargah rəisi, general-mayor Şahin Musayev və müvafiq ərazi üzrə briqada komandiri və hərbi komendant Elbrus Orucov... Bu 3 yüksək vəzifəli şəxsdən yalnız sabiq müdafiə naziri Rəhim Qazıyev 1993-cü ilin avqustunda həbs edilərək təqsirkar qismində istintaqa cəlb olunub. Məhkəmə onun barəsində güllələnmə hökmü çıxarıb. Lakin 1998-ci ildə Avropa Şurasının təkidi ilə bu hökm ömürlük azadlıqdan məhrumedilmə ilə əvəz olunub. O, 2005-ci ildə Prezidentin Əfv fərmanıyla azadlığa buraxılıb. Beləliklə, 1994-cü ilin sentyabrında MTN təcridxanasından qaçırılaraq 1996-cı ilin aprelinədək Rusiyada qaçaq həyatı yaşamasını da nəzərə alsaq, üst-üstə 10 ilə yaxın həbsdə olub. Şahin Musayev haqda söhbətimizin ötən hissəsində danışdıq. O da 1992-ci ildə həbs olunub və Rusiyanın əli ilə qaçırılıb. Nəhayət, 1990-cı ilin sonlarında dövlət çevrilişinə cəhd də günahlandırıldıqdan sonra Rusiya rəhbərliyi də(özü də) onun “QRU” agenti olmasını təsdiqləyərək Azərbaycana təhvil verməkdən imtina edib. Elbrus Orucov isə Şuşa və Laçının işğalıyla bağlı məhkəmələrdə yalnız şahid kimi dindirilib. Baxmayaraq ki, Elbrus Orucov 2022-ci ilin dekabrında jurnalist Eynulla Fətullayevə verdiyi son video-müsahibəsində guya sözügedən məhkəmədə təqsirkar kimi dindirildiyini söyləyir. Və qeyd edək ki, son vaxtlar adları çəkilən 3 məsul şəxs arasında ən çox canfəşanlıq edərək Şuşa və Laçının işğalındakı təqsirini boynundan atmağa və əksinə, özünü həmin bölgələrin “qəhrəman müdafiəçisi” kimi təqdim etməyə çalışan məhz Elbrus Orucovdur. Yeri gəlmişkən, həmin müsahibəsində general-mayor Elbrus Orucov bir çox digər yalan və hədyanlar da danışır ki, bunlar da onun Şuşa və Laçının işğalındakı günahlarını qətiləşdirir...  
Başlayaq keçmiş briqada komandirinin 1992-ci il mayın ilk günlərində Şuşaya gələn kimi şəhərin müdafiəçiləri arasında “andiçmə” mərasimi keçirməsindən və bu adla döyüşçülərin çox hissəsini  döyüş mövqelərindən uzaqlaşdırmasndan... Nəzərə alaq ki, o dövrdə cəbhə bölgələri, o cümlədən Şuşada döyüşənlərin əksəriyyəti könüllülər olub... Bir şeyi nəzərə almaq lazımdır ki, könüllüləri hərbi xidmətə məcbir edən yoxdur. Onların xidməti Vətən sevgisi, qeyrət və namusundan irəli gəlir. İkincisi də  Elbrus Orucova sual olunur ki, sən özün sovet, sonra da Rusiya ordusunda xidmət zamanı həmin sovet-rus ordusuna and içmisən. Bəs Azərbaycana gələndən sonra Milli Orduya xidmət üçün and içmisənmi?..  Bir sözlə, belə çıxır ki, briqada komandirinin andiçmə adıyla Şuşanın müdafiəçilərinin sayını 3500 nəfərdən 850 nəfərədək endirməkdə məqsədi sonradan belə bir az qüvvə ilə şəhərin müdafiəsinə təşkil edə bilməməsinə  haqq qazandırmaq olmuşdur...
 
Eyni müsahibədə Elbrus Orucov deyir ki,  guya mayın 8-i saat 15 radələrində əslən Sitəlçaydan olan Vaqif adlı bombardmançı təyyarəçimiz Şuşanın Daşaltı kəndi ərazisinə güclü aviabomba atmış və onun dalğası Şuşa şəhərinə də yayıldığından əhali arasında panika yaratmışdır. O da dərhal Şuşa rayon polis şöbəsinin rəisi Vahid Bayramovu axtarmış və guya onu rabitə şöbəsində Prezident aparatı ilə telefonla danışdığı yerdə tapmışdır. Sonra briqada komandiri Vahid Bayramovdan xahiş etmişdir ki, aviabomba atıldıqdan sonra şəhərdə yaranmış panikanın qarşısını alsın. Polis rəisi isə ona bir azdan Şuşaya havadan alışdırıcı bombalar da atılacağını bildirmiş və bu xəbəri yaymaqla şəhərdə daha böyük panikaya səbəb olmuşdur. Elbrus Orucovun aviabomba və alışdırıcı bombalar haqda yalanlarını bircə fakt təkzib edir. 30 ildən çoxdur Şuşanın işğalını araşdıran hər kəs, o cümlədən jurnalistlər, hakim və müstəntiqlər də yaxşı bilir ki, keçmiş polis rəisi Vahid Bayramov 1992-ci il mayın 6-dan Şuşadan çıxaraq Bərdəyə yaxın qohumunun yas mərasiminə gəlmiş və ondan sonra bir daha Şuşaya geri dönməmişdir... 
 
Elbrus Orucovun həm Şuşa və Laçının işğalıyla bağlı istintaq və məhkəmələrdəki ifadələri, həm də son müsahibəsində söylədikləri diqqətlə təhlil edilsə, onun kifayət qədər yalanlarını üzə çıxarmaq olar... Həmin yalanlar üzə çıxmasa belə, bircə fakt briqada komandiri və hərbi komendant kimi onun cinayət məsuliyyətinə cəlb olunmasını təsbit edir: 1992-ci il mayın 8-də axşam o, sərəncamında olan hərbi qüvvələri  Şuşadan heç kəsin əmri olmadan niyə çıxarmışdır?  Dövlət başçısı kimi Yaqub Məmmədov da, müdafiə naziri kimi Rəhim Qazıyev də həm məhkəmə prosesləri, həm də son 31 il müddətində verdikləri müsahibələrində E.Orucova Şuşadan çıxmaq barədə heç bir əmr vermədiklərini bildirirlər... Qalır Baş Qərargah rəisi olmuş Şahin Musayev... O da deyildiyi kimi, təəssüf ki, heç bir məhkəmə prosesinə cəlb edilməmişdir... Amma o dəqiqdir ki, öncə də dediyimiz kimi, general Şahin Musayevin  “QRU” agenti olması öz təsdiqini tapıb(bir daha bax: ). Bəs onda onun təqdimatıyla Rəhim Qazıyevin briqada komandiri təyin etdiyi və Şuşada məntiqsiz, müəmmalı və əmrsiz davranışlar nümayiş etdirərək Azərbaycanın bu təbii qalasının düşmənə təhvil verilməsinə şərait yaradan Elbrus Orucov kim idi? Əgər onun da Rusiya Baş Kəşfiyyat İdarəsinin agenti olan generala birbaşa xidmət etdiyini söyləsək, o halda onun sonrakı taleyi haqda da suallar meydana çıxır. Həmin suallardan bəzilərini Şuşa və Laçının işğalına görə 10 il cəza çəkmiş sabiq Müdafiə naziri Rəhim Qazıyevə də ünvanlamaq lazımdır. Belə ki, dövlət başçısı kimi Yaqub Məmmədov 1992-ci il mayın 15-dən vəzifəsini itirib, Baş Qərargah rəisi Şahin Musayev isə Laçının işğalından bir neçə gün sonra həbs edilsə də, Moskvanın köməyi ilə qısa müddətdə müəmmalı şəkildə aradan çıxarılıb. Bəs nədən əmr olmadan Şuşa boyda şəhərdən hərbi qüvvələri çıxaran briqada komandiri Elbrus Orucova cəza vermək əvəzinə, 1992-ci ilin iyunun əvvəlində ona polkovnik rütbəsi verilir və özünün müsahibəsində dediyi kimi, Rəhim Qazlyevinə əmri ilə yenidən Salyan rayonu ərazisində 704-cü briqadanı formalaşdırmaq üçün göndərilir.  Bundan sonra da o, briqada komandiri kimi Qarabağdakı bir sıra döyüş əməliyyatlarına rəhbərlik edir,  nəticədə general-mayor rütbəsinə və Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsinədək yüksəlib...
 
Laçının işğalı zamanı baş verənlər və 1992-ci ilin iyulunadək digər cəbhə bölgələrində şahidi olduğum faktlar haqda, inşallah, növbəti yazılarımızda bəhs edəcəyik...”
 
Qeyd: Materialda adları çəkilən şəxslərin də təsvir edilən olaylar haqda fikirlərini dinləməyə hazırıq...
 
Həmsöhbətimiz Əlisaab Orucovdan zəruri şərh:
 
Oxucuda belə  bir sual yarana bilər ki, 1988-1992-ci illərdə Qarabağın, o cümlədən Şuşa və Laçının işğalıyla bağlı gerçəkliklər haqda hadisələrin üzərindən 30 ildən artıq müddət keçdikdən sonra danışılmasının mənası nədir... Belə ki, 8 iyun 2022-ci ildən başlayaraq torpaqlarımızın işğalı barədə mediada çıxış etməyimə əsas səbəblərdən biri son vaxtlar o dövrdə torpaqlarımızın işğalına şərait yaradaraq bunun sayəsində zorla hakimiyyətə yiyələnənlərin və digərlərinin bu mövzuda danışaraq xalqımıza öz məqsədlərinə uyğun yalanlar sırımağa çalışmasıdır. O cümlədən müstəqilliyimizin bərpa olunduğu ilk aylardan Moskvanın  əli ilə respublika Müdafiə Nazirliyində  Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini  kimi yüksək və strateji vəzifəyə yerləşdirilmiş və bu gün artıq sabiq daxili işlər naziri Ramil Usubovun 2018-ci ilin mayında "Azərbaycan" qəzetinə müsahibəsindəki açıqlamasından sonra “QRU”-nun Rusiya ordusunda Baş Kəşfiyyat İdarəsinin agenti olduğuna heç kəsdə şübhə qalmayan, bunu həyasızcasına Azərbaycan hakimiyyətinin nümayəndəsinə özü etiraf edən general-mayor Şahin Musayevin  torpaqlarımızın, xüsusən də Şuşa və Laçının düşmənlərə təhvil verilməsi üçün tapşırıqlarını icra etmiş və sonradan yüksək rütbə və vəzifələrə yiyələnmiş bir sıra hərbçilərin həqiqətləri təhrif etməsi dözülməzdir. Qəribəsi odur ki, 44 günlük II Qarabağ savaşındakı hərbi qələbəmizdən “fərəhlə” danışanlar da əsasən belələridir. Ona görə də I Qarabağ müharibəsi zamanı baş verən gerçəklər haqda həmişə danışmalıyıq ki,  xalq  saxta yox, həqiqi tarixini olduğu kimi bilsin və heç vaxt unutmasın...  
 
Məlumat üçün onu da bildirirəm ki, Qarabağın dağlıq hissəsi və sərhədyanı bölgələrdə münaqişə və müharibə başlayan günlərdən şahidi və iştirakçısı olduğum olaylar barədə mətbuat və televiziyadakı çoxlu sayda  çıxışlarımda, eləcə də 1994-1995-ci illərdə Şuşa və Laçının işğalıyla bağlı keçirilmiş məhkəmə proseslərində danışmışam. Deyilənlər haqda söylədiklərim bir neçə kitabda, o cümlədən Abdulla Qurbaninin “Meşəli od içində”(1996), əslən Yuxarı Qarabağın keçmiş Ağdərə rayonundan olan Şöhrət Səlimbəylinin “Qan çilənən torpaq”(1998),  “Erməni terrorizmi”(2007) və “Erməni terrorizmi və qan çilənən torpaq”(2009) və bilavasitə öz müəllifliyimlə 2011-ci ildə çap olunmuş “Mübarizəmiz Qarabağdadır”(bax internetdə: //anl.az/el/o/oe_mq.pdf) kitablarında ətraflı əksini tapıb. Buna rəğmən bu gün kütləvi oxucuya kitablardan daha tez əlçatan olan internet resurslarında açıqlama, müsahibə və yazılarımın getməsini də məqsədəmüvafiq hesab etmişəm. Və ümumiyyətlə, belə düşünürəm ki, gələcək nəsillərimizin səhvlərimizi təkrar etmədən, dost və düşmənlərimizi doğru tanıyaraq daim sülh içində, dinc xoşbəxt, firavan bir həyat sürməsi naminə bu gün bizlər tariximiz, xüsusən də son 35 il ərzində düşmənlərimizin başımıza gətirdiyi bəlalar barədə bacardığımız qədər susmadan daim yazıb danışmalıyıq...
 
Təqdim etdi: Sultan Laçın
 
 
 
 
 
 
 
 
Oxşar xəbərlər
00:53, Bu gün
“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər - VİDEO
00:50, Bu gün
Bakıda 7 yaşlı uşağı motosiklet vurub
00:19, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO
00:06, Bu gün
Sarımsaq qoxusundan necə qurtulmaq olar?
00:06, Bu gün
"Dünya savaşı başlayıb, avtokratiyalar bunu anlayıb, Qərb isə xəyallar aləmindədir" - "The Telegraph"
00:04, Bu gün
“Flydubai” Dubaydan aprelin 17-dək bütün reysləri ləğv edib
00:03, Bu gün
Türkiyə şirkəti ABŞ-də artilleriya mərmilərinin istehsalı üzrə zavod inşa edəcək
16 Apr 2024 | 23:57
Üzünüzü bu qarışımla nəmləndirin
16 Apr 2024 | 23:49
Politoloq Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı BMT-nin mövqeyini açıqlayıb
16 Apr 2024 | 23:47
Qərbi Azərbaycan Xronikası: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdı
16 Apr 2024 | 23:45
Brüsseldə Viktor Orbanın iştirakı ilə tədbirin keçirilməsi qadağan edilib
16 Apr 2024 | 23:44
Fransa Azərbaycandakı səfirini geri çağırıb
16 Apr 2024 | 23:42
Ancelina Coli bu dəfə yeni döyməsi ilə diqqət çəkdi - FOTO
16 Apr 2024 | 23:40
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
16 Apr 2024 | 23:33
Azərbaycanın futzal millisi Gürcüstana uduzub
16 Apr 2024 | 23:31
Qonşu ölkədə tikinti materialları kəskin bahalaşacaq
16 Apr 2024 | 23:29
Sevda bu dəfə fərqli tərzdə mesajını verdi – VİDEO
16 Apr 2024 | 23:28
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
16 Apr 2024 | 23:25
Oksana səfirlə görüşdü - FOTO
16 Apr 2024 | 23:24
ABŞ London məhkəməsinə Culian Assancın işində tələb olunan zəmanəti verib
16 Apr 2024 | 23:20
İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO 
16 Apr 2024 | 23:18
Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
16 Apr 2024 | 23:06
Güzəştli şərtlərlə pensiya alanların NƏZƏRİNƏ!
16 Apr 2024 | 23:03
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16 Apr 2024 | 23:01
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
16 Apr 2024 | 22:57
Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib
16 Apr 2024 | 22:50
"Zaporojye AES qəzaya təhlükəli yaxın məsafədədir" - MAQATE
16 Apr 2024 | 22:44
ABŞ Rusiyanın dondurulan aktivlərini müsadirə edə bilər
16 Apr 2024 | 22:34
Nazirdən yeni təyinat
16 Apr 2024 | 22:27
Tbilisidə aksiya zamanı DİN-in bir əməkdaşı yaralanıb
16 Apr 2024 | 22:24
Fuad Hüseynəliyev: “Ermənistan hökumətinin siyasətini Fransadan aldığı illüziyalar müəyyənləşdirir” - VİDEO
16 Apr 2024 | 22:22
Amerikada ərə gedən aparıcı oğlan DANIŞDI – NİYƏ? / FOTO
16 Apr 2024 | 22:20
Damla şəxsi təyyarə alıb? – VİDEO
16 Apr 2024 | 22:15
Baba Pünhanın vəfatından iyirmi il ötür
16 Apr 2024 | 22:08
“60 yaşlı kişinin əlinə silah verib qoyublar səngərə...”
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16 Apr 2024 | 21:58
Gürcüstanda iğtişaşlar: Parlament qarşısında etirazlar davam edir - VİDEO
16 Apr 2024 | 21:55
ADNSU ilə Vorvik Universitetinin İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada iclası keçirilib - FOTOLAR
16 Apr 2024 | 21:51
Bakıda dar küçədə böyük dərd: Nə təcili tibbi yardım maşını gəlir, nə də taksi - VİDEO
16 Apr 2024 | 21:40
Xarıbülbülü Cəlilabada gətirən Xalq artisti DANIŞDI: “Belə bir gülün olduğunu bilmirdim” - VİDEO
16 Apr 2024 | 21:30
BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək
16 Apr 2024 | 21:17
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
16 Apr 2024 | 21:15
"İsrail Baydenə böyük siyasi problemlər yaradıb" - "The Wall Street Journal"
16 Apr 2024 | 21:12
Brüsseldəki Ədliyyə Sarayında bomba təhlükəsi: İşçilər təxliyə edildilər
16 Apr 2024 | 21:06
Meyityuyan: “Heç biri yuxuma da girməyib” - VİDEO
16 Apr 2024 | 20:58
"Nədən İordaniyanın hava hücumundan müdafiə qüvvələri İran raketlərini vurub?.."
16 Apr 2024 | 20:51
Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi - VİDEO
16 Apr 2024 | 20:48
2000-ci illərdə reperlərin geyindiyi cinslər qadınlar üçün dəbə çevrilib - FOTO
16 Apr 2024 | 20:36
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
16 Apr 2024 | 20:33
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
16 Apr 2024 | 20:24
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
16 Apr 2024 | 20:19
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
16 Apr 2024 | 20:07
Səhər asanlıqla necə oyanmaq olar?
16 Apr 2024 | 20:04
Biləsuvarda əmək yarmarkası keçiriləcək
16 Apr 2024 | 19:56
Xəzərin suyunun duzsuzlaşdırılması Azərbaycanın su probleminə son qoya bilərmi?
16 Apr 2024 | 19:50
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
16 Apr 2024 | 19:45
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 19:35
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
16 Apr 2024 | 19:34
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
16 Apr 2024 | 19:27
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
16 Apr 2024 | 19:24
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
16 Apr 2024 | 19:23
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
16 Apr 2024 | 19:20
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
16 Apr 2024 | 19:18
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
16 Apr 2024 | 19:14
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
16 Apr 2024 | 19:05
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
16 Apr 2024 | 18:57
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
16 Apr 2024 | 18:54
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
16 Apr 2024 | 18:49
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
16 Apr 2024 | 18:47
Bakıda külək elektrik stansiyası tikiləcək
16 Apr 2024 | 18:45
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
16 Apr 2024 | 18:38
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
16 Apr 2024 | 18:33
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
16 Apr 2024 | 18:30
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
16 Apr 2024 | 18:24
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
16 Apr 2024 | 18:18
Bakıda yol qəzası sıxlığa səbəb olub
16 Apr 2024 | 18:16
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
16 Apr 2024 | 18:10
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
16 Apr 2024 | 18:08
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
16 Apr 2024 | 18:07
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
16 Apr 2024 | 18:03
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
16 Apr 2024 | 17:57
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
16 Apr 2024 | 17:54
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
16 Apr 2024 | 17:48
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
16 Apr 2024 | 17:46
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
16 Apr 2024 | 17:45
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
16 Apr 2024 | 17:42
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
16 Apr 2024 | 17:40
Qan laxtalanması riski kimlərdə olur?
16 Apr 2024 | 17:38
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
16 Apr 2024 | 17:35
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
16 Apr 2024 | 17:30
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
16 Apr 2024 | 17:26
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
16 Apr 2024 | 17:23
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
16 Apr 2024 | 17:19
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
16 Apr 2024 | 17:19
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
16 Apr 2024 | 17:15
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
16 Apr 2024 | 17:10
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
16 Apr 2024 | 17:05
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
16 Apr 2024 | 17:00
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
GÜNLÜK
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
16 Apr 2024 | 07:22
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
16 Apr 2024 | 06:48
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
16 Apr 2024 | 07:50
Çətir şimşəkdən qoruyurmu?
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
16 Apr 2024 | 07:22
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
16 Apr 2024 | 06:48
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
16 Apr 2024 | 07:50
Çətir şimşəkdən qoruyurmu?