"Zənginlik daha çox azadlıq hissi yaradır və zəngin insanlar daha sağlam olur..."
"İnsan nə qədər zəngin olacaqsa, problemlər və ətrafdakıların hissləri onu bir o qədər az qayğılandıracaq..."
"Zəngin valideynlərin övladları daha yüksək risklərə məruz qalır..."
Alimlər, sadəcə, zəngin olmağın xoşbəxtlik üçün kifayət edib-etmədiyini aydınlaşdırmaq üçün meta-analiz aparıb.
Moderator.az xəbər verir ki, bu barədə "Science Focus" nəşri yazıb.
Belə ki, alimlər meta analiz edərək, bu məsələni tam aydınlaşdırmaq üçün son elmi işlərə baxıb.
Hələ 2020-ci ildə tədqiqatçılar Milli Statistika İdarəsi və xoşbəxt planet İndeksinin məlumatlarını təhlil edib və britaniyalılara xoşbəxt həyat üçün orta hesabla nə qədər məbləğin zəruri olduğunu aydınlaşdırıb. O zaman nəticələr göstərib ki, xoşbəxtlik üçün 42 800 dollar kifayətdir.
Bir ildən sonra Pensilvaniya Universitetindən Metyu Killinqsvortun rəhbərıiyi ilə alimlər öz tədqiqatını apararaq müəyyən edib ki, təkmilləşmənin həddi yoxdur, xoşbəxtlik üçün "nə qədər çox pul olarsa, bir o qədər yaxşıdır".
İndi bütün dünyada sosioloqlar hesab edir ki, zəngin olmağa səy göstərmək, sadəcə, bizim "acgözlüyümüzlə" bağlı deyil, bu, faktiki olaraq dünyanın əks
etdirilməsidir.
Məsələ burasındadır ki, zəngin insanlar bir qayda olaraq daha sağlamdır, yaxşı sağlamlıq isə həmçinin xoşbəxtliyin rəhnidir.
Bundan başqa, zəngin insanlar, guya, bizi daha xoşbəxt edə biləcək "əşyalara deyil, "asudə vaxtı satın almağa" və özlərinə investisiya yatırır.
Xoşbəxtliyin daha az vacib olmayan amilləri münasibətlər, işdən məmnunluq hissi və, sadəcə, həyatdan zövq almaq imkanıdır.
Hesabdakı əmanətlər bizə azadlıq hissi verir və bütün bu kateqoriyalarda daha çox imkanlar yaradır.
Tədqiqatçılar həmçinin müəyyən edib ki, xoşbəxtlik hissinə bizim özümüzü başqaları ilə nə dərəcədə müqayisə etməyimiz təsir göstərir.
Əgər biz ətragdakılar kimi öz həyat səviyyəmizi saxlamaq qabiliyyətinə qadiriksə, biz daha yüksək rifah halı yaşayırıq, deməli, özümüzü daha xoşbəxt hiss edirik.
Tədqiqatçılar həmçinin iddia edir ki, hesabımızda pulların məbləği artdıqca, biz daha çox etik və daha az diqqətli oluruq.
Alimlər güman edir ki, bu, onunla bağlıdır ki, zənginlik daha çox azadlıq hissi aşılayır. Siz nə qədər zəngin olacaqsınızsa, sizi problemlər və ətrafdakıların hissləri bir o qədər az qayğılandıracaq.
Berkli və San-Fransiskoda Kaliforniya Universitetinin alimləri həmçinin müəyyən edib ki, daha az gəlirləri olan insanlar ətrafdakıların sifətinin ifadəsini daha yaxşı anlayır və onlara qarşı daha diqqətlidir.
Maraqlıdır ki, başqa bir tədqiqat müəyyən edib ki, zəngin valideynlərin övladları daha az zəngin valideynlərin övladlarına nisbətən daha çox problemlərlə üzləşir.
Məsələn, söhbət daha yüksək risklərdən gedir. Depressiyalar, narahatlıqlar, qida davranışının pozulması, psixoaktiv maddələrdən sui-istifadə bu qəbildəndir.
Bundan öncə xəbər verilib ki, bütün zamanların ən zəngin adamı bütün pullarını 2 dəqiqəyə itirib. 56 yaşlı Kris Reynolds özünə 2013-cü ildə "Paypal" hesabı açıb və müəyyən edib ki, onun hesabına misli görünməyən 92 233 720 368 547 800 dollar, yəni 92 kvadrilyon dollar köçürülüb. Bu, onu qısa müddətə dünyanın ən zəngin adamı və Yer kürəsinin yeganə kvadrilyonçusu edib.