"Qucaqlaşmaq orqanizmdə "sevgi hormonu"nu artırır və insanlar arasında emosional bağlılığa səbəb olur..."
"Sevən cütlüklərdə qucaqlaşandan 20 saniyə sonra "sevgi hormonu"nun miqdarı kəskin şəkildə artır..."
"Bu hormonu çatışmayan insanlar ən çox tənhalıqda özlərini yaxşı hiss edir..."
Gülüş kimi, dosta, ailə üzlərinə, tərəf-müqabilinə və hətta tamamilə yad adama səmini qucaq açmaq orqanizmə şəfaverici təsir göstərir.
Moderator.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Diario da Republika" nəşri yazıb.
Amerika alimlərinin tədqiqatına görə, qucaqlaşmaq orqanizmdə oksitosinin miqdarını artırır. Onu həm də "sevgi hormonu" da adlandırırlar, bu hormon başqalarına, habelə övladlara emosional bağlılığa cavabdehdir.
Oksitosini çatışmayan insanlar az gülür, tənha yaşayır, başqaları ilə əməkdaşlıq tələb etməyən fəaliyyətə üstünlük verir, onlarla söhbət aparmaq çətindir, onlar tənhalıqda özlərini çox yaxşı hiss edir.
Qadınlarda bu hormon çatışmadıqda orqazma nail olmaqda problemlər yaşanır, kişilərdə isə öz tərəf-müqabilinə emosional olaraq bağlanmaq daha çətin olur.
Oksitosin orqanizmdə stres hormonu olan kortizolun miqdarını azaldır, bununla da ürək-damar və digər xəstəliklər riskini aşağı salır.
Alimlər sevən cütlüklə təcrübə aparıb. Qucaqlaşdıqdan 20 saniyə sonra onların orqanizmində oksitosinin miqdarı kəskin şəkildə yüksəlib.
Bu, həmçinin dostlar da qucaqlaşan zaman baş verir, lakin onlar qucaqlaşdıqdan sonra "sevgi hormonu"nun miqdarı sevən cütlükdə olduğu qədər artmayıb.
Elm sübut edib ki, insanların bir-birinə toxunuşu təzyiqi azaldır, nəbzi yavaşıdır, immun sistemini möhkəmləndirir və ağrını azaıdır. Qucaqlaşmaq oksitosin hormonunu artırmaqla insanlarda əminlik hissi yaradır.
Bu hörmon kortizolun miqdarını azaltmaqla streslə, həyəcanla, tənhalıqla mübarizə aparmağa kömək edir. Bunu bu sahədə tədqiqatlarla məşğul olan avstraliyalı psixoloq doktor Entoni Qrent izah edib.
O, əlavə edib ki, uzun müddət qucaqlaşmaq həm də serotonin hormonunun miqdarını yüksəldir, bu da yaxşı ovqat və xoşbəxtlik hissiyyatı yaradır.
Ona görə də imkan düşdükcə qucaqlaşın! Orqanizminiz buna görə sizə minnətdar olacaq!..