“Şuşadan general Şahin Musayevə zəng edərək onunla çox sərt danışdım...”
Oxunub: 4621
06 May 2023 | 18:22
“Şuşadan general Şahin Musayevə zəng edərək onunla çox sərt danışdım...”
“Şuşada mayın 7-də günboyu briqada komandiri Elbrus Orucovu axtarsaq da, tapa bilmədik...”
 
"O, Tehranda Levon Ter-Petrosyanla  bir araya gəlib imzaladığı sənədin 3-cü bəndində nəyin nəzərdə tutulduğunu bilməyib..."
 
Sabiq ədliyyə naziri Əlisaab Orucov 1988-ci ildən, yəni Qarabağda Kremlin, İrəvanın və bir sıra xarici güclərin təhriki ilə ermənilərin başlatdığı separatçı-terrorçu hərəkat başlanandan respublikanın o dövrdəki müxtəlif rəhbərlərinin göstərişi ilə həmin hərəkata qarşı bacardığı qədər mübarizə aparmış, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlı əhalinin öz doğma yurdlarını  tərk etməsinin qarşısını almaq və s. üçün əlindən gələni etmişdir. Erməni-azərbaycanlı münaqişəsinin artıq hərbi əməliyyatlarla və ərazilərimizin işğalıyla müşayiət olunduğu bir dövrdə - 1992-ci il aprelin 8-dən 1992-ci ilin iyulunadək Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi olmuş  keçmiş nazir  Moderator.az əməkdaşı ilə söhbətində əlində olan sənədlər, həmçinin özünün “Mübarizəmiz Qarabağdadır” kitabındakı şahid ifadələri əsasında həmin müddətdə, o cümlədən Şuşa və Laçın rayonlarının işğalı zamanı şahidi və iştirakçısı olduğu, bəziləri hələ mediada işıqlandırılmamış və geniş ictimaiyyətə bəlli olmayan bir sıra fakt və olaylar haqda xronoloji ardıcıllıqla danışır...
 
"Biz mayın 7-də Şuşaya yollandıq və bütün günü orada olduq.  Şuşadakı hərbi briqadada xidmət edən əsgər və döyüşçülərin sayının azalmasını bildikdən sonra real  hücum təhlükəsi ilə üz-üzə qalan şəhərin etibarlı müdafiəsinin təşkil olunması, yəni əlavə qüvvələrin göndərilməsi məqsədi ilə telefonla müdafiə naziri Rəhim Qazıyev və  Baş Qərargah rəisi Şahin Musayevlə danışdım...
 
Müdafiə naziri və Baş Qərargah rəisi  ilə telefon danışıqlarımın təfərrüatına keçməzdən əvvəl mayın 7-də Şuşada şahidi olduğumuz durumu təsvir etmək istərdim. Öncə onu deyim ki, biz şəhərin müdafiəsinə bilavasitə cavabdeh olan iki əsas  şəxsi briqada komandiri və fövqəladə komendant Elbrus Orucovu və Şuşa rayon icra hakimiyyətinin başçısı Nizami Bəhmənovu yerlərində tapa bilmədik. Hərbçilər Elbrus Orucovun Kosalar kəndinə yollandığını söylədilər... 
 
Həmin gün mənimlə bərabər  Şuşada olmuş Laçın rayon polis şöbəsinin o vaxtkı rəisi Akif Səlimov da “Mübarizəmiz Qarabağdadır” adlı kitabımda təqdim etdiyim xatirələrində söylədikləri ilə şəhərdəki vəziyyəti ətraflı təsvir edir, həmçinin mayın 7-də Şuşada Elbrus Orucovu axtarıb-tapmadığımızı təsdiqləyir:
 
“1992-ci il mayın 7-də Prezidentin cəbhə bölgələri üzrə səlahiyyətli nümayəndəsi Əlisaab Orucovun təşəbbüsü ilə mən, onun müavini Səyavuş Vəliməmmədov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Səlim Səlimov və başqa bir neçə şəxs həmin gün ermənilərin bilmədiyimiz hansısa səbəbdən Kiçik Kirs istiqamətindən atəşə tutmayaraq açıq saxladıqları yolla  Şuşaya yollandıq.  Saat 11 radələrində Şuşaya çatdıq... Mayın 7-də Şuşada qəribə bir sakitlik hökm sürürdü. Əvvəlki günlərə nisbətən hərbçilərin sayı xeyli azalmışdı... Şuşanın polis əməkdaşlarının vasitəsilə vəziyyətlə maraqlandıqda məlum oldu ki, Milli Ordu əsgərlərinin və könüll döyüşçülərin xeyli hissəsi məzuniyyətə buraxılıbdır...
 
Mayın 7-də Şuşada olan durum sanki okeanda baş verəcək güclü bir fırtınadan əvvəlki sakitliyi xatırladırdı. Şəhərdə arxayınçılıq, rahatlıq və sakitlik hökm sürürdü... Şəhər camaatının bir hissəsi günəşli havada gəzintiyə çıxmış, bir hissəsi isə həyətlərində tərəvəz əkməklə məşğul idi... 
 
Qəribəsi o idi ki, cəbhə xəttində daim fəal olan düşmən də susmuşdu. Nigarançılıqdan çıxa bilmirdik... Amma maraqlıdır ki, İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri hər şeyin qaydasında olduğunu, müdafiə və ya hücuma hər an hazır olduqlarını söylədilər...  Əlisaab Orucov briqada komandiri Elbrus Orucovu axtardı. Onu tapa bilmədilər və sonra dedilər ki, o, Kosalar kəndinə silah-sursat aparıb. Əlisaab müəllim səhərdə yerləşən hərbi hissənin əsgərləri ilə də görüş keçirdi. Onlar dedilər ki, ATƏT və Qırmızı Xaç Komitəsi nümayəndələrinin Şuşaya gəlişi gözlənilir.  Orucov cavab verdi ki, əgər elə bir şey olsaydı, biz də bilərdik. Heç bir səfər gözlənilmir. Bundan sonra  şəhərdəki bir neçə hüzr yerində, o cümlədən aprelin 30-da döyüş zamanı qəhrəmancasına həlak olmuş AXC Şuşa şöbəsinin sədri, tabor komandiri Milli Qəhrəman Ramiz Qənbərovun “7” mərasimində də iştirak etdik.  Əlisaab müəllim Şuşa qaz idarəsinin müdiri ilə birgə  bir neçə evə gedib orada yaşayan ailələrin vəziyyəti ilə maraqlandı... 
 
Düşmənin susmasının səbəbini öz-özlüyümüzdə xeyli düşünsək də, bir qərara gələ bilmədik. Milli Ordu əsgərləri və könüllü döyüşçülərin məzuniyyətə buraxılması da narahatçılıq yaradırdı. Əlisaab müəllim dedi ki, Şuşaya təcili olaraq başqa bölgələrdən əlavə qüvvələr yeridilməlidir... Həmin səbəbdən o, Elbrus Orucovu çox axtartdı. Lakin Kosalar kəndində də Elbrus Orucovu “gördüm” deyən olmadı. Nədənsə o, Əlisaab müəllimlə görüşməkdən qaçırdı?.. Bundan sonra Əlisaab Orucov Bakıya zəng vurub Şuşadakı vəziyyəti Müdafiə Nazirliyinin rəhbərliyinə çatdırdı. Sən demə, həmin gecə Şuşanı böyük fəlakət gözləyirmiş. Ermənilərin bu sükutu onların hücumqabağı planlarının məxfiliyindən xəbər verirmiş...”
 
Qayıdaq Müdafiə naziri və Baş Qərargah rəisi  ilə Şuşadakı telefon danışıqlarımıza...
Dediyim kimi, onlardan Şuşaya başqa bölgələrdən əlavə qüvvələr yeridilməsini və Milli Ordu əsgərlərinin hərbi hissələrə geri qaytarılmalarını təmin etmələrini, eyni zamanda Şuşanın təxirə salınmadan müdafiəsini möhkəmlətmək, torpaqlarımızı düşmən tapdağından azad etmək məqsədi ilə bütün cəbhə boyu  hücum tədbirləri görməyi tələb etdim. 
 
Rəhim Qazıyev tələblərimə təmkinlə cavab verərək hər şeyin nəzarətində olduğunu və bilavasitə özünün Şuşanın müdafiəsi ilə bağlı mümkün tədbirləri görəcəyini söylədi. General Şahin Musayev isə müdafiə nazirindən fərqli olaraq sual və tələblərimə kobud cavab verib etirazını bildirərək “Siz kimsiniz ki, mənə əmr edirsiniz” dedi. Mən də onunla çox sərt danışdım. Əvvəllər olduğu kimi, yenə də Baş Qərargah rəisinə Azərbaycan Respublikası Prezidentinin  Qarabağ, ətraf rayonlar və Ermənistanla həmsərhəd bölgələr üzrə səlahiyyətli nümayəndəsi olduğumu xatırlatdım.  Və deyilənlərə dərhal əməl etməsini və bu gün günortayadək Şuşaya yanıma gəlməsini tələb etdim. Onun diqqətini Prezidentin Ağdamda hərbi qərargahın yaradılmasına dair 19 aprel 1992-ci il və 5 may 1992-ci il tarixli sərəncamlarının icra olunmamasına yönəltdim və tələb etdim ki, həmin sərəncamlar təxirə salnmadan icra olunmalı, bəhs edilən qərargah  yaradılmalı və orduya müharibə bölgələrində olan real vəziyyətdən  asılı olaraq əlaqəli qaydada cəbhə boyu bir mərkəzdən rəhbərlik edilməlidir. Şahin Musayevlə bundan əvvəl və sonradan da çox sayda telefon danışıqlarımız olmuş, heç bir vaxt o, mənim tələblərimlə razılaşmamışdı. Hətta barəmdə müdafiə naziri Rəhim Qazıyevə şikayətlənmiş, o da məndən Baş Qərargahın işinə qarışmamağı tələb etmişdi...
 
Sonradan, artıq illər sonra Şahin Musayevin kimliyi aydın olanda, yəni “QRU” agenti olduğu təsdiqlənəndə mənə onun niyə belə özündən arxayın, özündənrazı və dikbaş hərəkətlər etməsi, Şuşanın, Laçının, onlardan əvvəl isə digər bölgələrimizin müdafiəsinə laqeyd münasibət bəsləməsi aydın oldu. Rusiya Baş Kəşfiyyat İdarəsinin agenti olan xəyanətkar necə davranmalı idi? Eyni zamanda Şahin Musayevin Şuşa və Laçın ərazisində briqada komandirliyinə Zaur Rzayev kimi vətənpərvər və peşəkar sərkərdənin yerinə özü kimi doğma ana dilində belə, danışa bilməyən Elbrus Orucovun göndərilməsində bilavasitə əli olduğu da sübut olundu... Bu amil Şuşa və Laçının düşmənlərdən müdafiəsinə bilavasitə cavabdeh olan Elbrus Orucovun söhbətimizin növbəti hissələrində də təsvir edəcəyimiz məntiqsiz və məsuliyyətsiz davranışlarına da xeyli aydınlıq gətirmiş oldu... 
 
Qey edim ki, 1992-ci il mayın 7-də Şuşadan apardığım telefon danışığında Rəhim Qazıyev və Şahin Musayevdən ATƏT və Qırmızı Xaç Komitəsi nümayəndələrininn Şuşaya gəlib-gəlməyəcəklərini də soruşdum. Cavab verdilər ku, yaxın günlərdə belə bir tədbir nəzərdə tutulmur...
 
Biz  Laçın rayon icra başçısının müavini Səlim Səlimovla birgə Şuşadan mayın 7-si saat 17 radələrində çıxdıq. Öncə dediyim kimi, Laçın rayonunun Ermənistanla sərhədində dayanan ZTR-lərin təmirini təşkil etmək məqsədi ilə Ağdamdan keçməklə Gəncəyə yollanmalı idik...  
 
Şuşadan geri dönərkən yolda daxili işlər nazirinin müavini Natiq Talıbovla qarşılaşdıq. O, Şuşaya silah-sursat aparırdı... Yolda həmçinin Bakıdan qayıdan Şuşanın icra başçısı Nizami Bəhmənovla da rastlaşdıq. Onunla Şuşada yaranmış durumla bağlı xeyli söhbətimiz oldu.  İcra başçısına mənim Rəhim Qazıyevə etdiyim təkliflərə dəstək verməsini və onu buna inandırmağa çalışmasını tapşırdım. Dedim ki, düşmənin keçmiş Dağlıq Qarabağda işğal etmədiyi yeganə ərazi Şuşadır və onun tezliklə bu qədim şəhərimizə hücumu gözlənilir. N.Bəhmənov deyilənlər haqda Rəhim Qazıyevlə söhbət edəcəyinə söz verdi. Onu da əlavə etdi ki, müdafiə naziri bu günlərdə Şuşaya xeyli silah-sursat göndərəcəkdir...
 
Mayın 7-də Ağdama gecə çatdığımıza görə birbaşa Gəncəyə gedə bilmədik və  qərara gəldik ki, ertəsi gün – mayın 8-də Gəncəyə gedək. Mayın 8-də səhər tezdən isə həmin gecə Şuşaya hücum olması xəbərini aldığımıza görə yenə Gəncə səfərimiz təxirə düşdü...
 
Həmin günlər İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirən Yaqub Məmmədov 7 may 1992-ci il axşam saat 19 radələrində Tehranda İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan prezidenti Levon Ter-Petrosyanla  bir araya gəlib imzaladığı sənədin 3-cü bəndində nəyin nəzərdə tutulduğunu bilməyib. Özünün sonralar izah etdiyi kimi, “həmin sənəd fars dilində tərtib olunduğundan orada nə yazıldığından” xəbəri olmayıb. Əslində isə bəhs edilən sənədin 3-cü bəndində Laçın dəhlizinin “himanitar dəhliz” kimi Qarabağda məskunlaşmış ermənilərə güzəşt edilməsi nəzərdə tutulmuşdu. Halbuki, Ermənistandan Azərbaycanın keçmiş Dağlıq Qarabağdakı keçmiş Hadrut rayonunun Arpa Gədiyi kəndinə cəmi 7 km məsafəsi olan yaxın ərazidən dəhliz olmuşdur. Əslində, ermənilərin Laçın dəhlizinə ehtiyacı yox idi. Onlara Laçın ərazisi lazım idi ki, Qarabağın Dağlıq hissəsini Ermənistanla birləşdirsinlər. Məhz sözügedən sənəd Tehranda imzalandıqdan 5 saat sonra bütün  istiqamətlərdən genişmiqyaslı hücuma başlayan  erməni-rus birləşmələri Şuşanı, onun ardınca Laçını və sonra da hər iki dəhlizdən istifadə edərək bir neçə rayonumuzu işğal etdilər...
 
(Davamı var)
 
Qeyd: Materialda adları çəkilən şəxslərin də təsvir edilən olaylar haqda fikirlərini dinləməyə hazırıq...
 
Təqdim etdi: Sultan Laçın
 
Oxşar xəbərlər
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:40, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO