“O, Şuşanın işğalından neçə il sonra olsa da, “QRU” agenti olduğunu özü etiraf edib...” 
Ekskluziv
Oxunub: 5953
05 May 2023 | 20:50
“O, Şuşanın işğalından neçə il sonra olsa da, “QRU” agenti olduğunu özü etiraf edib...” 
"Mayın 7-də Şuşadan  telefonla müdafiə naziri Rəhim Qazıyev və  Baş Qərargah rəisi Şahin Musayevlə danışdım..."
 
“Laçının 31 il öncə olduğum səngərlərində yenə də hərbçilərimizin dayandığını biləndə qürur hissi duyuram...”
 
Əvvəllər də qeyd etdiyimiz kimi,  2020-ci ilin 44 günlük savaşında işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad edilməsindən bəri Moskva Azərbaycan və Ermənistandakı agentura şəbəkələri vasitəsilə Qarabağdakı durumu hər vəchlə 1988-1994-cü il səviyyəsinə çatdırmağa, yəni proseslərin müstəqil(!) Azərbaycan dövlətinin öz təşəbbüsü ilə deyil, Kremlin istək, plan və ssenarisi əsasında yönəldilməsinə, daim təxribatların törədilməsinə, Azərbaycanın hərbi və siyasi-diplomatik təşəbbüslərinin yarımçıq saxlanmasına və s. çalışır.  Bu gün rəsmi Moskvanın Laçın rayonunda - Ermənistanla sərhəddə Azərbaycan dövlətinin nəzarət-buraxılış məntəqəsi qurmasına reaksiyası və ümumiyyətlə, Yuxarı Qarabağın digər ərazilərinin, xüsusən də Xankəndi və Xocalının nəzarətə götürülməsi cəhdlərimizi əngəlləməyə çalışması da bunun sübutudur. Bir sözlə, keçmiş səhvləri təkrarlamamaq və tarixdən ibrət dərsləri almaq üçün o dövrün təcrübəsini öyrənməkdə fayda vardır...  
 
Sabiq ədliyyə naziri Əlisaab Orucov 1988-ci ildən, yəni Qarabağda Kremlin, İrəvanın və bir sıra xarici güclərin təhriki ilə ermənilərin başlatdığı separatçı-terrorçu hərəkat başlanandan respublikanın o dövrdəki müxtəlif rəhbərlərinin göstərişi ilə həmin hərəkata qarşı bacardığı qədər mübarizə aparmış, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlı əhalinin öz doğma yurdlarını  tərk etməsinin qarşısını almaq və s. üçün əlindən gələni etmişdir. Erməni-azərbaycanlı münaqişəsinin artıq hərbi əməliyyatlarla və ərazilərimizin işğalıyla müşayiət olunduğu bir dövrdə - 1992-ci il aprelin 8-dən 1992-ci ilin iyulunadək Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi olmuş  keçmiş nazir  Moderator.az əməkdaşı ilə söhbətində əlində olan sənədlər, həmçinin özünün “Mübarizəmiz Qarabağdadır” kitabındakı şahid ifadələri əsasında həmin müddətdə, o cümlədən Şuşa və Laçın rayonlarının işğalı zamanı şahidi və iştirakçısı olduğu, bəziləri hələ mediada işıqlandırılmamış və geniş ictimaiyyətə bəlli olmayan bir sıra fakt və olaylar haqda xronoloji ardıcıllıqla danışır...
 
“O vaxtkı müdafiə naziri Rəhim Qazıyevin sonrakı açıqlamalarında 1992-ci il aprelin 30-da Laçın alayının ləğv olunmasıyla bağlı əmrin verilməsinə əsas səbəbkar kimi günahlandırdığı Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Şahin Musayevə gəlincə o, peşəkar hərbçi və müdafiə nazirinin birinci müavini kimi müharibə zamanı keçirilən bütün əməliyyatlara rəhbərlik etməklə onların uğurla nəticələnməsinə bilavasitə cavabdeh idi. Bütün kadr dəyişiklikləri kadr təyinatlarını Şahin Musayev edirdi. Onun Yevlax şəhərində hərbi qərargahı vardı ki, Şuşa və Laçın işğal olunan dövrdə də oradan hərbi əməliyyatların gedişatına daim tam nəzarət edirdi.  Yadımdadır ki, onun Baş Qərargah rəisi kimi müavini olan Səfər Əbiyev isə çox vaxtlar Ağdam və yaxın bölgələrdəki döyüş əməliyyatlarına nəzarət etməklə məşğul idi. 
 
Bir sözlə, 1992-ci il yanvarın sonlarından həmin il may ayının 18-dək, yəni Laçın işğal edilən  günlərədək Azərbaycanın Müdafiə Nazirliyinə faktiki olaraq  general-mayor Şahin Musayev rəhbərlik edirdi. Təəssüf ki, Şuşa və Laçının işğalından sonra Şahin Musayev qısa müddətdə cinayət məsuliyyətinə cəlb olunsa da, az sonra Moskva onu özünün qanadları altına alaraq müəmmalı şəkildə Azərbaycandan qaçmasına şərait yaratmışdı... Sonradan – 1995-ci ilin avqustunda o, bir neçə digər general və zabitlə bərabər Azərbaycan Prezidentinə qarşı sui-qəsd cəhdində günahlandırılaraq barəsində cinayət işi qaldırılsa da və bir neçə il sonra Moskvada hüquq-mühafizə orqanları ilə birgə aparılmış əməliyyat tədbirləri nəticəsində  Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs olunsa da, Rusiyanın Baş Prokurorluğu Azərbaycanın onun ekstradisiya olunması ilə(təhvil verilməsi) bağlı haqlı tələbini yerinə yetirməmiş və general Şahin Musayev həbsdən azad olunmuşdu.  Bundan sonra  o vaxtkı daxili işlər naziri Ramil Usubov dövlət başçısı Heydər Əliyevin tapşırığı ilə Moskvada Şahin Musayevlə görüşüb ona hakimiyyətin tələblərini çatdırıb və Bakıya dönməsini tövsiyə edib. Lakin Şahin Musayev birmənalı olaraq bildirib ki, “mən Bakıya dönməyəcəyəm. Heç sizlər də məni ekstradisiya edə bilməyəcəksiniz. Çünki mən Rusiya Ordusu Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam. Onlar məni sizə təhvil verməzlər”. Bu barədə sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci ilin mayında "Azərbaycan” qəzetinə müsahibəsində ətraflı danışıb(bax: //report.az/hadise/ramil-usubov-heyder-eliyeve-qarsi-sui-qesdde-ittiham-olunan-sahin-musayev-dedi-ki-bas-kesfiyyat-i-daresinin-emekdasiyam/)...
 
Artıq sabiq nazirin bu müsahibəsindən sonra, yəqin ki, artıq heç kəsdə keçmiş Baş Qərargah rəisi Şahin Musayevin “QRU”-nun, yəni Rusiya Ordusu Baş Kəşfiyyat İdarəsinin agenti kimi öz vətəni -Azərbaycana xəyanət etməsi və ən azı, 1992-ci ilin yanvar-fevral aylarında baş vermiş Daşaltı, Malıbəyli, Quşçular, Qaradağlı və s. faciələrindən və Xocalı soyqırımından başlayaraq Şuşa və Laçının işğalında da bilavasitə aparıcı rol oynadığına şübhə qalmayıb. Şuşanın işğalından neçə illər sonra olsa da, o, özü Azərbaycanın daxili işlər naziri ilə söhbətində “QRU” agenti olduğunu etiraf edib...
 
O da diqqətəlayiq faktdır ki, söhbətimizin ötən hissəsində barəsində qısaca bəhs etdiyimiz hazırda general-mayor olan Elbrus Orucov məhz həmin xəyanətkar general-mayor Şahin Musayevin Baş Qərargah rəisi kimi hazırladığı və müdafiə  naziri Rəhim Qazıyevə imzalatdığı əmrlə Şuşa və Laçın ərazisinə briqada komandiri və komendant olaraq göndərilib. Özü də Zaur Rzayev kimi vətənpərvər və peşəkar hərbçinin yerinə... 
 
Bundan sonra Şuşa və Laçının işğalı zamanı şahidi və iştirakçısı olduğum faktları nəql etdikcə, məntiqi mülahizələri dinlədikcə oxucularda  Elbrus Orucovun həmin bölgələrin işğalında törətdiyi günahlar barədə aydın təsəvvür yaranacaq...
 
...Vəziyyətin son dərəcə ağırlaşması ilə əlaqədar 1992-ci il may ayının 4-ü və 5-də Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında oldum. Oradakı vəziyyəti öyrəndim... Mayın 6-da Laçının ön cəbhə xəttinə gedib vəziyyətlə  yerində tanış oldum. Ermənistanın Gorus rayonu ilə sərhəd olan torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə xeyli vaxt ərzində bir yerdə olduq. Onlarla ətraflı söhbət etdim. Həmin əsgərlərimiz Azərbaycan Texniki Universitetinin könüllü olaraq hərbi xidmətə- Vətənin müdafiəsinə gəlmiş tələbələri idi. Onları görəndə həmin vaxt orduda könüllü döyüşən oğlum Mehman yadıma düşdü...
 
...Mehman 1991-ci ildə 18 yaşı tamam olandan sonra ali məktəbin əyani bölməsində təhsil alarkən Vətən torpaqlarını düşməndən müdafiə etmək məqsədi ilə könüllü olaraq hərbi xidmətə çağırılması barədə rəsmi ərizə ilə müdafiə nazirliyinə müraciət etmişdi. Ərizəsinin nəticəsiz olduğunu görüb 1992-ci ilin martından həmin ilin dekabrınadək könüllü olaraq “OMON”-un kəşfiyyat dəstəsində xidmət etmişdi. Füzuli rayonunun Qacar, Yuxarı Yağlıvənd, Məlikcanlı, Xırmançı, Aris, Veysəlli və s. kəndlərinin düşməndən qorunması və azad olunması uğrunda gedən döyüşlərdə iştirak edirdi...”
 
...Laçında -Ermənistanla sərhəddə könüllü döyüşən tələbələrlə çay içib xeyli söhbət etdikdən sonra onlar xidmət etdikləri ərazidə vaxt tapıb əkdikləri ağacları mənə göstərdilər və hər an hücuma keçməyə hazır olduqlarını bildirdilər. Onlarla birlikdə oradakı ağır hərbi texnikaya, xüsusən də “BTR”-lərə(zirehli trasportyor-ZTR) diqqət yetirəndə  məlum oldu ki, onlardan nasaz vəziyyətdə olanları daha çoxdur. Döyüşçülərimizə söz verdim ki, orada mənimlə  birlikdə olan Laçın rayonu icra başçısının müavini Səlim Səlimovla sabah Gəncədəki hərbi hissəyə gedib oradakı mexaniklərdən bir neçəsini Səlim müəllimlə birlikdə bura göndərəcəyəm ki, həmin nasaz zirehli maşınları təmir etsinlər...
 
Biz səngərlərdə olan müddətdə erməni silahlılarıyla atışma başladı. Bizimkilər düşmənlərdən birini vurub yerə sərdilər. Digər ermənilər “BMP”(PDM-piyadaların döyüş maşını) ilə gəlib onu götürməyə cəhd etdilər. Lakin döyüşçülərimiz davamlı atəş açaraq buna imkan vermədilər... 
 
Sərhəd boyu səngərlərdə dayanan əsgərlərlə görüşüb onların problemləri ilə maraqlandım. Bəzi yerlərdə sal qaya  olduğuna görə səngərin qazılması mümkün olmamışdı. Əsgərlərimizlə həmin açıq yerlərdən yüyürərək keçərkən düşmən tərəf bizi atəşə tuturdu. Ancaq bizimkilərin sərrast cavab atəşləri onları susdururdu...  
 
Onu da deyim ki, düz 31 il öncə gəzdiyim Laçın rayonunun Ermənistanla sərhəd səngərlərində bu gün – 2020-ci ilin 44 günlük savaşındakı qələbəmizdən sonra yenə də Azərbaycan hərbçilərinin səngərlər, postlar qurduğunu, sərhəd-buraxılış məntəqəsi yaratdığını  biləndə, onların video və foto-görüntülərini görəndə təsəvvürolunmaz qürur hissi duyuram...
 
...1992-ci ilin mayında Laçında Ermənistanla sərhəddəki əsgərlərimizin vətənpərvərliyi, qorxmazlığı, qeyrəti və mərdliyi məni çox sevindirdi. Ümumiyyətlə, müharibə bölgələrində olduğum bütün illər(1988-1992-ci illər) ərzində əsgərlərimizin əksəriyyətinin yüksək döyüş əhval-ruhiyyəsində olduqlarını çox görmüşəm. Həmişə işləri korlayan onlara yuxarıdan rəhbərlik edənlər və hakimiyyətə can atan torpaq dəllalları olub.  Yoxsa heç vaxt bizim torpaqlar işğal edilə bilməzdi...
 
Səlim Səlimovla belə qərara gəldik ki, mayın 7-də səhər tezdən Laçından birbaşa Gəncəyə gedək. 1992-ci il mayın 7-də səhər saat 9-da Gəncəyə çıxmağa hazırlaşırdıq ki, həmin vaxt Laçın rayon polis şöbəsinin rəisi olan Akif Səlimov qonaq evinə gəldi. O, məlumat verdi ki, düşmən qüvvələri 1992-ci ilin fevralından bağlanmış Laçın-Şuşa yolunu nəzarətdə saxladıqları  Kiçik Kirs yüksəkliyini mayın 6-dan 7-ə keçən gecə tərk ediblər. Artıq Şuşaya yol açıqdır...
 
Bunu eşidən kimi biz mayın 7-də Şuşaya yollandıq və bütün günü orada olduq.  Şuşadakı hərbi briqadada xidmət edən əsgər və döyüşçülərin sayının azalmasını bildikdən sonra real  hücum təhlükəsi ilə üz-üzə qalan şəhərin etibarlı müdafiəsinin təşkil olunması, yəni əlavə qüvvələrin göndərilməsi məqsədi ilə telefonla müdafiə naziri Rəhim Qazıyev və  Baş Qərargah rəisi Şahin Musayevlə danışdım...
 
(Davamı var)
 
Qeyd: Materialda adları çəkilən şəxslərin də təsvir edilən olaylar haqda fikirlərini dinləməyə hazırıq...
 
Təqdim etdi: Sultan Laçın
 
 
 
Oxşar xəbərlər
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 20:55
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
23 Apr 2024 | 20:52
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
23 Apr 2024 | 20:46
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23 Apr 2024 | 20:33
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 20:17
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
23 Apr 2024 | 20:15
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
23 Apr 2024 | 20:12
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
23 Apr 2024 | 20:10
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
23 Apr 2024 | 20:04
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:52
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
23 Apr 2024 | 19:50
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
23 Apr 2024 | 19:42
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
23 Apr 2024 | 19:31
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 19:23
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
23 Apr 2024 | 19:16
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu
23 Apr 2024 | 19:11
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
23 Apr 2024 | 19:09
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:05
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
23 Apr 2024 | 19:02
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
23 Apr 2024 | 19:01
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
23 Apr 2024 | 19:00
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 18:43
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
23 Apr 2024 | 18:41
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
23 Apr 2024 | 18:32
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 18:31
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 17:54
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
23 Apr 2024 | 17:51
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
23 Apr 2024 | 17:48
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:45
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
23 Apr 2024 | 17:43
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
23 Apr 2024 | 17:39
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
23 Apr 2024 | 17:35
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
23 Apr 2024 | 17:28
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
23 Apr 2024 | 17:25
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:17
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
23 Apr 2024 | 17:14
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
23 Apr 2024 | 17:11
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 17:05
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
23 Apr 2024 | 17:04
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
23 Apr 2024 | 17:00
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Apr 2024 | 16:55
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
23 Apr 2024 | 16:53
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
23 Apr 2024 | 16:50
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 16:45
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
23 Apr 2024 | 16:40
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
23 Apr 2024 | 16:35
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
GÜNLÜK
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 05:26
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 05:26
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb