Primadonnanın dönüşü Solovyovu isterikaya saldı:
Ekskluziv
4963
05 May 2023 | 16:02

Primadonnanın dönüşü Solovyovu isterikaya saldı: "Onu ölkəyə kim buraxıb?.." - VİDEO

"Gəlin, mən sizə belə lüzumsuz, rəzil və əclafları deyil, əsl insanları göstərim..."
 
Tanınmış rusiyalı təbliğatçı Vladimir Solovyov SSRİ xalq artisti Alla Puqaçovanın Moskvaya dönüşünə isterik reaksiya verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "unian.net" nəşri yazıb.
 
"Bütün bunlara necə yol vermək olar ki? Öz ölkən barədə ağzına gələni danışasan, sonra da səni geri buraxalar?..
 
Gəlin, televizorda konsert də göstərin, ayaqlarının altına yıxılın, gül-çiçəklə qarşılayın. Görün, necə də xoşbəxtik, ailə başçımız geri dönüb!" - Solovyov hiddətini gizlətməyib.
 
Təbliğatçı qəzəblə qeyd edib ki, bəziləri doğma ölkəsini çirkaba bulaşdırdığı zaman, digərləri cəbhədə döyüşür.
 
"Gəlin, mən sizə belə lüzumsuz, rəzil, əclafları deyil, əsl insanları göstərim", - o, təklif edib və Ukraynada nüvə silahını tətbiq etməyə çağırışa keçib.
 
"Zəhmət çəkin sərt cava  verin, zəruri olanları edin. Sizə bu məqsədlə taktiki nüvə silahını tətbiq etmək lazımdırsa, istifadə edin, strateji nüvə silahını tətbiq etmək lazımdırsa, istifadə edin", - Solovyov tələb edib.
 
Xatırladaq ki, mayın 3-də Puqaçova Ukraynada müharibə başlanandan yaşadığı İsraildən Moskvaya dönüb.
 
Rusiya KİV-lərinin məlumatına görə, Alla Borisovna vətənə sırf özəl səfərə gəlib.
 
Sonradan bəlli olub ki, müğənni dostu, modelçi Valentin Yudaşkinin dəfnində iştirak edəcək və Qryazi kəndindəki evindən əşyalarını götürəcək.

Link kopyalandı!
Son xəbərlər