“Rusiya ABŞ-da aparılan Qarabağ danışıqlarının müsbət nəticələnməsini istəmir...”
Ekskluziv
Oxunub: 6246
03 May 2023 | 13:40
“Rusiya ABŞ-da aparılan Qarabağ danışıqlarının müsbət nəticələnməsini istəmir...”

Vahid Əhmədov: “Amerikanın moderatorluğu ilə bölgəyə sülhün gəlişi Rusiyanın nüfuzuna zərbə vuracaq”

 

“TEKNOFEST” festivalı Azərbaycan-Türkiyə qardaşlığını bir daha dünyaya nümayiş etdirdi”

 

“14 may seçkilərində Ərdoğanın qələbəsi Türkiyə ilə yanaşı, bütün türk dünyasının marağına uyğundur”

 

“Türkiyənin Vətən müharibəsindəki dəstəyini hər zaman minnətdarlıq hissi ilə yad edəcəyik”

 

Millət vəkili Vahid Əhmədov regionda və dünyada baş verən bir sıra proseslərlə bağlı Moderator.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni oxuculara təqdim edirik:

 

- Vahid müəllim, ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar aparılmaqdadır. Bu danışıqları necə qiymətləndirirsiniz və sizcə ABŞ-ın moderatorluğu ilə aparılan bu danışıqlar Rusiyada qıcıq doğura bilərmi?

 

- Təbii ki, sülh müqaviləsinin imzalanmasına yol açan hər bir danışıq təqdirəlayiqdir. ABŞ dövlət katibinin belə bir təşəbbüslə çıxış etməsi, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə vasitəçilik etməsi də müsbət dəyərləndirilməlidir. Bu, onu göstərir ki, ABŞ regionda sülhün və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır və XİN rəhbərlərinin görüşlərinə vasitəçilik etməklə sülh danışıqları ilə bağlı prosesin irəliləməsinə çalışır.

 

Şübhəsiz, Azərbaycana Ermənistan arasında sülh danışqılarının ABŞ-ın moderatorluğu altında baş tutması Moskvanı narahat edir. Çünki Kreml yaxşı başa düşür ki, ABŞ-ın vasitəçiliyi ilə Cənubi Qafqazda formalaşacaq sülh rəsmi Vaşinqtonun da bu regiondakı nüfuzunun möhkəmlənməsinə, buna paralel olaraq Rusiyanın nüfuzunun daha da zəifləməsinə səbəb olacaq. Bu səbəbdən də Rusiya məlum danışıqların müsbət nəticələnməsində maraqlı deyil.

 

Bundan başqa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionda sabitliyin təmin olunmasına səbəb olacaq ki, bu da Rusiyanın bölgədə aranı qarışdırmaq, yeni gərginliklər yaratmaq imkanını məhdudlaşdıracaq. Sülhün bərqərar olması regionda Rusiya sülhməramlılarına olan ehtiyacı da aradan qaldıracaq. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan, proseslər öz təbii axarına düşəndən sonra Rusiya sülhməramlılarının bölgədə qalmasına lüzum qalmayacaq. Belə olan halda sülhməramlıların bölgədən çxıarılması məsələsi gündəmə gələcək ki, bu da Rusiyanın Cənubi Qafqazdakı nüfuzunun daha da zəifləməsi deməkdir. Məhz bütün bunlara görə Rusiya sülh danışıqlarının irəliləməsində maraql deyil və ABŞ-dakı danışıqların səmərəsiz başa çatmasını arzulayır.

 

- Vahid müəllim, bugünlərdə Prezident İlham Əliyev Türkiyədə “TEKNOFEST” Aerokosmik və texnologiya festivalında iştirak etdi. Dövlət başçısının bu səfərini, eləcə də Azərbaycan-Türkiyə əməkdaşlığının gələcəyini necə dəyərləndirirsiniz?

 

- “TEKNOFEST” Aerokosmik və texnologiya festivalı son illər Trükiyədə mütəmadi şəkildə keçirilən ənənəvi festivaldır. Bu festivalda Türkiyənin texnologiya sahəsindəki ən son uğurları nümayiş olunur, bunlar haqqında ictimaiyyətə ətraflı məlumat verilir. Necə ki, sonuncu festivalda Türkiyə istehsalı olan “Kızılelma” pilotsuz döyüş təyyarəsi, “Bayraktar Akıncı”, “Bayraktar TB3”, “Bayraktar TB2” pilotsuz silahlı döyüş aparatları, “Hürjet” təlim təyyarəsi, “Altay” tankı nümayiş olundu.

Türkiyənin bu festivalda nümayiş etdirdiyi hərbi texnikalar, müasir texnoloji yeniliklər göstərdi ki, qardaş dövlət bu istiqamətdə böyük nailiyyətlər, ciddi uğurlar əldə etməkdədir. Festivalda Türkiyənin ilk döyüş təyyarəsi nümayiş olundu ki, bu da Türkiyənin hərbi sənaye imkanlarının sürətlə genişləndiyini göstərir. Sərgilənən texnikalar göstərdi ki, Türkiyə dünya miqyasında öz texnoloji üstünlüyünü artırmaqda, dünyanın ən inkişaf etmiş dövlətlərinə ciddi rəqib olmaqdadır. Təbii ki, bütün bunlar Azərbaycanda da böyük sevinc və qürur hissi ilə qarşılanmaqdadır. Çünki hər bir azərbaycanlı başa düşür ki, Türkiyənin uğuru Azərbaycanın uğuru, Azərbaycanın nailiyyətidir.

Festivalda Azərbaycan stendi də fəaliyyət göstəririrdi. Bu stenddə pilotsuz uçuş aparatları, müxtəlif texnoloji yeniliklər nümayiş edildi. Habelə, cari ilin 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Aerokosmonavtika Konqresi haqqında  da məlumatlar təqdim olundu.

 

Bildiyiniz kimi, Prezident İlham Əliyev bu festivalda çox möhtəşəm çıxış etdi. Türkiyənin bütün media orqanları dövlət başçımızın çıxışına böyük diqqət yetirdi, bu çıxış qardaş ölkə mediasında ətraflı şəkildə işıqlandırıldı. Dövlət başçısı həmin çıxışda Ərdoğanın türk dünyası qarşısındakı tarixi xidmətlərinə diqqət çəkdi. Həmçinin, Azərbaycanda “Bayraktar” Mərkəzinin qurulacağını bəyan etdi.

 

Ən əsası, bütün dünya bu festival fonunda Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin nə qədər dərin və sarsılmaz olduğuna bir daha şahid oldu. Bütün dünya şahid oldu ki, Azərbaycan və Türkiyə inkişafa, tərəqqiyə gedən yolda birlikdə addımlamaqda, bir-birlərini sona kimi dəstəkləməkdədirlər.

 

Bir sözlə, bu festival həm Türkiyə, həm də Azərbaycan üçün  hər baxımdan faydalı oldu.

 

- Mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək. Sizcə hansı namizədən qələbəsi Türkiyə xalqı ilə yanaşı, türk dünyasının ümumi inkişafı və birliyi baxımından daha arzuediləndir?

 

- Azərbaycanla Türkiyə arasındakı münasibətlər tarixi dotsluq və qardaşlığa əsaslanır və bu münasibətlər son dərəcə səmimidir. Yəni bu münasibətlər hakimiyyətlərin deyil, dövlətlərin və xalqların dostluğuna söykənir. Hər şeydən öncə bu gerçəyi bilmək lazımdır. O ki qaldı konkret seçkilərə, hesab edirəm ki, 14 may seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağı şübhəsizdir.

 

Seçkilərdə Ərdoğanın qələbəsini stimuallaşdıran bir sıra amillər var. Bunlardan biri Ərdoğanın Türkiyəni sözün həqiqi mənasında azad, müstəqil, imperialist güclərə boyun əyməyən Türkiyəyə çevirməsidir. Məhz Ərdoğanın hakimiyyəti dönəmində Türkiyə dünya gücləri arasında öz layiqli yerini ala, qlobal mqiyasda söz sahibinə çevrilə bildi. Bu, olduqca böyük uğur, böyük müvəffəqiyyət idi.

 

Bundan başqa, Ərdoğan terrora qarşı mübarizədə də böyük uğurlara imza atadı. Sadəcə Türkiyə daxilində deyil, Suriya, İraq və digər ərazilərdə terrora qarşı qətiyyətli mübarizə həyata keçirildi ki, bu da bütün regionda təhlükəsizliyin təmin edilməsinə, terror riskinin azalmasına töhfə verdi.

 

Ərdoğan Türkiyənin iqtisadi gücünün, hərbi qüdrətinin artması istiqamətində də mühüm addımlar atdı. Türkiyədə müasir sənaye müəssisələri yaradıldı. Neft-qaz axtarışları genişləndirildi və bir sıra bölgələrdə zəngin neft-qaz yataqları aşkarlandı. Hansı ki, məhz bunun sayəsində Ərdoğan bir il ərzində bütün Türkiyədə xalqın məişət qazından pulsuz istifadəsinə qərar verdi.

 

Türkiyə hərbi sənaye sahəsində də tarixi nailiyyətlərə imza atdı. Yeni dronların, müasir döyüş maşınlarının, tank və təyyarələrin istehsalı Türkiyənin müdafiə qabiliyyəti ilə yanaşı, ixrac imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirdi.

 

Bir sözlə, Ərdoğan Türkiyənin simasını müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişdi və bütün bunlar təbii olaraq xalq tərəfindən də böyük təqdirlə qarşılandı. Bu səbəbdən də xalqın böyük əksəriyyətinin 14 may seçkilərində Ərdoğana səs verəcəyini düşünürəm.

 

Şübhəsiz, Ərdoğanın Türkiyənin inkişafına verdiyi töhfələrdən danışarkən onun 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyi də əsla unuda bilmərik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə 44 gün ərzində Azərbaycanı bir dəqiqə belə olsun yalnız buraxmadı. Qardaş dövlət Ərdoğanın rəhbərliyi altında Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan ciddi dəstək verdi. Ərdoğanın qətiyyəti, sərgilədiyi siyasi iradə üçüncü tərəflərin bu müharibəyə müdaxilə ehtimalının qarşısını aldı. Türkiyə müharibə dönəmində ölkəmizdə yerləşdirdiyi F-16-larla bütün dünyaya Azərbaycanın yanında olduğunun, hər hansı bir dövlətin Ermənistana hərbi yardım edəcəyi təqdirdə Trükiyənin də proseslərə müdaxilə edəcəyinin müsajını verdi. Biz Ərdoğan hakimiyyətinin, qardaş Türkiyə xalqının bu dəstəyini heç vaxt unutmayacaq və hər zaman minnətdarlıq hissi ilə yad edəcəyik.

 

14 may seçkilərində Ərdoğanın növbəti dəfə Türkiyə Cümhuriyyətinin prezidenti seçilməsi Türkiyə ilə yanaşı, Azərbaycan xalqının, o cümlədən bütün türk dünyasının mənafeyinə uyğundur. İnanıram ki, 14 may seçkilərində biz cənab Ərdoğanın tarixi qələbəsinə şahidlik edəcəyik.

 

Seymur ƏLİYEV

Oxşar xəbərlər
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”