Sorosçular Xankəndində nə planlaşdırır?..- Arayik etiraf edib ki..
4443
29 Apr 2023 | 08:56

Sorosçular Xankəndində nə planlaşdırır?..- Arayik etiraf edib ki..

“Kim nə planlaşdırır- planlaşdırsın, Qarabağda hər şey müstəqil(!) Azərbaycan dövlətinin ssenarisi ilə həllini tapmalıdır...”
 
Azərbaycan Respublikasının Yuxarı Qarabağ torpağının Rusiyanın  nəzarətində qalmış hissəsində 32 ildir fəaliyyət göstərən separatçı-terrorçu rejimin tör-töküntülərinin öz qondarma “konstitusiya”larına gözlənilən dəyişikliklər fonunda Paşinyan hakimiyyəti tərəfindən dəstəklənən sorosçular qanadı Xankəndində kəskin şəkildə aktivləşib. 
 
Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın “Fakt” gündəlik nəşri bu gün səhər saatlarında özəl mənbələrinə istinadla məlumat yayıb.
 
“Konstitusiyaya edilən dəyişikliklərdən sonra artıq prezidenti parlamentin də seçə biləcəyindən sorosçular keçmiş xarici işlər naziri Masis Mayilyanı Artsaxın prezidenti etmək üçün hər yola əl atmaq istəyirlər.
Mənbəmiz onu da çatdırdı ki, sorosçular indiki mərhələdə Samvel Babayanla fəal danışıqlar aparır. Üstəlik, Mayilyan prezident kimi “qadağan olunacağı halda növbəti addım Babayanı dövlət naziri təyin etməkdir və o halda indiki dövlət naziri Qurgen Nersisyan yenidən baş prokuror vəzifəsinə qayıdacaq. Yeri gəlmişkən, şayiələr dolaşır ki, məhz bu səbəbdən Artsaxa heç bir baş prokuror təyin edilməyib” -deyə erməni qəzeti bildirir. 
 
Ermənistan nəşri daha sonra yazır  ki, ötən gün baş separatçı Araik Arutyunyan yaxınlarından biri ilə şəxsi söhbətində etiraf edib ki, “ona Ermənistan tərəfindən ciddi təzyiqlər var, bu səbəbdən də Babayana və sorosçulara” sərt təzyiq göstərə bilmir”.  Arayik də qeyd edib ki, o, adıçəkilən şəxslərin “Artsaxı içəridən “partlatmağa” çalışdıqlarından xəbərdardır”...
 
P.S. Kim nə planlaşdırır- planlaşdırsın, Qarabağda hər şey müstəqil(!) Azərbaycan dövlətinin ssenarisi ilə həllini tapmalıdır...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər